Cəmiyyət (19-12-2014, 11:42)
35 milyon adam depressiyadan əziyyət çəkir
Planetimizin 350 milyondan çox sakini depressiyadan əziyyət çəkir
İnsanı normal yaşayıb-işləmək imkanından məhrum edən bu psixi pozğunluq onu intihara sürükləyir. Bu barədə məlumatı Dünya Səhiyyə Təşkilatı yayıb. Məlumatda bildirilir ki, depressiya adi əhval dəyişmələrindən fərqlənir. O, iki həftə və ya daha çox sürən kədər hissi doğurur və işdə, təhsil müəssisəsində və ya evdə normal fəaliyyətə təsir göstərir . DST-nin Psixi sağlamlıq və toksikomaniya departamentinin direktoru Şekhar Saksen deyib ki, dünyada depressiyanın müalicəsinin bəzi çox effektiv vasitələri var: “Təəssüf ki, depressiyadan əziyyət çəkən şəxslərin yarısından azı, bir çox ölkələrdə isə on faizdən azı tibbi yardım alır”.
DST-nin hesablamalarına görə, depressiya dünyanın bir çox regionlarında geniş yayılıb. Bu yaxınlardakı araşdırmalar göstərib ki, ötən il depressiyadan dünya əhalisinin təxminən 5 faizi əziyyət çəkib. Depressiya sosial, psixoloji və bioloji amillərin nəticəsidir. Doğan qadınların təqribən 20 faizi doğuşdan sonrakı depressiyadan əziyyət çəkirlər. Bundan əlavə, belə pozulmanın yaranması riski iqtisadi qarışıqlıq, işsizlik, təbii fəlakət və münaqişələr kimi amillər üzündən güclənə bilər. Ən pis halda depressiya intihara gətirib çıxara bilər. Hər il təqribən bir milyonadək insanın intihar etməsi faciəli haldır. İntihar edənlərin xeyli hissəsi depressiyanın qurbanlarıdır.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024