Sosial (Bu gün, 08:50)
 “Fateh Construction” rəhbəri Elfaq Məmmədov işçini necə aldatdı? VİDEO 
	 Bakı sakini işlədiyi şirkətdə iş qəzasının baş verdiyi, nəticədə hər iki ayağının sındığını deyir. Lakin çalışdığı şirkət isə maddi dəstək göstərmir.
 Bakı sakini işlədiyi şirkətdə iş qəzasının baş verdiyi, nəticədə hər iki ayağının sındığını deyir. Lakin çalışdığı şirkət isə maddi dəstək göstərmir.XALQ-ın məlumatına görə, paytaxt sakini Qiyas Səmədov deyir ki, “Fateh Construction” şirkətində çalışıb.
1 il əvvəl iş vaxtı hər iki ayağının üzərinə dəmir parçaları düşüb və ağır xəsarət alıb. O, təcili xəstəxanaya aparılıb və əməliyyat edilib.
Qiyas Salahovun sözlərinə görə, hər iki ayağına mil qoyulub. Çalışdığı şirkət ilk vaxtlarda ona maddi yardım etsə də, sonradan bunu dayandırıb.
 Qiyas Səmədov iddia edir ki, xəstəxanaya gedən zaman ona tapşırılıb ki, qəzanın iş zamanı baş verdiyini deməsin. Hətta evdə qaldığı müddətdə heç bir xəbərdarlıq edilmədən işdən azad olunub.
 Qiyas Səmədov iddia edir ki, xəstəxanaya gedən zaman ona tapşırılıb ki, qəzanın iş zamanı baş verdiyini deməsin. Hətta evdə qaldığı müddətdə heç bir xəbərdarlıq edilmədən işdən azad olunub.Qiyas Səmədov bildirir ki, ayağındakı milə görə təkrar əməliyyat olunmalıdır. O, şirkət rəhbərliyinin əməliyyat xərclərini qarşılamasını və dəymiş maddi ziyanı konpensasiya etməsini istəyir.
Məsələdə adı hallanan şəxslərin də mövqeyini öyrənməyə çalışdıq.
“Fateh Construction” şirkətinin rəhbəri Elfaq Məmmədov zənglərə və mesajlara cavab vermədi. Köməkçisi olduğu bildirilən Elcan Mövludov isə qeyd etdi ki, problemlə onun heç bir əlaqəsi yoxdur.
Dövlət Əmək Müffəttişliyi Xidmətindən isə “Xəzər Xəbər”ə bildirildi ki, baş verdiyi vaxtdan müəyyən müddət keçməsinə baxmayaraq, vətəndaşın iş yerində baş vermiş bədbəxt hadisə ilə bağlı onlara müraciət etməsi mümkündür. Əmək hüquqları pozulan şəxslər Xidmətə elektron qaydada, sosial şəbəkələr vasitəsilə və ya poçtla müraciət edə, yaxud Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142” Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərlər. Bütün müraciətlər operativ cavablandırılır. Müraciət daxil olduqdan sonra hadisə araşdırılacaq, zəruri sənədlər və sübutlar toplanacaq və məsələyə qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
 
						Reklam
					
                
				
						Ən çox oxunanlar
					
 
				
						• Sorğu
					
               Saytımızı bəyəndiniz?
Xəbər lenti
				                31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
31 10 2025 
30 10 2025 
30 10 2025 
30 10 2025 
30 10 2025 
30 10 2025 
30 10 2025 
								 









 
				















 
	 
	 
	 
	