Sağlamlıq (6-03-2017, 16:26)
Sarımsağın görünməmiş faydası
İlin bütün fəsillərində duzlu, turşu-tutma yeyənlər, dabanları duzdan çartlayanlar, immun sistemində, ürək qan-damar sistemində problemi olnlar, artıq çəkidən əziyyət çəkənlər bu məsləhət məhz, sizin üçündür.
Mediatv.az xarici KİV-ə istinadən xəbər verir ki, sarımsaq tibbdə 7 təbii antibiotikdən biridir. Onun bu günədək insan orqanizminə verdiyi faydalar misilsizdir. Sarımsağı çoxuna bəlli olmayan xüsusiyyətindən bəhs edən maraqlı resept təqdim edirik.
Adi şüşə su qabına hər biri 4 yerə bölünmüş, 12 diş sarımsaq təmizlənərək, tökülür. Üzərinə 3 stəkan keyfiyyətli qırmızı çaxır tökülür. Şüşənin ağızını bağlayıb 2 həftəlik pəncərinin gün vuran yerində saxlanılır. Şüşəni hər gün 2-3 dəfə çalxalayın. Sonuncu gün məhlul süzülüb soyuducuda saxlanılır. Məhlul gün ərzində 3 dəfə 1ç.q olmaqla 1 ay içilir.
Bu məhlul vasitəsiylə insan orqanizmindən duzun çıxarılmasına, iş qabiliyyətinin artırılmasına, qanın təmizlənməsinə, immun sisteminin, əzələlərin gücləndirilməsinə nail olunacaq. Eləcə də, bu məhlul ürək qan-damar sistemini, qanı və bədəni gücləndirir. Bununla yanaşı, bədəndəki artıq piyi əridir, maddələr mübadiləsini gücləndirir. Həmçinin, qadın xəstəliklərində onun əvəzedilməz rolu var və iltihablanmanın qarşısını çox gözəl alır.
