Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (15-11-2014, 15:30)
Anar Əliyev danışdı və bütün kartları açdı

Ön söz: “Global Witness” təşkilatının Azərbaycanın neft sektoruna dair Hesabatın dərc olunmasından bir il ötür

 

Bu Hesabata dair biz ötənki yazılarımızda diqqət yetirmişik. Bu müddət ərzində biz Hesabatda adı çəkilən Anar Əliyevlə (Anar Əlizadə) dəfələrlə əlaqə saxlayaraq, ondan müsahibə almaq istəyi ilə müraciət etdik. İlkin olaraq rədd cavabı alsaq belə, öz niyyətimizdən əl çəkmədik və iki ay öncə Anar bəyi hazırkı sizlərə maraqlı ola biləcək müsahibəni verməyə razı sala bildik. 
-Cənab Əlizadə, “Global Witness” təşkilatının Sizinlə bağlı səs-küylü hesabatı hələ də müzakirə olunmaqdadır və bu hesabat qlobal enerji bazarında aparıcı brendlərən birinə çevrilmiş SOCAR-ın fəaliyyətində şəffaflıqla bağlı ciddi suallar yaratdı. Sizinlə SOCAR arasında indi üzə çıxmış bu ortaqlıq necə yarandı? Hesabatda iddia edildiyi kimi bu ortaqlıqda hansısa qohumluq əlaqələrinin rolu oldumu?
- Öz müsahibələrimdə qeyd etdiyim kimi, “Global Witness” təşkilatının qərəzli mövqeyi artıq cəmiyyətimizdə və şəxsən məndə heç bir şübhə yaratmır. Məlum olduğu kimi, qeyd olunan hesabatın məhz Bakıda, 2013-cü ilin dekabr ayında mühüm beynəlxalq enerji müqavilələrin imzalanması ərəfəsində dərc olunması hazırkı geosiyasi vəziyyətdə Azərbaycan üçün mühüm enerji layihələrinin həyata keçirilməsinə mane olması məqsədi daşıdığı aydın şəkildə görünürdü.
Lakin hesabatın əsas hədəfi kimi Azərbaycanın seçildiyinin aydın görsənməsinə baxmayaraq məhz mənim əsas müzakirə predmetinə çevrilməyim hələ də mənə müəmmalı qalır. Fürsətdən istifadə edərək, bundan əvvəlki şəxsi bəyanatımda və müsahibələrimdə hesabatın qərəzli, ziddiyyətli və əsassız olması haqqında söylədiklərimi bir daha təsdiq edirəm.
Ümumiyyətlə, “Global Witness” təşkilatının mövqeyinin ziddiyyətli olduğu nəzərə çarpır. Diqqət  yetirin, həmin təşkilat gündəmdə korrupsiya ilə bağlı heç bir məsələlərin olmadığını bəyan edir və bunu öz müsahibələrində və bəyanatlarında təsdiq edir. Eyni zamanda, onların verdikləri suallar əsasən şəffaflıq və mənim ictimaiyyətə tanınmamağımla bağlıdır. O zaman, təşkilatın hesabatlarının tam olaraq acıq mənbələrdən götürdükləri məlumatlar üzərində qurulması, SOCAR-ın və mənim verdiyim açıqlamalar, habelə mənim ictimaiyyətə tanınmağım artıq gündəmdə bir sual qoymur. Belə vəziyyətdə onların dönə-dönə, israrla yeni suallar qoyaraq məsələni şişirtməyə çalışmaları sadəcə olaraq bu təşkilatın qərəzli mövqeyinin göstəricisidir. (Link).
Bu isə artıq onu göstərir ki, hesabatda təqdim olunan dəlil və bəyanatlar ziddiyyətli və əsasızdır, buna görə də onlar nələrisə qabardaraq nəyin bahasına olursa olsun, məni nədəsə (Gülür – Red.) –heç özləri də bilmir nədə,  günahlandırmağa çalışırlar.
Qohumluq ilə bağlı suala artıq mən öz şəxsi bəyanatımda və müsahibələrimdə aydınlıq gətirmişəm və bir daha bu mövzuya qayıtmağa lüzum bilmirəm.
Mənim SOCAR ilə yaranan hər hansı işgüzar münasibətlərimə gəldikdə isə söyləyə bilərəm ki, bu yalnız biznesin səmərəliliyi və etibarlı tərəfdaşlıq prinsipləri üzərində qurulmuşdu.
-Azərbaycan mətbuatında sizinlə bağlı ziddiyyətli məlumatlar dolaşır. Gah sizi Rövnəq Abdullayevin qohumu və onun sayəsində hər şeyə nail olan adam, gah da SOCAR-a kömək edən istedadlı və uğurlu iş adamı kimi təqdim edirlər. Ancaq razılaşın, Global Witness sizin ünvanınıza səsləndirdiyi ittiham məhz sualın birinci hissəsi ilə bağlıdır.Bəlkə bu məsələyə birdəfəlik aydınlıq gətirəsiniz?
- Bu məsələyə dəfələrlə dönmək niyyətim yoxdur. Bu məsələyə şəxsi bəyanatımda və “Business Time”jurnalına verdiyim müsahibədə birdəfəlik aydınlıq gətirmişəm.
(Redaksiyanın qeydi: Qeyd olunan Şəxsi Bəyanatda (Link) və “Business Time” jurnalına müsahibəsində (Link) Anar Əlizadə onun heç bir vəzifəli şəxslə yaxın qohumluğunun olmaması haqqında məlumat vermişdi).
