Region (9-12-2014, 17:47)
Baloğlan Əşrəfov: “Tarkanın sənəti yoxdur”
Onu fəxri adı ilə, titulları ilə təqdim etməyə, əsla, ehtiyac yoxdur
Baloğlan Əşrəfovu 7-dən 77-yə qədər hər kəs tanıyır da, sevə-sevə dinləyir də. Həm səsi, sənəti, həm də həlim xarakteri, sadəliyi ürəklərdə Baloğlan Əşrəfova xüsusi məhəbbət qazandırıb.
Müsahibə üçün zəng vuranda da özünəxas nəzakətlə görüş yeri təyin elədi: “Oğlum, sabah səhər 11 tamamda “Neftçılər”in qarşısında ol. Qulluğunda hazıram”.
Onunla çay süfrəsi arxasındakı söhbətimiz sənət adamlarına ünvanlanan ənənəvi sualla başladı.
- Salam, Baloğlan müəllim, necəsiniz?
- Çox şükür, yaxşıyam. Siz gənclər yaxşı olun.
- 1978-ci ildə ADU-nun filologiya fakültəsini bitirmisiniz. 5 il kənddə müəllim işləmisiniz. Bəs niyə davam etmədiniz?
- Düşündüm ki, müəllim işləyə bilmərəm.
- Siz daha çox köhnə mahnılarınızla sevilirsiniz. Yeni mahnı yazdırmaq üçün indiki bəstəkarlara etibar etmirsiniz?
- Hərdən Baba Vəziroğlunun yazdığı şeirlərə müraciət edirəm. Onun şeirlərini oxudum və ona musiqi bəstələdim. Gözəl, klassik üslubda bir mahnı çıxdı ortalığa. Sözləri oxuyandan sonra ilhamlanıb, ona mahnı bəstələdim. Yeni mahnılarım da var, köhnə mahnıların təsirindən çıxıb, hərdən onlara da qulaq asmaq lazımdır.
- Gəncliyin zövqü ilə necə, barışırsınız?
- Burda da müxtəliflik var. Mən elə bilirdim ki, bizim gənclərin hamısı rok, pop musiqisi dinləyir. Mənə olan müraciətlərdən görürəm ki, minlərlə gəncimiz, hətta 19-20 yaşında olan gənclər belə Azərbaycan mahnılarına, muğamlarımıza çox böyük maraq göstərirlər. Bir qrup gəcimiz də var ki, özlərini dinamik sayırlar. Musiqinin sözlərinə, mənasına fikir vermədən, o ritmik sədaların altında coşurlar. Bəlkə, bu da lazımdır, amma, məncə, onlar da haçansa ayılıb əsil musiqini, əsil sənəti dinləməyə başlayacaqlar. Mən elə də narazı deyiləm gənclərdən.
Bir şeyi də vurğulayım, bəlkə də, bəxti gətirən müğənnilərdənəm ki, mənim tamaşaçı və dinləyicilərim 7-dən 77-yə qədərdir.
- Bu gün müğənnilərin qazanc yeri yalnız toylardır?
- Çox təəssüf ki, belədir.
- Niyə yeni kliplər çəkdirmirsiniz?
- Klip o zaman çəkilir ki, müğənninin mahnısı dinləyiciləri tutsun. Mənim mahnılarım hamısı tutur. Həm də o yaşım deyil ki, klip çəkdirəm.
- İbrahim Tatlısəs, amma, çəkdirir...
- O, İbrahim Tatlısəsdir, mən Baloğlan Əşrəfov. Həm də imkan yoxdur.
- Maddiyyat?
- Zaman baxımından imkan yoxdur.
- Bəs konsert niyə vermirsiniz?
- Konsertlər verirəm. Mənim o yaşım deyil, sponsor axtaram: “Mənə konsert təşkil edın”- deyəm. Amma zamanında çox konsertlər vermişəm.
- Neft Daşlarında verəcəyiniz konsert niyə baş tutmadı?
- Təşkitatçı Neft Daşlarında konsert verməyimi istəmədi.
- Səbəb?
- O istədi ki, Səngəçalda, neftçilər qarşısnda konsert verim. Mən də verdim. Konsertin reklam işi elə sənə həvalə olunmuşdu.
- Oğlunuz yenə Mübariz Mənsimovun yanında işləyir?
- Kimin yanında?
- Mübariz Mənsimovun...
- Mənim oğlanlarım yanımdadır. Özlərinin işləri var. Mübariz bəydən xahiş etsəydim, iş verərdi. Amma o mənə həyat bəxş etdi. Mən indi onun sayəsində yaşayıram. O, kömək etməsəydi, sənə, bu dəqiqə, müsahibə verə bilməzdim.
- Nə əcəb, köməkçiləriniz yoxdur?
- Mənim produserlə işləyən müğənnilərə iradım yoxdur. Produserlərin sayəsində məşhurlarışırlar. Mən heç vaxt produserlə işləmərəm.
- Tarkan necə oxuyur?
- Tarkanın əla reklamı var. Reklam üçün pul lazımdır. Amma Tarkanın sənəti yoxdur.
- Şoferiniz varmı?
- Nə şoferim var, nə də qoruyucum. Sadəcə, mən sənətkaram.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024