Sağlamlıq (18-04-2016, 15:08)
Diqqət: İntihar,yoxsa yeniyetmə kömək istəyir? - ÖZƏL
Son dövrlərdə susidal davranışa meylliyin artması onun təzahür xüsusiyyətlərinin müəyyənləşdirməsini tələb edir.
Mediatv.az: İntihara meylliliyin təzahürünün yeniyetmələrdə başqa davranış stereotiplərindən fərqləndirmək üçün zəruri olan siptomları diqqət mərkəzinə gətirmək lazimdir.Yeniyetmələrdə susidal davranışın təzahür xusiyyətlərini aşağıdakı kimi qruplaşdırmaq olar:
-Özünə qapanma halları. Nəzərə almaq lazımdır ki. Suidə meyllik zamanı yeniyetmə heç kimlə münasibət qurmaq istəmir və tənhalığa üstünlük verir.Doğrudur belə hallar şizoid tipli yeniyetmələrdə daha çox müşahidə olunur. Ancaq nəzərə almaq lazımdır ki, bir sıra kompleks təzahürlər olduqda bu intiharın təzahürü kimi nəzərdən keçirilir.
-.Bədbinliyə, ümidsizliyə qapılmaq. Belə hallarda yeniyetmənin təlim fəaliyyətində çatışmazlıqlar özünü göstərir, gəlcəyə ümid azalır və bədbinlik davranışın göstəricilərinə çevrilir.
- Travmatik keçidlər. Yeniyetmənin həyatında baş verən taravmalar bir-birini üstələyərsə, təlim fəaliuyyyətində və şəxsi həyatda uğursuzuluqlara düçar olursa, bu vəziyyət intihar etməsi üçün səbəb yarada bilər.
- Davranış və fəaliyyətdə baş verən sopntan dəyişiklik. Hər zaman çox sakit duran bir yeniyetmə qəflətən məktəbdə, cəmiyyətdə ən canlı bir tip halına gəlməsi və ya əksinə olması hər bir halda psixoloji vəziyyətin normala olmadığı qənaətinə gəlməyə imkan verir.
-Valideynələrə və ya yaxınlarına hədə-qorxu tipli mesajlar verilməsi. Belə mesajlar işin ciddiliyini nəzərə almağı tələb edir. Çünki belə hallara qarşı laqeydlik “qisas” alınması prosesi kimi susidə gətirib çıxara bilər.
İntihara meyillilik yeniyetmələrdə, travmatik hallara məruz qalanlarda, keçmişdə intihara təşəbbüs etmiş adamlarda və ailəsində bu cür situasiyalarla rastlaşanlarda olduqca yüksəkdir.İntihar davranışının etimologiyasında ailə quruluşu, qarşılıqlı təsiri və kişilərarası münasibətlərdəki problemlər əhəmiyyətli bir mövqeyə malikdir.
Tədqiqatlar göstərir ki, dəyərlərində şəxsi problemlər olan, daha çox neqativ məslələrlə rastlaşan, intihar riski daşıyan, spirtli içkilərdən sui-istifadə edən və ya asılılıq problemləri olan ailələrin yeniyetmələri daha çox susidal davranışa meyllidirlər.
Bütün bunları nəzər alıb yeniyetmələrlə aparılan işin xarakteri diqqət mərkəzində saxlanmalı, zəruri siptomlar və davranış dəyişiklikləri izləndiyi halda yeniyetməyə kömək etmək lazımdır.
Psixoloq Aygün Əzimova