Sağlamlıq (20-07-2016, 18:14)
6 təbii antibiotik: dərmana ehtiyac yoxdu
Mətbəximizdə olan bəzi qidalarla immunitet sistemimizi qoruya, antibiotik dərmanlar əvəzinə onların təbii antibiotik xüsusiyyətlərindən yararlana bilərik.
Mediatv.az bu qidaları təqdim edir:
1. Bal
Səhər yeməyində 1 qaşıq bal yemək antibakterial və antiviral xüsusiyyəti ilə immunitetinizi qorumaqla yanaşı, gün boyu enerjinizi də artırır.
2. Zəncəfil
Zəncəfilin tərkibindəki gingerol maddəsi ağrıkəsici, hərarətsalıcı və sakitləşdirici təsirə malikdir. Nazik doğranmış 1 çimdik zəncəfili limon sıxılmış ilıq suya töküb, 20 dəqiqə saxlayın. Gündə 2-3 dəfə içildikdə boğaz ağrıları və öskürəyin keçməsinə yardım edir.
3. Soğan-sarımsaq
Hardasa bütün yemək və şorbalara qatdığımız soğan və sarımsaq xüsusilə soyuq aylarda süfrədən eskik edilməməli olan antibiiotik və analjezik (ağrıkəsici) təsirli iki qidadır.
4. Zərdəçal
Antimikrobial xüsusiyyətli zərdəçalı 1 stəkan qaynar suda 5 dəqiqə dəmləyin. Gündə 2-3 dəfə içə bilərsiniz.
5. Adaçayı
Antiviral xüsusiyyətli adaçayı ağız və boğaz iltihabı müalicəsində müsbət təsir göstərir. 3-4 qram yarpaqı 1 stəkan isti suda 5-10 dəqiqə dəmləyin. Soyudub süzəndən sonra qarqara edə bilərsiniz.
6. Çörəkotu
İmmunitet sistemini dəstəkləyən çörəkotunu gündə 1 desert qaşığı olmaqla yaxşıca çeynəyərək yeyə bilərsiniz.