Sağlamlıq (10-12-2015, 11:31)
Mədə xəstəliklərindən qorunmaq üçün bu çaydan için!
Statistika göstərir ki, qış aylarında mədə xəstəliklərindən şikayət edənlərin sayı artır.
Mədənizdə qıcıqlanma, yanğı və şişkinlik hiss edirsinizsə, Mediatv.az-ın təqdim etdiyi zəncəfil çayını sınaqdan keçirin.
Tərkibi:
Baş barmaq böyüklüyündə təzə zəncəfil
3 ədəd mixək
1 stəkan qaynar su
1 çay qaşığı adaçayı
Hazırlanması:
1 stəkan qaynar suyu, zəncəfili və mixəyi çaydana töküb 6 dəqiqə qaynadın. Daha sonra çaydanı ocaqdan götürün. Çayın daha 10 dəqiqə dəmlənməsini gözləyin. Onun dadını yaxşılaşdırmaq üçün içinə bal və ya limon şirəsi əlavə edə bilərsiniz.
Çayın tərkibindəki zəncəfil mədəyə yaxşı təsir etməklə bərabər, immunitetinizi də gücləndirəcək.
Adaçayı da eynilə zəncəfil kimi mədə üçün faydalıdır. Bu çay sayəsində həm mədə problemlərindən xilas olacaq, həm də qripdən qorunacaqsınız.