Sadəcə adı çəkilən təşkilat mənim hər hansı yüksək səviyyəli məmurla qohumluq əlaqələrimi sübuta yetirə bilmədiyi üçün, onlar mənim “digər formada” qohumluq əlaqələrimin olub-olmaması sualını qaldrırlar.Bundan əlavə mənim SOCAR-ın nə keçmiş, nə də indiki yüksək vəzifəli şəxslərinə aidiyyatım yoxdur.Mənim ailə üzvlərimin müzakirə olunmasını isə qeyri-etik bir davranış kimi və artıq şəxsi həyatıma kobud şəkildə müdaxilə kimi qiymətləndirirəm.
Sualınıza gəldikdə isə, sadəcə təsdiq edə bilərəm ki, mənim SOCAR-ın etibarlı tərəfdaşı və uğurlu gənc azərbaycanlı biznesmen olmağım haqda məlumat tamamilə həqiqətdir.
(Redaksiya: Biz ötən yazılarımızda səhvə yol verərək, məlumatı yoxlamadan bəzi şifahi mənbələrə istinad edərək, cənab Əlizadənin SOCAR rəhbərliyi ilə hansısa dərəcədə qohumluğunun olması haqda yazmışdıq - (Link). Lakin ötən iki ay ərzində apardığımız jurnalist araşdırmaları bunu təkzib etdi və həmsöhbətimiz qeyd olunan şəxslərlə heç bir qohumluluğun olmaması barədə bizə müvafiq dövlət orqanları tərəfindən verilmiş rəsmi arayışı təqdim etdi. Biz bu sənədə əsasən cənab Əlizadənin hər hansı bir vəzifəli şəxslə qohumluq əlaqəsində olmadığını da təsdiq edirik)
- Hesabatda göstərildiyi kimi siz 2012-ci ilə qədər Azərbaycan neftinin dünya bazarlarında satışını təşkil edən “Socar Trading” şirkətinin qurulmasının müəlliflərindən və təsisçilərindən biri olmusunuz. Doğrudanmı SOCAR-ın mütəxəssisləri işə götürmək və öz neftini özü satmaq imkanında olduğu halda bu şirkətlə işləməyə ehtiyacı var idi? Bu ortaqlıqdan Azərbaycan nə qazandı?
- Mən inanıram ki, 2006-ci ildə İstanbulda bizim ümümi dostumuz - tanınmış iş adamı tərəfindən cənab Valeriy Qolovuşkinın mənə təqdim olunması “Socar Trading” şirkətinin qurulması layihəsinin və bu layihənin sonrakı uğurunun başlanğıcı idi. Bir daha bu məsələyə yenidən qayıtmağa ehtiyac yoxdur, çünki bu məsələyə mən əvvəlki müsahibə və bəyantlarımda aydınlıq gətirmişəm.
Bu barədə mən bir çox şeylər deyə bilərəm, amma hesab edirəm ki, sizin suala ən gözəl cavab verən “Wood Mackenzie” və “Boston Consulting Group” (BCG) kimi nüfuzlu beynəlxalq konsaltinq və qiymətləndirmə şirkətlərinin müstəqil araşdırmaları,  onların əsasında hazırlanmış hesabatlardır. Sualınıza cavabları şirkətin rəsmi vebsaytından əldə edə bilərsiz. (Link1; Link2)
BCG və “Wood Mackenzie”nin mütəxəssislərinin hesabatlarından müəyyən etmək olar ki, “SOCAR Trading”in təsis olunması və onun 2008-2013-cü illərdə göstərdiyi effektiv marketinq fəaliyyəti nəticəsində Azərbaycan xam neftinin satışından əlavə olaraq 1.7-1.8 milyard ABŞ dolları məbləğində mənfəət əldə edib və ümumiyyətlə, “Azeri Light”-ın premiumunun artmasına nail olub.  Bundan əlavə, “SOCAR Trading” üçüncü tərəflərlə  treydinq biznesinin inkişafı və BTC boru kəmərindən tranzit gəlirlərinin artması nəticəsində Azərbaycana əlavə olaraq 500 milyon ABŞ dolları məbləğində xalis gəlir verib. Mən sizi müstəqil bir jurnalist kimi qeyd olunan hesabatları diqqətlə araşdırmağa və təhlil etməyə çağırıram. Zənnimcə bu, bir çox məsələlərə aydınlıq gətirə bilər.
Onların əsas dəlili guya mənim “Socar Trading”ə cəmi 5 milyon ABŞ dollari həcmində sərmayə qoymağım və yüz milyonlarla dollar gəlir əldə etməyim haqda təxribatçı iddiaya söykənir. Lakin nəzərinizə çatdırıram ki, əgər 2007-ci ildə mən riskə gedib yeni yaradılmış,  Azərbaycan neftinin marketinqi ilə məşğul olmaqdan savayı hər hansı aydın gələcəyi olmayan,  məhdud maliyyələşdirmə imkanlarına malik olan bir şirkətə 5 milyon ABŞ dolları həcmində sərmayə ilə səhmdar qismində daxil olmuşdumsa, 2012-ci ildə artıq nüfuzlu brendə çevrilmiş bu  qlobal treydinq şirkətində payımı satdım. Bundan əlavə, dəfələrlə qeyd etdiyim kimi, mən 2010-cu ildə “SOCAR Trading” üçün ağır dövrlərdə zəruri maliyyələşdirməni təmin etmişəm. Bu gün tam əminliklə deyə bilərəm ki, bu  dəstəyim həmin şirkətin çətin zamanlarda çökməməsinin əsas səbəblərindən biri olub.
