Ağsu rayon sakinlərindən odlu silahlar götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Mediatv.az-a verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı Göydəlləkli kənd sakini Rəvan Mehdiyevdən və Axunlu kənd sakini Mahir Qədirovdan qanunsuz olaraq saxladıqları iki ov tüfəngi götürülərək aidiyyəti üzrə təhvil verilib.
Faktlarla bağlı araşdırma aparılır.