Sağlamlıq (12-03-2017, 11:35)
Balıq insanların ömrünün uzanmasına səbəb olur
Balıq yeyən yaşlı insanların daha çox yaşadığı müəyyən edilib
Mediatv.az: ABŞ-ın Harvard və Vaşinqton universitetlərindən olan elm adamlarının apardığı araşdırma nəticəsində qanının tərkibi, xüsusən somğa kimi bəzi balıqlarda bol miqdarda olan omeqa 3 yağ turşusu ilə zəngin olan, 65 yaş və ondan yuxarı insanların orta hesabla 2,2 il çox yaşadığı, həmin insanların ölüm təhlükəsinin 27 faizə qədər azaldığı aşkar edilib.
Moderator.az “Annals of İnternal Medicine” jurnalına istinadən xəbər verir ki, araşdırmaya imza atanlardan biri olan Dr. Dariuş Mozaffaris, uzun illər omeqa 3 baxımından zəngin olan balıqlarla qidalanmanın doğru olması ehtimalının mövcud olduğunu, lakin bunun yaşlılara olan müsbət təsirilə bağlı çox az araşdırma olduğunu bildirib.
Araşdırmada iştirak edən elm adamlarına görə, qanın tərkibində kifayət qədər omeqa 3-ün olması ürək-damar sağlamlığı baxımından əhəmiyyətlidir ki, bu da qalan ömür müddətini uzadır.
Qeyd edək ki , elm adamları, ABŞ-da 65 yaş və ondan yuxarı təxminən 2 700 insanla bağlı 16 illik məlumatları tədqiq edərək bu nəticələri əldə ediblər.