Nüfuzlu beynəlxalq qiymətləndirmə şirkətinin müstəqil araşdırması “SOCAR Trading”in 30 iyun 2012-ci il tarixinə olan dəyərinin satış qiymətindən, yəni mənə məxsus səhmlərin SOCAR-a satışı zamanı müəyyən edilən qiymətdəndəfələrləyüksək olduğunu təsdiq etdi. Hesab edirəm ki, bu, yuxarıda xatırlatdığım təxribatçı iddiaya cavabdır.
Bu məsələ ilə bağlı mən hər dəfə özümə sual verirəm: “Görəsən bu hadisə digər xalqın və ya ölkənin nümayəndəsinə, məsələn, Qərbi Avropadan olan şəxsə münasibətdə baş versəydi, ona qarşı da  belə münasibət olardımı?” Yəqin ki, burada artıq ikili standartlar mövzusuna istinad etmək yerinə düşərdi.
 
-“Socar Trading”i qurmamışdan öncə sizin neft treydinqində və buna aid sahələrdə hər hansı təcrübəniz var idi?
- Bu sualı mənə əvvələr də ünvanlayıblar, ancaq bu sualın əsassız və məntiqsiz olduğunu düşünürəm. Birincisi, “Socar Trading”in qurulması zamanı  neft və qaz avadanlığının, ehtiyyat hissələrinin və digər müxtəlif malların beynəlxalq ticarəti sahəsində kifayət gədər təcrübəm var idi. Bundan əlavə, həmin vaxtlar mənim xarici ölkələrdə biznes qurmaq təcrübəm də mövcud idi. 
Üstəlik beynəlxalq təcrübədən yüzlərlə misallar gətirmək olar ki, insanlar hansısa sahədə böyük təcrübələri olmaya-olmaya o sahədə böyük uğurlara imza atıblar. Məgər bunda nə isə bir qəbahət vardı? Cənab Valeri Qolovuşkin kimi yüksək səviyyəli peşakarın dəstəyi sadəcə təşəbbüslərimi, məsuliyyətimi və düzgün yanaşmanı “Socar Trading”in nümunəsində şətrləndirdi. Ən başlıcası isə “Socar Trading”lə  bağlı fəaliyyətim əsasən bu şirkətin qurulması təklifini irəli sürməkdən, həyata keçirməkdən və zərurət yarandıqda maliyyə dəstəyi göstərməkdən ibarət olub.
Maraqlısı odur ki, mən kommersiya sektorunda böyük uğuru və qazandığım nailiyyətləri ilk olaraq qeyri-neft sahəsində əldə etmişəm.  Hal-hazırda da qeyri-neft sektoru biznesimin və əldə etdiyim gəlirin əsas hissəsini təşkil edir. Azərbaycanda və xaricdə qeyri-neft sektorunda bir sıra böyük layihələri uğurla həyata keçirmişəm. Məhz qeyri-neft sektorundan neft sektorunun bəzi sahələrinə gəlmişəm. Amma məni tənqid edən və araşdıranlar nəyəsə görə bu haqda danışmırlar, susurlar …
-Belə iddialar var ki, “Global Witness” təşkilatının bu hesabatının arxasında müəyyən qüvvələr dayanır? Bu barədə nə deyə bilərsiz?
- “Global Witness” təşkilatının tutduğu mövqedən aydın şəkildə görünür ki, bu təşkilatın əsas hədəfi təkcə mən yox, ümumilikdə Azərbaycandır. Maraqlısı odur ki, “Global Witness” öz sponsorlarının, himayədarlarının siyahısını gizlədir və bunu açıqlamır. Bu təşkilatın vebsaytına nəzər yetirin. Bəs sponsorlarını və himayədarlarını gizlədən QHT hansı əsasla özünü  şəffaflıq uğrunda mübarizə aparan bir təşkilat kimi təqdim edir? Məgər şəffaflıq nümunəsi ilk növbədə onların özlərindən başlamalı deyil? Axı belə şəffaflıq olmadığı halda, biz bu təşkilatın, onun mənə və Azərbaycana qarşı kampaniyasının arxasında ermənilərin və onların lobbisinin, yaxud Azərbaycana düşmən olan digər qüvvələrin dayanıb-dayanmadığını necə bilə bilərik?!
Bundan əlavə, “Global Witness” təşkilatının maliyyə hesabatlarına diqqət yetirməyinizi xahiş edirəm. Siz orada açıq şəkildə görə bilərsiniz ki, bu təşkilatin özünün fəaliyyəti demək olar ki yoxdur. Bunların maliyyə mənbəyi əsasən “xüsusi tapşırıqlar”dan qaynaqlanır. Digər tərəfdən, bunların gündəlik fəaliyətlərinə sərf olunan maliyyə bu cür geniş hesabatlar hazırlmağa imkan vermir. Yəni onların bizim ölkəyə qarşı hesabatları çox güman ki, hansısa “sifarişçilərin” tapşırığı və maliyyə dəstəyi ilə hazırlanıb.
