Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 09:23)
Deputata məxsus olduğu deyilən şirkətin tibb lisenziyası yoxa çıxdı

 
Milli Məclisin deputatı Əlibala Məhərrəmzadəyə məxsus olduğu deyilən “A ənd J Holdinq” MMC-yə (A&J Holding) özəl tibb fəaliyyətini həyata keçirmək üçün verilmiş lisenziya itib.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, sənədin hansı şəraitdə itdiyi açıqlanmayıb.

Məlumata görə, İN\L-139\2021 qeydiyyat nömrəli lisenziya itdiyi üçün etibarsız sayılıb.
“A ənd J Holdinq” MMC-yə (A&J Holding) özəl tibb fəaliyyətini həyata keçirmək üçün lisenziya 2021-ci il aprelin 5-də İqtisadiyyat Nazirliyi tərəfindən verilib.
Xatırladaq ki, “A&J Holding” 2005-ci ildə təsis edilib. Şirkətin 20.51 mln. manat nizamnamə kapitalı var. Hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Murtuza Muxtarov küçəsi, ev 9, mənzil 30-da yerləşir.
Ötən il Milli Məclisə keçirilən seçkilərdən sonra şirkətin rəhbəri dəyişdirilib. Fuad Məhərrəmov holdinqin direktoru təyin edilib. Buna qədər isə şirkətin rəhbəri Milli Məclisin hazırkı deputatı Əlibala Məhərrəmzadə olub. O, ötən ilin sentyabrından parlamentdə 59 saylı Quba seçki dairəsini təmsil edir.
Şirkətin fəaliyyət sferasına gəlincə isə, bununla bağlı açıq mənbələrdə heç bir məlumat qeyd olunmayıb. Amma dövlət satınalmalarının vahid internet portalına nəzər yetirdikdə “A ənd J Holdinq” MMC-nin kondisioner, soyuducu anbarlarının təmiri, tədbirlərin təşkili və s. bir sıra fəaliyyət növü ilə məşğul olduğu müşahidə edilir.
шаблоны для dle 11.2

Xəbər lenti
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
31 10 2025
30 10 2025
30 10 2025
30 10 2025
30 10 2025
30 10 2025