Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sağlamlıq (4-05-2016, 12:47)
Qorxulu proqnoz: Hər iki adamdan biri astma xəstəsi olacaq

Yaxın gələcəkdə astmalı xəstələrin sayı 400 milyona çatacaq. Təxminən 2020-ci ildə xüsusilə Avropa ölkələrində hər ikinci adam allergik xəstəliyə tutula bilər. Buna görə də, dövlət strukturları, səhiyyə təşkilatları tədbirlər həyata keçirməlidir.

Mediatv.az saytı xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında keçirilən Ümumdünya Astma Gününə həsr olunmuş tədbirdə pediatr-allerqoloq, professor Amaliya Əyyubova bildirib.

A.Əyyubova deyib ki, problem müzakirəyə çıxarmaq, əhalini məlumatlandırmaq lazımdır. “Astmalı uşaqlar daima həkim nəzarətində olmaqla bu xəstəlikdən müəyyən mənada qoruna bilər. Valideynlər də bilməlidirlər ki, astmalı uşaqlar üçün daima pəhriz proqramı tətbiq edilməli və onlar əlverişli iqlim şəraitində yaşamalıdırlar”.

Tədbirdə o da deyilib ki, 2015-ci ildə bütün dünyada 300 milyon astma xəstəsi olub: “Bu da təxminən dünya əhalisinin 5 faizini təşkil edir. Ümumdünya Səhiyyə təşkilatının proqnozuna görə, bu rəqəm 2020-ci ildə 400 milyona çatacaq”.

Uşaqlarda bu xəstəliyin yayılma səbəbi isə süni qidalanma, şirniyyatlardan, sitrus meyvələrindən, antibiotiklərdən həddindən artıq çox istifadədir. Hər il dünyada 250 min nəfər məhz astmadan ölür. Astma nəticəsində əmək qabiliyyətini itirənlərin sayı isə 15 milyonu ötüb.

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024