***
(Redaksiyanın qeydi: “Global Witness”-in vebsyatından təşkilatın maliyyə hesabatlarının çap olunmuş versiyası ilə tanış olduqda biz də bunun şahidi olduq. Hesabatda bəzi sponsorların adları gizlədilib, bəziləri isə hamıya tanınmış şirkətlər və təşkilatlardır. Bunların əksəriyyəti isə Azərbaycana qarşı həmişə qeyri-səmimi mövqedən çıxış ediblər. Oxucularımızı da həmin sənədlərlə tanış olmağa dəvət edirik. Buyurun: Link)
*** 
-“Socar Trading”in fəaliyyətinə rəhbərlik etdiyiniz müddətdə başqa treyder şirkətləri tərəfindən rəqabət hiss edirdinizmi? Axı birdən-birə Azərbaycan neftinin yarıdan çoxunun satış hüququnu əldə edən şirkət meydana çıxır, digər treyder şirkətlərinin bazarına girir və Azərbaycan xam neftinin satılmasına şərik çıxır...
- Dəfələrlə qeyd etdiyim kimi, mən bu şirkətə bilavasitə rəhbərlik etməmişəm və onun fəaliyyətinə heç bir zaman qarışmamışam. Artıq dediyim kimi, mənim “Socar Trading”də rolum “passiv səhmdarlıq” statusu ilə məhdudlaşıb.
“SOCAR Trading” isə birdən-birə meydana çıxmayıb. Onun qurulması, fəaliyyəti və sonrakı nailiyyətləri düşünülmüş, uzunmüddətli strategiyanın bilavasitə nəticəsidir. Öncə adlarını çəkdiyim tanınmış müstəqil konsaltinq şirkətlərinin hesabatalrına nəzər salsanız o zaman Azərbaycanın özünün milli neft treydinq şirkətini qurması sayəsində ölkəmizə nə qədər böyük fayda və gəlirlərin verilməsini aydın şəkildə müəyyən edə bilərsiniz.
Amma bununla belə etiraf etməliyəm ki, bizim bu cür nailiyyətimizin iri neft şirkətləri tərəfindən narahatçılığa və hətta qısqanclığa səbəb ola biləcəyi də həqiqətdir. Təbii ki, hər  sahədə olduğu kimi, bu sahədə də rəqabət mövcuddur və “Socar Trading” də belə rəqabətlə gündəlik olaraq üzləşir.
 
-“Socar Trading” şirkətinin fəaliyyəti beynəlxalq audit şirkətləri tərəfindən yoxlanılırmı və əgər yoxlanılıbsa hansı nəticələr var?
- Bəli, təbii ki, belə yoxlama qaçılmazdır və bunu İsveçrə dövlətinin qanunları tələb edir. Şirkət yarandığı vaxtdan audit hesabatlarını hazırlayıb, İsveçrə dövlətinin müvafiq orqanlarına təqdim edib və vergi öhdəliklərini hər zaman düzgün yerinə yetirib. Qısaca olaraq onu söyləyə bilərəm ki, aparıcı beynəlxalq audit şirkətlərinin yoxlamalarının nəticələri vaxt ciddi qanun pozuntularının, vergidən yayınma, korrupsiya əməllərinin və ya hər hansı mənfi məsələlərin mövcudluğunu aşkar etməyib.
 
-Bildiyimizə görə “Socar Trading”in auditini aparmaq üçün “Wood Mackenzie“ şirkətini də dəvət etmisiniz…
- Xeyir, mən “Socar Trading” şirkətini səhmdar olaraq tərk edəndən sonra SOCAR özü həmin şirkətin fəaliyyətinin nəticələrini öyrənmək üçün audit təşkil edib. Nəticədə, “Wood Mackenzie” həmin hesabatda Azərbaycanın öz treydinq şirkətini yaratmasının müsbət nəticələndiyini və ölkəyə külli miqdarda gəlir gətirdiyini müəyyən edib.
-“Global Witness”in hesabatında sizin SOCAR-la ortaqlığınızın korrupsiya maraqlarına əsaslandığına dair birbaşa ittiham irəli sürülməsə də, şəffaflıqla bağlı ciddi problemin olduğu iddia edilir. Azərbaycan beynəlxalq  Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə qoşulan ilk ölkələrdən olub. Lakin indi bu hesabatdan Azərbaycanın neft sektorunda şəffaflıqla bağlı ciddi problemin olduğu qənaəti yaranır. Məlum olur ki, uzun müddətdir SOCAR-la çoxsaylı ortaqlıq münasibətlərinə malik olan Anar Əliyevi bu hesabata qədər heç kim, o cümlədən həmin təşəbbüsə qoşulan QHT-lər tanımayıb. SOCAR-la ortaqlığınız haqda ictimaiyyət niyə məlumatlı deyildi?
- Bu cür ittihamlar yanlış və əsassızdır. Əslində mən heç vaxt gizlənməmişəm. “Socar Trading” şirkətinin adını internetin axtarış sistemlərində yazdıqda şirkətin qurulduğu andan, yəni 2007-ci ildən Direktorlar Şurasının üzvü mənim adıma  rast gəlmək olardı.Bu məlumat hər zaman ictimaiyyətə açıq olub və gizlədilməyib.Həmin məlumat həmişə SOCAR-ın rəsmi vebsaytında olub. Bundan artıq şəffaflıq ola bilərmi?
