Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 14:20)
Bağça müdiri Sevinc İsgəndərova Sosial Xidmətlər Agentliyinə ofis icarəyə verir –İllik 262 min manata

sum-sevinc2



“Sosial Xidmətlər Agentliyi” Publik Hüquqi Şəxsi tərəfindən elan edilmiş İxtisaslaşmış Sosial Xidmət Müəssisəsi üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınması üzrə keçirilən açıq tenderdə fiziki şəxs Sevinc Şəfa qızı İsgəndərova (VÖEN: 2905863792) qalib elan edilmiş və qeyd edilən şirkət ilə 262.320,00 manat məbləğində satınalma müqaviləsinin bağlanması nəzərdə tutulmuşdur. Məlumat satınalmaların portalında 28.10.2025-ci ildə dərc edilmişdir.
 Qeyd edək ki,bu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə fiziki şəxs Sevinc Şəfa qızı İsgəndərova arasında bağlanan ilk müqavilə deyil.
Sözügedən qurum Sosial Xidmətlər Agentliyinin Mərkəzi filialı üçün 900 m(2) ofis sahəsinin 12 aylıq icarəsi xidmətinin satın alınması üzrə 216.000 manat məbləğində satınalma müqaviləsini 10.01.2024-cü ildə bağlamışdır.
İxtisaslaşmış Sosial Xidmət Müəssisəsi üçün 13116 m² ofis sahəsinin 12 aylıq icarəsi xidmətinin satın alınması üzrə 262.320  manat məbləğində satınalma müqaviləsini 29.12.2024-cü ildə bağlamışdır.
Qeyd edək ki, satınalan təşkilat olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin ünvanı Bakı şəhəri, Ziya Bünyadov prospekti 1965, “Çinar Park” Biznes Mərkəzi bina 1, mərtəbə 2-də yerləşir. Amma Agentliyin ofis sahəsini hansı Sosial Xidmət Müəssisəsi üçün aldığı bəlli deyil.
Maraqlıdır Sosial Xidmətlər Agentliyinə illik 262 min manata ofis icarəyə verən Sevinc  İsgəndərova  kimdir və haqqında açıq mənbələrdə nə kimi məlumatlar var?
Dövlət Vergi Xidmətinin reyestr məlumatları üzərindən apardığımız araşdırmada məlum oldu ki, fiziki şəxs Sevinc Şəfa qızı İsgəndərova (VÖEN – 2905863792) vergi ödəyicisi kimi Sumqayıt şəhərində yerləşən 2 saylı Vergilər İdarəsində qeydiyyata alınıb. Sumqayıt şəhəri, 5 mkr, ev.5/53, m.3 ünvanında daimi qeydiyyatdadır.
İnternet axtarış sistemləri üzərindən apardığımız araşdırmada məlum oldu ki, fiziki şəxs Sevinc Şəfa qızı İsgəndərova həm də Sumqayıt şəhərində, 9-cü mikrorayonda yerləşən  51 saylı uşaq bağçasının müdiridir. Qeyd edək ki, Sosial Xidmətlər Agentliyinin Sumqayıt Sosial Xidmət Kabineti də Sumqayıt şəhəri 9-cu mkr, Zülfi Hacıyev 266-da yerləşir.
Göründüyü kimi Sevinc İsgəndərovanın daimi qeydiyyatda olduğu ünvan da, çalışdığı uşaq bağçası da, icarəyə verilən ofis sahəsi də Sumqayıt şəhərində yerləşdiyindən bütün məlumatlar üst-üstə düşür. Buradan da suallar yaranır. Sosial Xidmətlər Agentliyinə illik 262 min manata ofis icarəyə verən Sevinc İsgəndərova icarəyə verdiyi ofisi hansı vəsaitlərlə əldə edib. Burada Sevinc İsgəndərovanın hansısa bir yüksək çinli dövlət məmuru ilə qohumluq əlaqəsi olması istisna deyil. Əldə etdiyimiz məlumata görə Sevinc İsgəndərovanın qardaşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dovlət Sosial Müdafiə Fondunda yüksək vəzifə sahibidir. Əks halda iki yüz min manatdan çox dəyəri olan ofis sahəsinə kimsə sahib ola bilməz, icarəyə verə bilməz.
Medianın hələ 2016-cı ildə yaydığ məlumata görə “Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən işdə yol verdikləri məsuliyyətsizliyə və buraxdıqları nöqsanlara görə 3 bağça müdirəsinə sonuncu xəbərdarlıq olunub:  5, 49 və 51 saylı bağçaların müdirlərinə şiddətli töhmət verib və sonuncu dəfə işlərində dönüş yaradılması ilə bağlı xəbərdarlıq edib. Bundan sonra bağçalara nəzarət daha da gücləndirilib və bu məsələ diqqətdə saxlanılıb. Gələcəkdə hər hansı bir bağça müdirəsinin işində nöqsan olarsa, dərhal ciddi cəzalandırılacaq”.
Qeyd edək ki,  Sosial Xidmətlər Agentliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Prezident İlham Əliyevin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə yaradılıb. Qurum sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə övladlığagötürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Agentliyin İdarə Heyətinin sədri Vüqar Şəfa oğlu Behbudovdur. Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin kadrı və ən yaxınlarından biri hesab edilir.(aktualinfo.net)


шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
30 10 2025
30 10 2025
30 10 2025
30 10 2025
30 10 2025
30 10 2025
30 10 2025
30 10 2025
30 10 2025
30 10 2025
30 10 2025
30 10 2025
30 10 2025
30 10 2025
30 10 2025
30 10 2025
30 10 2025
30 10 2025
30 10 2025
30 10 2025
30 10 2025
30 10 2025
30 10 2025
30 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025
29 10 2025