Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sağlamlıq (6-11-2015, 21:15)
2 ayda qüsursuz dəri vəd edən maskalar

 

Dərinizə düzgün qulluq edərək 2 ayda qüsursuz gözəlliyə sahib ola bilərsiniz.

 

Türkiyəli bitki mütəxəssisi Tarkan Güvəloğlu bütün dəri növləri üçün uyğun olan ev şəraitində edilən qulluqdan bəhs edib.

 Mediatv.az mütəxəssisin məsləhətlərini təqdim edir:

 

Tarkan Güveloğlunun sözlərinə görə, dəri üçün ən faydalı meyvə portağaldır:

 

“Portağal dərini möhkəmləndirir, şirəsini maskalara əlavə etdikdə tərkibindəki C vitamini sayəsində hüceyrələri yeniləyir, yaşlanma əlamətlərini aradan qaldırır. Yarım portağalı sıxın, içərisinə 1 çay qaşığı bal əlavə edin. Kənarda bir qaşıq qurudulmuş çobanyastığını qaynadın. Soyuyandan sonra çobanyastığı çayından 1 xörək qaşığı götürüb portağal şirəsinə əlavə edin. İçərisinə 1 çay qaşığı “propolis” töküb qarışdırın. Maskanı üzünüzə çəkib yarım saat saxladıqdan sonra təmizləyin”.

 

Mütəxəssis bildirir ki, dərinin gözəlliyi onun təmizliyindən asılıdır. Dərini təmizləməyin ən yaxşı üsulu isə yulafdan istifadə etməkdir:

 

“Yulaf dəriyə pilinq effekti verir. Bir ovuc yulaf yarmasını qaynadın, ocağı söndürüb yulafın soyumasını gözləyin. İçərisinə bir az alma rəndələyin və bir neçə damcı limon şirəsi əlavə edin. Maskanı üzünüzə və boynunuza çəkib 20 dəqiqə gözləyin. Daha sonra ilıq su ilə təmizləyin”.

 

Tarkan Güveloğlunun məsləhət gördüyü təbii vasitələrdən biri də yaşıl gildir:

 

“Bir xörək qaşığı gilin üzərinə 1 yumurtanın sarısını və az miqdarda avokado əlavə edib qarışdırın. Maskanı üzünüzdə yarım saat saxladıqdan sonra soyuq su ilə təmizləyin”.(Publika.az)

 

Mütəxəssisin sözlərinə görə, bu maskaları həftədə 1 dəfə çəkməklə 2 ayda qüsursuz dəriyə qovuşmaq mümkündür.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024