O ki qaldı fəaliyyətimlə bağlı geniş ictimaiyyətə məlumatın verilməməsinə, burada müəyyən səbəblər var. Əsas səbəb - şəxsi həyatımın toxunulmamazlığı (privacy) və  ailə üzvlərimin KİV-in müdaxiləsi olmadan rahat həyat tərzi sürmələri idi. Artıq sirr deyil ki, hesabat dərc olunandan sonra şəxsi həyatıma və biznes fəaliyyətimə KİV tərəfindən kütləvi müdaxilələr müşahidə olunur.Bəzi yerli və xarici KİV nümayəndələrinin fəal dəstəyi ilə mənim mənfi imicimi formalaşdırmaq səyləri var. Bu isə öz növbəsində şəxsən mənim və ailəmin təhlükəsizliyinə mənfi təsir göstərir. Azərbaycanda özümüzü təhlükəsiz hiss etsək də,  “Global Witness” və bəzi KİV tərəfindən yaradılan bu cür mənfi “populyarlıq” və “qeyri-rəsmi milyonçu” obrazı xaricdə bir çox cinayət dairələrinin diqqətini cəlb edə bilər. Bu da mənim və ailəmin xaricdə təhlükəsizliyinin təmin olunmasına bilavasitə təsir edir.
Bundan əlavə, mən təbiətcə ictimaiyyətdən və bu cür populyarlıqdan hər zaman qaçmışam, uzaq olmağa çalışmışam. Amma göründüyü kimi, bunu mənə qarşı mənfi istiqamətdə geniş istifadə edirlər.
Maraqlısı odur ki, bu cür təşkilatlar əsassız olaraq məni heç özləri də müəyyən edə bilmədikləri qanun pozuntularında günahlandırırlar. Məgər özünü fəal şəkildə reklam etməmək qeyri-şəffaflıq və ya gizlənmək anlamını verir? Yaxud bu nə vaxtdan qanun pozuntusu hesab olunur? Yaxşı olardı ki, başqalarını əsassız olaraq ittiham etməzdən öncə bu təşkilatda oturanlar özləri, sponsorları və himayədarları haqqında ictimaiyyətə ətraflı və şəffaf şəkildə məlumat versinlər.
-Hesabatda göstərilən və özünüz tərəfindən də təsdiq edilən fakta görə “Socar Trading” şirkətindəki payınızı SOCAR-a satmısınız, həm də hazırda Azərbaycan neftinin satışında heç bir iştirakınızın olmamasını iddia edirsiz. Bunu təsdiq edə bilərsiniz?
- Bəli, təsdiq edirəm ki, hazırda mənim “Socar Trading” şirkətində heç bir payım yoxdur. Mənə məxsus səhmlər təsis müqaviləsinin müddəalarına əsasən SOCAR-a bazar qiymətindən də aşağı qiymətə geri satılıb. “Socar Trading” şirkətinin həmin satış zamanı dəyərinin qat-qat yüksək olması müstəqil beynəlxalq audit və qiymətləndirmə şirkətləri tərəfindən artıq təsdiq olunub. Payların alqı-satqısı barəsində müqavilə 2012-ci ildə imzalandı və SOCAR mənə payların dəyərini ödəməyə razılaşıb və payların dəyərinin tam ödənişi hələ də baş tutmayib.
-Azərbaycan neftinin satış hüququnu əldə etmiş digər xarici şirkət olan “Sumato Energy Group”la hansı bağlılığınız var? Məsələn, sizin İsveçrədə ikigünlük otel xərcinizin “Sumato Energy”-nin nümayəndəsi tərəfindən ödənilməsini bildirirlər…
- Bu cür qərəzli və təxribat səciyyəli məlumatın geniş yayılması, buna xüsusi diqqətin yönəldilməsi müəyyən məqsədlər daşıyır. İlk növbədə məqsədləri mənim barəmdə mənfi imicin formalaşdırılması, ictimaiyyətin bəzi şişirtmələrlə çaşqınlığa salmalarıdır.
Cenevrədə mənim otel xərcimin ödənilməsinə dair iddialara qaldıqda isə hesabatda aydın şəkildə qeyd olunur ki, bu  faktlar guya tanınmış haker qrupu tərəfindən internetdə yerləşdirilən məlumatlardan əldə edilib.Bundan əlavə, iddia olunur ki, həmin haker qrupuna bu cür ziddiyyətli və təxribatçı məlumatların internetdə yerləşdirilməsinə dair sifarişi məhz düşmən ölkənin xüsusi xidmət orqanları verib. Belə məlumatın nə dərəcədə əsassız və hüquqi baxımdan düzgün olmaması heç bir şübhə yaratmamalıdır.
 
- Digər müəmmalı şirkət-UGE Lancer barədə. 2011-ci ildə Balaxanı-Sabunçu-Ramanı və Kürdəxanı yataqlarının işlənməsinə dair bu şirkətlə PSA müqaviləsini parlamentdə təqdim edəndə,SOCAR onu xarici şirkət adlandırdı.Lakin hesabatda göstərilib ki, UGE Lancer şirkətinin də sizinlə bağlılığı var. Necə oldu ki, sizə bağlı olduğu deyilən şirkət bu ortaqlıq üçün seçildi?
- Burada müəmmalı heç nə yoxdur və qeyd olunan şirkət həqiqətən də xaricdə təsis edilib, mənim şirkətlər qrupuma daxildir və onun xarici bir şirkət kimi təqdim olunması da təbiidir.
Nəzərinizə çatdırmaq istərdim ki, iri neft şirkətlərin maraqları əsasən Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən iri neft yataqlarına yönəlib. Əsas səbəb isə bu cür yataqların yeni olması, həm də onların neft və təbii qazla zəngin olmasıdır.Quruda yerləşən əksər neft yataqlarına gəldikdə isə, bunlar əsasən Sovetlər dönəmindən miras qaldığından tükənib, yararsız vəziyyətə salınıb, infrastrukturu bərbad hala düşüb… Təbii ki, bu cür yataqlar əksər xarici investorlar üçün kommersiya baxımından maraqlı deyil.
