Sağlamlıq (4-12-2015, 17:15)
Fındıq yağı ilə necə gözəlləşmək olar?
Fındıq yağı vitamin və minerallar baxımından olduqca zəngindir. Ondan ən çox dərini gənc və gözəl saxlamaq üçün istifadə edirlər.
Mediatv.az gözəlləşmək üçün fındıq yağından necə istifadə edə biləcəyinizi araşdırıb:
Fındıq yağı tərkibindəki E vitamini sayəsində qanazlığı, yaddaş problemlərinə, alzaymerə çarə olur. Ancaq yuxarıda da qeyd etdiyimiz kimi, ondan gözəllik məqsədilə daha çox istifdadə edilir. Çünki həmin yağ dərini nəmləndirir, gəncləşdirir, qırışları açır. Lakin onu dəriyə birbaşa çəkmək məsləhət deyil. Ona görə də maska hazırlamaq daha məsləhətdir.
Fındıq yağından maska:
1 çay qaşığı fındıq yağı
1 çay qaşığı bal
2 xörək qaşığı gül suyu
3 xörək qaşığı ağ gil
Hazırlanması:
Bütün məhsulları qarışdırıb təmiz dəriyə çəkin. Maskanı üz dərisi ilə yanaşı boyuna da çəkə bilrəsiniz. 15 dəqiqə gözlədikdən sonra ilıq su ilə təmizləyin. Maskanı 15 gündən bir çəkmək olar.