Region (30-08-2014, 16:32)
Nadir Qafarzadə: “Hamı istəyir kürsüdə oturub əmr etsin“
Mənim konsertim bütün xanımlara diqqət, kişilərə mesaj idi
"Mediatv.az" müğənni Nadir Qafarzadənin “Qafqazinfo”ya müsahibəsini təqdim edir:
- Yaradıcılığınızda yeni mövsümdə hansı yeniliklər olacaq?
- Sözləri və musiqisi Fərid Kərimliyə məxsus olan yeni evlənənlər üçün vals yazdırmışam. Ona Gürcüstanda klip çəkdirmək istəyirəm, ora xoçuma gəldi. “ Göndər” mahnın TMB kanalında top onluqdadır. Məndən başqa Zülfiyyə Xanbabayeva ilə Miri Yusifin mahnısı da onluqdadır. Bu mənim üçün böyük uğurdur. Klip manhı keyfiyyətli olanda yaxşı qarşılanır.
- Klipi niyə Azərbaycanda çəkdirmirsiniz?
- Bizdə yaxşı klip çəkən rejissorlar var. Lakin istədiyim keyfiyyəti burda ala bilmirəm. Gürcülər daha maraqlı klip çəkdirirlər. Orada kazinoda “Göndər mesajını” mahnısına klip çəkdirdim. Çox bəyənildi. Onlar daha fərqli düşünürlər. Bizimkilərə zəng edib deyəndə ki, klip çəkdirmək istəyirəm deyir nə qədər pul verəcəksən. xaricilər isə puldan öncə keyfiyyətli işi düşünür.
- Qadınlara konsert verəcəyinizi bildirmisiniz?
- Bu yay öz xanımım üçün konsert verdim mətbuat da işıqlandırdı. Bəziləri dedi ki, Nadir özünü göstərir, getsin o pulları uşaq evinə ödəsin. Bu başqa şeydir. Mənim konsertim bütün xanımlara diqqət, kişilərə mesaj idi. Gəlin qadınlarımızın qədrini bilək. bu gün milyonlarla qadın zorakılığa məruz qalır, döyülür, təhqir edilir, zorlanırlar. Boşanmalar baş alıb gedir. Bu konsert təbliğat idi. Bunu kimsə qanmırsa, bu mənim problemim deyil. Lakin bu konserti bəyənən, alqışlayan insanlar çox idi. Mən ruhdan düşmürəm. gələn il qadınlar üçün pulsuz konsert verəcəm. Əsasən burada analar və nənələrin iştirak etməsini istəyirəm. ağbirçək analar yaralı yerimdir. Burada repertuarıma aid olmayan mahnılar da yer alacaq. Çünki istəyirəm konsert hər yaşda olan xanımların ürəyincə olsun. Gənclərə baxanda bizim yaşda olan müğənnilər daha çox işləyir.
- Gənc müğənnilərdən kimləri dinləyirsiniz?
- Son zamanlar xoşum gəlir Günay İbrahimlidən. Öz üzərində çox çalışır, lakin tənqidlərə məruz qalır. Tənqid olunmaq o deməkdir ki, sən varsan. Sevda Yahyayeva xoşuma gəlir. Eltonun oxumasını çox bəyənirəm. Amma heç kim böyük işlər görmək istəmir.
- Bəlkə maddi problemlərə görə böyük işlər görülmür?
Bəlkə maddi tərəfi düşünürlər, bəlkə düşünürlər ki, artıq Azərbaycanda tanınmışıq. Aygün Kazımova isə ömrünü, həyatını qurban verib. Bəlkədə yemir-içmir, amma sənəti üçün hər şey edir. Röya çoxlu işlər görür. Onlara baxanda sevinirəm, onlar qədər iş görməsəm də bacardığım qədər sponsorsuz, köməksiz çalışıram. Komandam çox kiçikdir. Pul qazanmaq üçün işləməlisən. elə olub 3 gün yuxusuz qalmışam. Bakıda toyda oxuyub Moskvaya getmişəm, ordan qayıdıb rayonda toyda iştirak etmişəm. Bu gün azad ölkədə yaşayırıq, çalışan adam yaxşı qazana bilir. Mən bunu yaltaqlıq üçün demirəm. Həqiqətən belədir.Hamı istəyir kürsüdə oturub əmr etsin . Əmr etmək üçün birinci əmrə tabe olmaq lazımdır. Gənclərdən bu gün çox narazıyam. Ancaq qulaqlarına qulaqlıq taxıb gəzirlər. Savadsızlıq çoxalıb. Günah müəllimlərdə deyil, tələbə dəftəri şalvarın belinə salıb, dönər yeyib universitetdən evə qayıdır. Valideynlər uşaqlarını öz başına buraxıblar. Şəhərə çox çıxmıram, keçən dəfə gecə şəhərdən keçirəm, görürəm 17-18 yaşlı qızlar oğlanlar gəzirlər. bunların valideyni düşünmür ki, gecə ikidə uşağım küçədə nə edir? Mən evə gec gələndə yoldaşım zəng edib axtarır.
-Nadir bəy, özünüzü sənətkar adlandırmanız birmənalı qarşılanmadı.
- Niyə də sənətkar olmayaq ki? Mən öləndən sonramı sənətkar olmalıyam? Xanım Qafarova bu yaxınlarda dünyasını dəyişdi. O diqqətdən kənarda qalmışdı, baxmayaraq ki, birinci xanımımız ona diqqqət ayırdı amma artıq gec idi.İşərilərində mən olmaqla heç kim onun qayğısına qalmadı. Öləndən sonar isə hamı onun haqda yazdı, social şəbəkədə şəkillərini yaydılar. Sağlığında qiymət verək insanlara. Qiymət verə bilmiriksə, heç olmasa, qiymətsiz də etməyək. mən öləndən sonra mənə sənətkar deyəcəklərsə, istəmirəm. Sənətkarın buynuzu, quyruğu olur? Yaşıma, təcrübəmə görə görə kifayət qədərişlər görmüşəm. Klassik əsərlərdən tutmuş müasir mahnılara qədər oxumuşam. Sənətimi də davam edirəm. Münsiflər heyətindəyəm, tələbələrim var. öyrədirəm, öyrənirəm. insan özündən kiçiklərdən də nəsə öyrənə bilər. ölənə qədər öyrənəcəm və öyrədəcəm.
- Nadir bəy, sizi tənqid edənlərə münasibətiniz necədir?
- Mən zamanında pis və yaxşı günü görmüşəm. Bu gün mən qudurmamışam, çaşmamışam. Hərdən deyirlər, saytlarda şərhlər yazırlar ki, Nadir qudurub, harınlayıb. İt qudurar, insan qudurmaz. Mən elə əvvəlki Nadirəm. Ola bilər çox pul insanların başını hərləndirər. amma pul nədir ki, məni dəyişsin. Heç vaxt halal puluma haram qatmamışam. Bu müsahibəni də anlayan anlayacaq, anlamayanlar isə yenə tənqid edəcək.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
4 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024
3 12 2024