Sosial (Bu gün, 10:54)
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-FAKTLAR NƏLƏRİ DEMİR?!/FOTOLAR
Bu gün nəinki dövlət idarəetməsində, o cümlədən ictimai-siyasi sahədə, xüsusilə media, QHT və diaspor sahəsində Ramiz Mehdiyevə bağlı, onun ideya daşıyıcıları olan kifayət qədər təmsilçilər var. Bu sıradakıların bəziləri hazırda islahatçı cildinə girsə də, daxilən Ramiz Mehdiyevə bağlı adamlardı. Onlar imkan düşdüyü qədər bir-birilərinə dəstək verir, gizli sövdələşmələr aparır, mövqelərini günü-gündən möhkəmləndirirlər.
Uzun illər Ramiz Mehdiyevin köməkçisi, daha sonra Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri olmuş Elnur Aslanov 2014-cü ildə nurçu şəbəkəsi ilə əlaqələrinə görə işdən azad olundu. Onun həmin şəbəkəyə çıxışı da təsadüfi deyildi. O, belə bir əlaqənin qurulması üçün Ramiz Mehdiyevdən tapşırıq alırdı. Elnur Aslanova bu əlaqələrin qurulması üçün kifayət qədər geniş imkanlar yaradılmışdı. Bütün gənclər sektoruna nəzarət ona həvalə edilmişdir. “İrəli” Gənclər Hərəkatı, Xaricdə Təhsil Almış və Məzun Olmuş Gənclər İctimai Birliyi, Gənclər Təşkilatları Milli Şurası və s. təşkilatlar onun himayəsi altında yaranaraq, xeyli gəncin nurçu şəbəkəsinə qoşulmasına vəsilə olmuşdu.
Elnur Aslanovun yaxın dostu, onun dövründə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri işləyən Elşad İsgəndərov da vəzifəsini nurçu məsələsinə görə itirdi. Amma onu da qeyd edək ki, Elşad İsgəndərov Xarici İşlər Naziri Ceyhun Bayramovun doğma qaynı olduğu üçün son illər onun reabilitasiyası mümkün olmuşdur.
Bu istiqamətdə Yenixeber.org-a daxil olmuş məlumata görə, Prezident Administrasiyasında mətbuata bilavasitə nəzarət edən ictimai-siyasi şöbə olsa da, Ramiz Mehdiyev köməkçisi Elnur Aslanova əlavə mətbuat orqanları yaratmağı və rəhbərlik etməyi də tapşırmışdı.
Elnur Aslanov həmin dövrdə “1news.az”, “gun.az” saytlarını, “Bakupost” qəzetini, “Yurd fm” radiosunu yaratmışdı. Ola bilər bu tam siyahı olmasın. Amma bunlarla bərabər bəzi medialar da əlavə olaraq onun nəzarətinə verilmişdi.
Xatırladaq ki, Dağlıq Qarabağın Azərbaycanlı İcması da onun kurasiyasına verilmişdi ki, ora da özünün əsas adamlarından biri olaraq Orxan Əkbərovu sədr təyin etdirmişdi.
Hazırda Elnur Aslanov Dubayda biznes fəaliyyəti ilə məşğul olsa da, Ramiz Mehdiyevin xeyir-duası ilə həm dövlət strukturlarına, həm də media və QHT sektoruna yerləşdirdiyi şəxslər fəaliyyətdədir.
Məsələn: Elnur Aslanov fəaliyyəti dövründə nəzarətində olan “bakupost” qəzetinin redaktoru və “Yurd.fm” radiosunun əməkdaşı olmuş şəxsi Prezident Administrasiyasındakı şöbəsinə məsləhətçi vəzifəsinə gətirmişdir. Sonra Ramiz Mehdiyevin sərəncamları ilə şöbə daxilində vəzifəsi artırılan həmən şəxs elmi işini də müdafiə edə bilmişdir. Maraqlıdır ki, dövlət qulluğunda olan şəxslərin elmi müdafiələrə getməsi yalnız Ramiz Mehdiyevin icazəsi ilə mümkün ola bilərdi. Bu istisna o şəxsə şamil olunmuşdur. O da öz növbəsində elmi işində əsasən Ramiz Mehdiyevin ideyalarına söykənərək, ondan çoxlu sayda sitatlar gətirərək elmi dərəcə ala bilmişdir.
Bu gün o şəxs Azərbaycanda bütün qeyri-hökumət təşkilatlarına rəhbərlik edir. Onun rəhbərliyi dövrüdə Ramiz Mehdiyevə bağlı olan QHT-lərin dəstəklənməsi prosesinin şahidi oluruq desək, yanılmarıq.
Baxın, bu gün o şəxsin nəzarətində olan QHT-lərə Dövlət Dəstəyi Agentliyi Qarabağ Dirçəliş Fondu ilə birgə qrant müsabiqəsi elan edib. Sual olunur bu Fondun rəhbəri kimdir? Bu Rəhman Hacıyevdir. Hansı ki, Elnur Aslanovun nəzarətində olan “1news.az” saytının baş redaktoru olub. Daha sonra isə Ramiz Mehdiyevin tapşırığı ilə o “Bakinski raboçiy” dövlət qəzetinin baş redaktoru təyin edilib. Hazırda isə Qarabağ Dirçəliş Fondunun rəhbəridir. Aydın oldumu, haradan haraya?
Xatırladaq ki, bu günlərdə Xankəndidə keçirilən QHT Forumunda o məsul şəxsin yanında əyləşən və forumda çıxış edən qonaq Rəhman Hacıyev olmuşdur.
***
Ramiz Mehdiyevə yaxınlığı ilə tanınıb da, QHT sektorunda adı hallanan digər tanınmış Prezidentin sabiq mətbuat katibi Azər Qasımovdur. Belə ki, Yenixeber.org-a ötürülən məlumata görə, Prezidentin sabiq Mətbuat katibi Azər Qasımovun da həyat yoldaşının rəhbərlik etdiyi QHT-yə küllü miqdarda qrantlar verilib. Aytən Qasımovanın rəhbərlik etdiyi QHT “Mədəni İnkişafa Dəstək” İctimai Birliyi adlanıb. Bu haqda üç gün əvvəl yazmışıq…(Bu linkdən oxuya bilərsiniz: https://yenixeber.org/manset/192159-ayg%C3%BCn-%C9%99liyevan%C4%B1n-prezidentin-sabiq-m%C9%99tbuat-katibin%C9%99-%E2%80%9Cdostluq-s%C9%99daq%C9%99ti%E2%80%9D-%E2%80%93.html
Ramiz Mehdiyevin media və QHT sektorundakı tərəfdarları heç də kiçik olmayan siyahıda sıralanır. Bunlar ya Mehdiyevin göstərişi, ya da xeyir-duası ilə bu cameədədirlər. Və aidiyyatı dövlət orqanlarının bu istiqamətdə araşdırması vacib görünür...
Mövzunun davamı olacaq.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
30 10 2025
30 10 2025
30 10 2025
30 10 2025
30 10 2025
30 10 2025
30 10 2025
30 10 2025
30 10 2025
30 10 2025
30 10 2025
30 10 2025
30 10 2025
30 10 2025
30 10 2025
30 10 2025
30 10 2025
30 10 2025
30 10 2025
30 10 2025
30 10 2025
30 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025

