Qeyd etdiyim kimi, Azərbaycanda PSA müqavilələri üzrə təcrübə yalnız müvafiq sorğu və danışıqlar nəticəsində həyata keçirilir. Bu məqsədlər üçün hər hansı tender və ya müsabiqə prosedurları qanunvericiliklə nəzərdə tutulmayıb.
Bizim verdiyimiz təklif yerinə düşdü və SOCAR tərəfindən cəlbedici sayılaraq qəbul edildi. Bu gün həmin qərarın uğurlu olduğu öz təsdiqini tapır. Şirkətimin uğurlu fəaliyyəti nəticəsində neftin hasilatı demək olaraq ki, iki dəfə artırıldı və mən investor kimi üzərimə düşən bütün öhdəlikləri tam olaraq yerinə yetirmişəm. Müqayisə edə bilərsiniz, artıq bu yataqlarda effektiv infrastruktur yaradılıb, işçilərin şəraiti xeyli dərəcədə yaxşılaşdırılıb. Digər oxşar quruda olan neft yataqlarında olan infrastruktur və işçilərin şəraiti ilə müqayisədə, bu yataqlarda vəziyyət dəfələrlə yaxşıdır. Məsələn, aparılan işlər saytımızda əks edilmiş şəkillərdə də öz təsdiqini tapır. (Link).
Bundan əlavə, həmin neft yatağı bizim şirkət tərəfindən alındıqdan sonra orada heç bir kütləvi ixtisar müşahidə edilməyib. Əksinə, yeni işçilər götürmüşük. Bu gün belə effektiv idarəçilik iri xarici neft şirkətləri də daxil olmaqla heç bir başqa oxşar qurumlarda müşahidə olunmur.
Bir məqamı da nəzərinizə çatdırım.Bizim şirkət hətta sosial proqramlarlar əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Yaxın gələcəkdə 18 işçimiz və onların ailələri yeni mənzillərlə təmin olunacaqlar.Gələcəkdə daha 300 ailəni bu cür yeni mənzillərlə təmin etməyi planlaşdırırıq. Artıq inşaat işləri gedir.Nəzərinizə çatdırım ki, qeyd olunan sosial proqramlara sərf olunan vəsaitlər mənim şəxsi xalis mənfəətimdən ayrılır.
***
(Redaksiyanın qeydi: Digər şirkətlərdən fərqli olaraq, həmsöhbətimiz sosial proqramları şəxsi xalis mənfəəti hesabına həyata keçirir və maliyyələşdirir. Həqiqətən də təqdirə layiq haldır ki, digərlərindən fərqli olaraq, sosial proqlamlar şirkətin gəlirini azaltmır...Biz həmçinin Anar Əlizadənin söylədiklərini təftiş etmək üçün bəhs olunan neft sahələrinə baş çəkdik .Həqiqətən də işçilərin geyimindən tutmuş iş şəraitinə qədər müsbət dəyişiklilklər aydın sezilir. Yeri gəlmişkən, bir çox müstəqil QHT-lər bu müsbət tendensiyanı hesabatlarında qeyd edirlər…)
Məgər bu bizim nailiyyətlimizin təzahürü deyilmi? Məgər SOCAR həmin sahəni bizə verməklə səhv edib?Hər sualın cavabını zaman və əldə olunmuş nailiyyətlər verir.Fikrimcə, zaman bu suala müsbət cavabını artıq verib.
***
 
- Azərbaycanın yanacaq doldurma xidmətləri bazarında öz sözünü demiş “Socar Petroleum” şirkətinə sizin nə aidiyyatınız var? Doğrudanmı Siz bu sahədə də təmsil olunmusunuz?
- Bəli, mənim bu şirkətdə iştirakım olub. Bu layihədə iştirak etmək təklifini biz birbaşa SOCAR-dan aldıq. Bu təklifin də bizə gəlməsini gənc və istedadlı kadrlardan ibarət peşakar komandamın fəaliyyəti, peşakar mütəxəssisləri iş prosesinə cəlb edərək onlara yüksək əmək haqları ödəməklə uğurlu təcrübəmizin olması, işə verdiyimiz meyarlar şərtləndirmişdi. Bundan əlavə, “Socar Petroleum”un işi üçün çox vacib sayılan və məhz mənim “A.P. İnternational” şirkətimə məxsus olan Azərbaycanda yerləşən bəzi aktivlər və hazır infrastruktur idi.
Şirkət qurularkən bu layihənin bizim üçün uğurlu və gəlirli olacağına inanırdıq.Tərəfimizdən həmin şirkətə külli miqdarda sərmayyələr qoyuldu, şirkətimə məxsus aktivlər həmin şirkətə ötürüldü və mənim maliyyə dəstəyimlə yeni yanacaqdoldurma stansiyalarının tikilməsinə imkan yaradıldı.Yeri gəlmişkən, şirkətin fəaliyyəti boyu illər ərzində mənə bir təsisçi kimi heç bir dividend ödənilmədi.
