Mediatv.az insan bədənində xərçəng xəstəliyinin yaranmasına təkan verən beş əsas qida məshulunu təqdim edir.

1. Pivə, likör, şərab və digər spirtli içkilər

Alkoqol mədə-bağırsaq və döş xərçənginin yaranmasına səbəb ola bilər. Əgər bir insan mütəmadi olaraq spirtli içki qəbul edirsə, onun bədənində kimyəvi maddə olan “ammonia” yaranır. Bu maddə insan bədənindəki DNT-ni və zülalı məhv etməyə başlayır.

2. Konservləşdirilmiş məhsullar

Sözsüz ki, mövsümi qida məhsulları koservləşdirilmişlərdən həm dadlı, həm də daha sağlam olur. Amma onu əldə etmək maddi baxımdan həmişə mümkün deyil. ABŞ-da aparılan aradırmalara görə, xərçəngdən və nevroloji xəstəliklərdən əziyyət çəkən insanların 70%-i mütəmadi olaraq konservləşdirilmiş məhsullardan istifadə edir.

3.Süni yolla nəsli artırılan balıq

Alimlərin fikrincə, süni yolla nəsli artırılan balıqlar, vəhşi təbiətdən tutub yediyimiz balıqlardan zərərlidir. Bu onunla əlaqəlidir ki, bəzi fermerlər balıqların saxlandığı akvariumlarda gigyenik qaydalara həmişə riayət etmirlər. Ona görə də, bu üsulla saxlanılan ən bahalı balıqların filesində də zərərli maddələrə rast gəlmək olar.

4.Hidrongenləşdirilmiş yağ

Bitki yağı hidrogenlə işlənib hazırlanır. Nəticədə bu yağları uzun müddət saxlamaq mümkün olur. Bu yağlardan hazırlanan qida məshulları insan beyninin fəaliyyətinə mənfi təsir göstərir. Bundan başqa, bitki yağları insan orqanizminə lazım olan maddələrin bədənə daxil olmasına mane olur. Nəticədə, insan orqanizmi zərərli maddələri ifraz edə bilmir.

5.Popkorn

Paketlərdə satılan popkornlardan qaçın. Əgər siz öz evinizdə kinoseans təşkil edirsinizsə, popkornu özünüz hazırlayın, özü də zeytun yağı ilə. Paketlərdə satılan popkornlar mikrodalğalı sobalar üçün nəzərdə tutulur. Bu cür popkornların mütəmadi qəbulu qadınlarda sonsuzluğa, böyrək, mədəaltı, sidik kisəsi və yumurtalıqların xərçənginə səbəb ola bilər.