Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sağlamlıq (20-04-2016, 20:16)
Dişlərini qorumaq istəyənlərə - 7 məsləhət

Dişlərini qorumaq istəyənlərə - 7 məsləhət

 

 

Diş çürükləri və diş əti xəstəlikləri soyuqdəymədən sonra ən çox rast gəlinən xəstəliklər arasında 2-ci yerdədir.
 
Mediatv.az-ın məlumatına əsasən, ağız gigiyenasının aşağı səviyyədə olması və sağlam olmayan dişlər pis estetik görünüşlə yanaşı, çeynəmə çətinliyinə və həzm problemlərinə səbəb olur. Üstəlik diabet, ürək xəstəlikləri və ağız içi xərçənglər kimi bir çox qarşısı alına biləcək xəstəliyin meydana gəlməsinə da zəmin hazırlayır. Bir çox səbəblərdən isə diş çəkdirmək halları gündən-günə artır. Yaş artdıqca dişlərdəki problemlərin sayı daha çox olur. Belə ki, 60 və yuxarı yaşlı insanlarda çəkilmiş diş sayı 23 faizdir, 65 və yuxarı yaşlı insanlarda total dişsizlik 67 faiz təşkil edir. Ümumiyyətlə, bəzi yanlış vərdişlərimiz diş əti xəstəlikləri, diş çürükləri və diş itkisinə səbəb olur. Aile.lent.az həmin pis vərdişləri sıralayır.
 
1. Dişlərdən alət kimi istifadə etmək
 
Şüşə qapaqlarını açmaq, ipi qoparmaq, mismarı saxlamaq, siqaret dişləmək, həddən çox tum çırtlamaq, buz dişləmək və s. bunlar hamısı gündəlik adət etdiyimiz pis vərdişlərdir. Dişləri sərt cisimlərlə davamlı təmasa məcbur etmək əvvəlcə mina təbəqəsində aşınmalara, çatlara, ciddi qırıqlara, hətta diş itkilərinə yol açır. Məsələn, buz dişləmək həm sərt bir cisimlə dişləri zorlamaq, həm də termal şok yaşanmasına səbəb olur. Termal şok isə dişin içindəki sinir və damar toxumalarının həddindən artıq istilik dəyişikliyi səbəbindən həssaslığına və nekrozuna, yəni ölməsinə səbəb olur.
 
2. Dırnaq yemək, qələm dişləmək
 
Dırnaq yemək dırnaqlarda olduğu qədər dişlərdə də görünüş və forma pozuntularına, hətta aşınmalara səbəb olur.
3. Həddən artıq şəkərli və işlənmiş qidalar yemək
 
Çox şəkərli qidalarla qidalanmaq ağız içindəki turşu səviyyəsini artıraraq çürük riskini olduqca yüksəldir. Şəkərli və bir çox emal mərhələlərindən keçən paketli qidalar diş səthlərinə asanlıqla yapışır və çox çətin təmizlənir. Bunların əvəzinə lifli, şəkər səviyyələri aşağı, çiy və ya az bişmiş meyvə-tərəvəz kimi qidalara üstünlük vermək lazımdır. Çünki bu qidalar daha tez yeyilir və həzm edilir, hətta diş səthlərində funksional təmizliyin reallaşmasını təmin edir. Xüsusilə səhər yeməyində həddən artıq şəkərli qidalar yeyilirsə, sonra mütləq ağzı yaxalamaq, axşam yeməyindən sonra atışdırmalar edilirsə, yatmazdan əvvəl mütləq dişləri fırçalamaq məsləhətdir.
4. Spirtli içkilər
 
Turşulu içkilər mina təbəqəsini yumşaldır və tərkibində artıq miqdarda olan şəkər dişlərdə çürük yaranmasına səbəb olur. Buna görə də spirtli içkilər yerinə turşusuz və şəkər əlavəsi olmayan meyvə suları, süd və süd məhsulları kimi təbii içkilərə üstünlük verin.
5. Həddən artıq çay və qəhvə içmək
Həddən çox çay və ya qəhvə içmək diş səthlərində qalıqlara səbəb olduğu üçün tövsiyə edilmir. Diş səthində əmələ gələn sarılıqları və qalıqları təmizləmək üçün dişləri daha sərt fırçalamağa məcbur edir. Bu isə diş səthlərində cızıqlara və korlanmalara səbəb olur. Dişlər ağarsa və təmizlənsə belə, asanlıqla təkrar çirklənir.
6. Siqaret və tütün məhsulları
Siqaret çəkmək, içə çəkilən qatı duman ağız içi toxumaların qaynanması təsiri yaradır və toxumaların qalınlaşmasına gətirib çıxarır. Bunun nəticəsində də diş əti xəstəlikləri gizli inkişaf edir. Normalda xəstə toxumalarda müşahidə edilən ödəm, şiş, qızartı və qanamalar siqaret istifadə edən zaman maskalanır. Siqaret çəkən və tütün istifadə edən insanlarda ağız içi yaralar çox gec yaxşılaşır. Diş səthlərində aşınma, sarılıq, pis ağız qoxusu, hətta ağız içi xərçənglərə səbəb olur.
7. Diş sıxmaq və ya qıcamaq
 
Bu cür pis vərdişlər dişlərdə diş əti səviyyəsinə qədər vara bilən ciddi aşınmalara, çənə oynağı narahatlıqlarına və çeynəmə əzələlərində xəstəliklərə səbəb ola bilər. Bundan başqa, aşınan dişlər səbəbindən burun ucu ilə çənə arasındakı məsafənin azalması nəticəsində dişsiz, yaşlı bir görünüş meydana gəlir. 
Lent.az

 

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024