Lakin, 2013-cü ildə SOCAR şirkəti “Socar Petroleum”-da mənə məxsus payların ona satılmasını təklif etdi. Müvafiq danışıqlardan sonra mən paylarımı satmaq qərarına gəldim. “SOCAR Petroleum”a 7 il ərzində yatırdığım vəsaitlər və aktivlərqismən nəzərə alınaraq oradakı payımı sırf balans dəyərinə və real bazar qiymətindən aşağı qiymətə satmaq təklif olundu. Bu cür qiymət fərqi müstəqil qiymətləndirmə üzrə audit hesabatı ilə də təsdiqlənir.
Eyni zamanda xüsusi olaraq qeyd etmək istərdim ki, payların alqı-satqı müqaviləsi imzalandıqdan qısa müddət sonra, Azərbaycanda yanacağın qiyməti qalxdı. Bu da həmin şirkətin gəlirlərini və dəyərini dəfələrlə artırdı. Beləliklə, SOCAR-a ötürülmüş və əvvəl mənə məxsus payların dəyəri də dəfələrlə artmış oldu. 
-“Global Witness” sizin direktor, yaxud təsisçi olaraq adınızın keçdiyi şirkətlərin SOCAR-la ən azı 48 sövdələşmədə tərəfdaş qismində keçdiyini bildirir.Bu mürəkkəb tərəfdaşlıq münasibətləri haqda nə deyə bilərsiz? Həm də bu cür tərəfdaşlığı Siz nə cür əldə etmisiniz, bu sövdələşmələrlərə bağlı hansısa tender keçirilibmi?
- Bu həqiqətə uyğun deyil.Artıq buna öz şəxsi bəyanatımda və “Business Time” jrunalına müsahibəmdə aydınlıq gətirmişəm. Mən heç bir zaman qeyd olunan sayda layihələrdə və birgə müəssisələrdə iştirak etməmişəm.Hal-hazırda bu cür layihələrin sayı 7-ni keçmir və bunların hamısı həmişə SOCAR-ın rəsmi vebsaytında açıq- aşkar elan olunub.
Maraqlısı odur ki, bunlar layihələrin uydurma sayına diqqət yetirirlər, ancaq kommersiya baxımından cəlbedici olmaması səbəbindən SOCAR-la bir çox layihələrdənçıxmağım haqqında heç bir qeyd etmirlər.Məsələn, məhz həmin səbəblər üzündən mənim Gürcüstanda, Rumıniyada və Türkiyədəki bəzi layihələrdən çıxmağım haqda bir kəlmə belə yazılmır.
Həmin ölkələrdəki layihələrdən çixmaq istəyi mənim tərəfimdən hesabatın dərc olunmasından xeyli öncə bildirilmişdi və baş vermişdi.Lakin bu proseslər mürəkkəb olduğuna və uzun çəkdiyinə görə həmin şirkətlərdən effektiv şəkildə çıxmağım və maraqlarımın qorunması üçün müstəqil hüquqşünaslar cəlb olunmuşdu. Bu gün isə məndən həmin şirkətlərdə olmadığım haqda məlumatlar istəyirlər, əslində isə bu cür sorğular mənə yox, SOCAR-a ünvanlanlmalıdır. Bildiyimə görə bu cür məlumatlar hətta SOCAR-ın ictimaiyyətə açıq olan maliyyə hesabatlarından da əldə oluna bilər.
“Global Witness”-in hesabatında bu qədər çox sayda şirkətlərin və layihələrin guya mənə aid olduğunu iddia etməkdə əsas məqsəd məsələni şişirdərək onun ətrafında böyük qalmaqal yaratmaq idi. Güman etmək olar ki, onların mənim SOCAR-la münasibətlərimə də mənfi təsir etmək niyyətləri var. Şübhəsiz ki, onlar bu cür taktika ilə məni geniş ictimaiyyətə tam neqativ imicdə təqdim edə biləcəklərini çox gözəl anlayırdılar.
Adı keçən təşkilatlar mənə daim SOCAR tərəfindən tender prosedurlarının necə keçirilməsi ilə bağlı suallar verir. Bu suala qısaca cavab olaraq  qeyd etmək istərdim ki, bir çox sahələrdə tenderlərin keçirilməsi tələb olunmur.Və bunu həmin təşkilatlar çox gözəl bilir. Məsələn, hasilatın pay bölgüsü üzrə sazişlər (PSA) yalnız birbaşa SOCAR-la sorğu-müzakirə metodu üzərində qurulub və bu Azərbaycanda bütün mövcud PSA-lara şamil olunur.Bundan əlavə, bu şəxslər Azərbaycan qanunları ilə bağlı peşəkar məsləhət almağa belə cəhd etmirlər.Mənə tez-tez SOCAR-la birgə müəssisələri niyə tendersiz qurduğum haqda suallar verirlər. Amma eyni zamanda Azərbaycan qanunvericiliyini və SOCAR-ın daxili satınalmalar qaydalarını nəzərdən keçirmək istəmirlər. Məhz Azərbaycan qanunvericiliyi birgə müəssisələr üçün hər hansı tender və ya müsabiqənin keçirilməsini nəzərdə tutmur. Onların hüquqa yox, uydurma fərziyələrə və istədikləri arqumentlərə istinad etməkləri bir daha onların qərəzli mövqelərinin göstəricisidir.
Ən əsası - axı bu sualı niyə məhz mənə ünvanlayırlar? Bu sual bilavasitə SOCAR-a ünvandırılmalıdır! 
- Əvvəlki bəyanatlarınızda sizi ittiham edən həmin xarici QHT-ni məhkəməyə vermək niyyətinizin olduğunu bildirmişdiniz. Bu niyyətiniz qalırmı və əgər qalırsa iddia ərizəsi nə zaman London məhkəməsinə təqdim olunacaq?
