Dünya (Bu gün, 08:12)
 Pakistan və Əfqanıstan razılığa gəldi 
	Atəşkəs razılaşmasının əldə edilməsinin ardından Pakistan və Əfqanıstan nümayəndə heyətlərinin İstanbulda keçirdiyi görüşlər yekunlaşıb. Türkiyə və Qətərin vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsində atəşkəsin davam etdirilməsi barədə razılıq əldə olunub.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi açıqlama yayıb.Nazirliyin yazılı bəyanatında qeyd edilir ki, Əfqanıstan və Pakistan arasında 18–19 oktyabr tarixlərində Dohada Türkiyə və Qətərin vasitəçiliyi ilə əldə edilən atəşkəsin möhkəmləndirilməsi məqsədilə 25–30 oktyabr tarixlərində İstanbulda dörd ölkənin iştirakı ilə görüşlər təşkil edilib.
Tərəflər atəşkəsin qorunub saxlanılması ilə bağlı razılığa gəliblər. Atəşkəsin icrasına dair əlavə məsələlər isə 6 noyabrda İstanbulda keçiriləcək yüksək səviyyəli toplantıda müzakirə ediləcək və müvafiq qərarlar qəbul olunacaq.
 
						Reklam
					
                
				
						Ən çox oxunanlar
					
 
				
						• Sorğu
					
               Saytımızı bəyəndiniz?
Xəbər lenti
				                31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
30 10 2025 
30 10 2025 
30 10 2025 
30 10 2025 
30 10 2025 
30 10 2025 
								 









 
				















 
	 
	 
	 
	