Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sağlamlıq (25-11-2015, 15:53)
Bunları yesəniz, saçlarınız parlaq görünəcək!

 

Parlaq saçlar hər bir xanımın arzusudur. Bu arzuya qovuşmaq üçün bahalı, üstəlik, tərkibi kimyəvi maddələrlə dolu olan məhsullara pul xərcləməyin. Çünki mütəxəssislər parlaq saçların sağlam qidalanmaqla əldə edilə biləcəyini deyirlər.

 

Mediatv.az xəbər verir ki, türkiyəli diyetoloq Melis Torluoğlu sağlam və parlaq saçlara qovuşmaq üçün mütəmadi olaraq yeməli olduğumuz qidaların siyahısını açıqlayıb.

 

Həmin qidaları təqdim edirik:

 

Yumurta

 

Yumurta ən yaxşı zülal mənbəyidir. Həmçinin, B12 vitamini, “biotin”, sink, dəmir ehtiva edir. Bu vitamin və minerallar saçların uzanmasına kömək etməklə yanaşı, saçın daha gur və parlaq görünməsinə səbəb olur. Odur ki, həftədə 3-4 dəfə suda bişmiş yumurta yeyin.

 

Yer kökü

 

Kökün tərkibindəki A vitamini saç dərisini qidalandırır. Beləliklə, saçlar daha sağlam olur. Yer kökünü hər gün yemək lazımdır. Onu xörəklərə və salatlara əlavə edə bilərsiniz.

 

Göyərtilər

 

Kələm, brokkoli, ispanaq, nanə, tərə, cəfəri kimi tərəvəz və göyərtilər saçın parlaq görünməsini təmin edir. Bu qidaları çiy yemək məsləhətdir.

 

Çərəzlər

 

Fındıq, qoz, badam, fıstıq kimi tərkibi yağlarla zəngin olan çərəzlər saçlar üçün çox faydalıdır.

 

Bu çərəzlərin tərkibində bol miqdarda  E vitamini var. E vitamini qan dövranını sürətləndirir, saç dərisinin daha yaxşı qidalanmasını təmin edir. Hər gün bu çərəzlərdən hər hansı birindən 10-15 ədəd yeyin.

 

Avokado

 

Bu meyvə B5 vitamini ehtiva edir. B5 vitamini saçların sağlamlığını qoruyur və tez uzanmasını təmin edir. Gündə yarım avokado yeyə bilərsiniz.

 

Paxlalı bitkilər

 

Quru lobya, mərci, noxud kimi qidaların tərkibi  dəmir, sink, biotinlə zəngindir. Bu qidalar həm saçlara parlaqlıq verir, həm də onların tökülməsinin qarşısını alır. Həftədə 2-3 dəfə paxlalı bitkilərdən hazırlanmış salat və ya xörək yeyin.

 

Bütöv dənli taxıldan hazırlanmış çörək

 

Gündə ən azı 2-3 dilim çörək yemək lazımdır. Ancaq çörəyin bütöv dənli taxıldan hazırlanması böyük əhəmiyyət təşkil edir.

 

Qırmızı ət

 

Qırmızı ət tərkibindəki dəmir sayəsində saç köklərini qidalandırır. Qırmızı ət saç tökülməsinin qarşısını alır. Həftədə 2-3 dəfə qırmızı ətdən hazırlanmış xörəklərdən yeyin. Yeməyə yağ əlavə etməməyiniz məsləhətdir. Ətin tərkibi yağlarla zəngin olduğu üçün yemək kifayət qədər yağlı olacaq.

 

 

 

 

 

 

 

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024