Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sağlamlıq (28-01-2017, 22:14)
Beyini yaşlanmaqdan qorumağın altı yolu

uu

 

Yaşlılıq, bədən qədər yaddaş və beyinin gücünə də mənfi təsir göstərir. Funksiyasını yaxşı davam etdirə bilməsi üçün beyinin də maşınlar kimi yaş irəlilədikcə, bir az qulluğa ehtiyacı var. Amma, maşınlardakı kimi beyin üçün qulluq qaydaları mövcud deyil.

Mediatv.az:  Mövcud məlumatlar isə qarışıqdır. Bu mövzudakı məlumatları araşdırıb, beyin gücünü qorumağın ən yaxşı altı üsulunu müəyyənləşdirdik.

Qabiliyyətlərinizə güvənin

Olubmu ki, bir otağa girib, ora nə üçün girdiyinizi unudasınız? Yaş ötdükcə yaddaşın da zəifləməyə başladığını düşünür adam. Halbuki, bu, yalnız yaşlıların yox, cavanların da başına gələ bilər.

Mütəxəssislər, əslində bir problem olmasa belə, yaş artdıqca beyin ilə bağlı qabiliyyətlərimiz haqqında əminliyi itirdiyimizi bildirilər.

Bunun nəticəsi kimi, əlavə dəstəyə ehtiyac duyur, maşınımızın naviqasiya sistemi və ya mobil telefonumuzun xəbərdarlıq siqnalı kimi əlavə vasitələrdən asılı vəziyyətə gəlirik. İmkanlarımızı məcbur şəkildə hərəkətə gətirmədikcə, zehni qabiliyyətlərimizi özümüzə yadlaşdırırıq. Yəni, əgər qapıda dayanıb, oraya niyə getdiyimizi xatırlamağa çalışırıqsa, bunu, hafizəmizə bir az daha əziyyət vermək məcburiyyəti kimi qəbul etməliyik.

Qulaqlarınızı qoruyun

Duyğularımızı itirmək, beyinə pis təsir edir. Məsələn, eşitmə duyğusunu itirmək, beyini lazımlı bir xəbərdarlıq mənbəyindən məhrum etdiyi və diqqət mənasında əlavə yük yaratdığı üçün, beyindəki boz toxumanın itkisinə səbəb olur. Bir araşdırmada məlum olub ki, eşitmə duyğusunu itməsi altı illik bir zaman ərzində məlumat qəbulunun azalma riskini 24% artrır.

Yaşdan aşlı olmayaraq, eşitmə qabiliyyətinə mənfi təsir edən faktorlara diqqət etmək gərəkdir. Gündə sadəcə, 15 saniyə yüksək səsli rok musiqisinə qulaq asmaq, eşitmə duyğusuna zərər verməyə yetər. Eyni şəkildə gündə 15 dəqiqə saç qurudandan istifadə, səsləri ayıran hüceyrələri zədələyir. Əgər eşitmə probleminiz olduğunu düşünürsünüzsə, mümkün qədər tez həkimə müraciət edin.

Yeni dil və ya musiqi alətində ifa etməyi öyrənin

Zehni gücləndirmək üçün yaradılan beyin gimnastikası proqramları və tapmacaları məhduddur. Lakin, xarici bir dil və ya yeni bir musiqi alətində ifa etməyi öyrənmək, beyini daha çox işlədəcək. Bunların hər ikisi, bir çox bacarığın eyni anda işə düşməsinə səbəb olur. Yeni notları və sözləri öyrənərkən, yaddaş məşqi, diqqət, eşitmə qabiliyyəti və nəzarət kimi bir çox bacarıq hərəkətə keçir.

Bu cür fəaliyyətlər, yaddaşı sürətləndirəcək və faydaları, artan yaşlarda seziləcəkdir. Keçən il aparılan bir araşdırmada, musiqiçilərdə əqli zəifləməsini (demensiya) ehtimalının, heç bir alət ifa etməyən insanlarla müqayisədə 60% daha az olduğu göstərilib. Başqa bir tədiqaqtda isə, xarici bir dili bilmənin Alsheymer xəstəliyini beş il gecikdirdiyi ortaya çıxıb.

Özünüzü bu cür məcbur etmək, ən azından mövcud qabiliyyətlərinizin dəyərini bilmək üçün sizə kömək olacaq.

Ayaqüstü yeməklərdən uzaq durun

Aşırı çəki beyinə, bir çox mənada zərər verə bilər. Damarlarda xolesterinin yığılması beyinə gedən qan axınını məhdudlaşdırır və düzgün fəaliyyəti üçün lazım qida və oksigendən məhrum edir.

Sinir hüceyrələri (neyronlar) insulin hormonu səviyyəsinə qarşı, son dərəcə həssasdır. Mütəmadi olaraq şəkərli və yüksək kalorili qidalar qəbul etdikdə, insulin siqnallari kəsilir, zəncirvari reaksiyaya və beyində zərərli düyünlərin yaranmasına səbəb olur.

Omeqa 3 kimi yağ turşuları, D və B12 vitaminləri, yaş artımı ilə bağlı əmələ gələn beyin problemlərini azalda bilirlər. Aralıq dənizi pəhrizi ilə qidalanan yaşlıların, özlərindən 7, 5 yaş daha cavan insanlarla eyni əqli bacarıqlarına sahib olmalarının səbəbi də budur.

İdman edin

Əslində beyin ilə bədən arasında ayrı-seçkilik etmək doğru deyil. Beyini qorumağın ən təsirli yollarından biri də, bədəni fiziki aktivliklə gücləndirməkdir. Beləcə, beyinə qan axını artacaq və sinir hüceyrələri arasındakı əlaqələri yaradan proteinlər də işə düşəcəkdir.

Yerimək və aerobika kimi yüngül məşqlərdən tutmuş, ağır atletika və bədən formasını inkişaf etdirməyə qədər olan hər növ fiziki aktivliyin, istənilən yaşda faydalı olduğu sübut edilmişdir.

Ünsiyyəti artırın

Beyni qorumanın ən yaxşı yollarında biri də ünsiyyətcil olmaq, adam arasına çıxmaqdır. İnsanlar sosial varlıqdır. Yeni təcrübələr, stressdən və kədərdən uzaqlaşmağımıza kömək olur.

70 yaşında yuxarı yaşlılar ilə 12 il boyunca edilən bir araşdırmada, sosial aktiv insanlarda duyğu qəbulunun 70% daha yaxşı olduğu sübut edilib. Başqa insanlarla daimi ünsiyyətdə olmaq, hafizə və diqqəti qoruduğu kimi, zehni əməliyyatları da ümumi olaraq, daha sürətli edir.

Xülasə, sağlam qidalanma, fiziki aktivlik və yaxşı dostluq çevrəsi, sağlam və xoşbəxt bir həyat sürmənin sirri olduğu kimi, beyin gücünü qorumaq üçün də vacibdir.

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024