- Bəyan etdiyim kimi bu məqsədlə peşəkar hüquqşünaslardan, maliyyə və audit ekspetlərindən ibarət beynəlxalq komanda mənim tərəfimdən işə cəlb olunub.
Artıq hüquqşünaslarım tərəfindən “Global Witness” təşkilatına məhkəmə prosesinə cəlb oluna biləcəkləri perspektivi haqda xəbərdarlıq təqdim olunub. Prosesin başlanıb -başlanmaması, zərurət və zamanı haqda qərarı hüquqşünaslarım verir. Amma onu da qeyd etmək istərdim ki, adı keçən təşkilat öz bəyanatlarında və növbəti müsahibələrində məni hansısa qanun pozuntusunda günahlandırmadığını bəyan edir. (Link)
***
(Redaksiya: Görəsən, bu nə deməkdir!?Əsassız və zəif arqumentlərə istinad edən “Global Witness” geri çəkildimi!?)
***
-Yəqin ki, qlobal biznesdə tendensiyalara yaxından bələd olan iş adamı kimi son dövrlər ofşor mexanizmlərdən istifadənin dərhal korrupsiya şübhəsi yaratdığını bilirsiniz. Xüsusən də qlobal maliyyə böhranından sonra ofşor zonalarda gizlədilmiş pullar məsələsi dünyada aktuallaşdı.Belə olan halda SOCAR-la tərəfdaşlıq münasibətlərinizi və biznesinizin digər sahələrini mürəkkəb ofşor mexanizmlər üzərində qurmaq hansı üstünlüklər verir?
- Bu məsələdə bir az yanılırsız, çünki mən SOCAR-la əməkdaşlığımda heç bir zaman klassik ofşor strukturlardan istifadə etməmişəm. Mənim qurduğum holdinq dünyanın ən nüfuzlu və şəffaf yuridiksiyalardan biri sayılan Sinqapurda təsis edildi və bundan dərhal sonra onun Azərbaycanda nümayəndəliyi açılaraq yerli dövlət orqanlarına bu haqda məlumat verildi.Bundan əlavə, mənim xaricdə qurduğum həmin holdinqin xalis mənfəəti öz tərəfimdən Azərbaycanda bəyan olunub və bundan bütün zəruri vergilər ödənilib.
***
(Redaksiyanın qeydi:Həmsöhbətimiz bizi şoka salan bir sənəd təqdim etdi. Sənəddən məlum olur ki, həmsöhbətimizin xaricdə belə əldə etdiyi gəlirdən Azərbaycan dövlət büdcəsinə külli miqdarda vergi ödəyir. Etiraf edək ki, Azərbaycanda bu çox nadir haldır ...)
***
Yəni bizim öz fəaliyyətimizdə ofşor strukturlardan istifadə edərək vergidən yayınmaq, nəsə gizlətmək və hər hansı cinayət xarakterli əməliyyatları həyata keçirmək məqsədlərimiz olmayıb. Xaricdə qurulan şirkətlərdən istifadə etməyimizin səbəbləri çoxdur. Məsələn, belə strukturdan istifadə etməyimiz bizə xarici tərəfdaşlarla asan beynəlxalq ticarət əlaqələrinin qurulması imkanlarını yaratdı. Əgər biz sırf Azərbaycan şirkətləri kimi fəaliyyət göstərsəydik, o zaman qanunvericiliklə müəyyən olunmuş bir çox məhdudiyyətlərlə (valyuta rejimi, idxal və ixrac, xüsusi razılıqlar və s.) qarşılaşa bilərdik. Bundan əlavə, xarici strukturlardan istifadə etməyimiz bizə xarici banklara asan çıxışı təmin etdi və bu da işimizi effektiv qurmağa imkanlar yaratdı.
Bundan əlavə, əldə etdiyim qazancın böyük bir hissəsini məhz Azərbaycana sərmayə şəklində yönəldirəm və artıq qeyd etdiyim kimi, ölkəmizin qeyri-neft sektorunda böyük biznesim var. Bütün bunlar mənə Azərbaycanda yeni iş yerlərinin yaradılmasına və büdcəyə külli miqdarda vergilərin ödənilməsinə imkan yaradır.
Gördüyünüz kimi, bizim fəaliyyətimizlə bağlı hər hansı bir neqativ haldan danışmağa ciddi bir əsas yoxdur.
***
(Redaksiya:Həqiqətən, əgər bu şəxsin nəsə gizlətmək məqsədi var idisə, onda xaricdə qurulan strukturun başında duran ana şirkətin Azərbaycanda nümayəndəliyi nə üçün qurulurdu? Və bütün xarici şirkətlərin strukturları Azərbaycanda bəyan edilərək, niyə bu qədər vergi ödəyib? Bu cür suallar həqiqətən bizdə çaşqınlıq yaradır və həmsöhbətimizin mövqeyinin əsaslı olmasına daha böyük inam yaradır...)
- Bildiyimizə görə şirkətiniz AĞ Şəhər layihəsində də iştirak edir. Siz hansı əsaslarda bu layihədə iştirak edirsiniz? Şirkətlərinizin seçilməsi nə cür baş verdi?
- Azərbaycan “Ağ Şəhər” layihəsinə rəsmi olaraq 2009-cü ildə prezidentin fərmanına əsasən start verib (Link). Bu layihəyə dair reklam kampanшаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024