Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (24-03-2014, 14:05)
Elnur Aslanovun fəaliyyəti ilə bağlı yeni iddalar

Elnur Aslanov ABŞ-da Fətullah Gülənlə görüşübmü?

Elnur Aslanov Prezident Administrasiyası Analitik Təhlil və İnformasiya Təminatı şöbəsi vəzifəsindən azad olunsa da, onun faliyyəti ilə bağlı müxtəlif iddaların yer valdığı məlumatlar isə mətbuata göndərilməkdədir.

Saytın elektron ünvanına “məlumatlı mənbə” adı altında göndərilən məlumatlarda isə Elnur Aslanovla bağllı müxətlif iddialar yer almaqdadır.

Redaksiyamıza göndərilən məlumatda iddia edilir ki, Elnur Aslanov  nurçu şəbəkəsinin üzvü olaraq hələ də fəaliyyətdə olan Gənclər və İdman Nazirinin müavini İntiqam Babayevin vasitəsi ilə bir müddət gənclər sektoruna nəzarəti əlində saxlamaqdadır.

İddiaya görə, E.Aslanovun himayə etdiyi gənclər təşkilatları arasında ASAİF və İRƏLİ İctimai Birliyinın olması heç kimə sirr deyil. Lakin, bunlar hamısı deyil. İddaya görə, 2012-ci ilin aprel ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə  Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi: “Gələcəyə baxış” adlı ABŞ-ın Vaşinqton şəhərində təşkil olunan mötəbər tədbirə Azərbaycandan QHT-lər məhz Elnur Aslanovun himayəsi ilə salınıblar.

“Bu şəxslər Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin sədri Şahin Seyidzadə, Azərbaycan-Amerika Gənclər Birliyinin sədri Vüqar Əhmədov,  ABŞ Təhsilli Məzunlar Birliyinin sədri Aynurə Piriyeva və Azərbaycan Gənclər Alyansının sədri Leyla Məmmədlidir. Leyla Məmmədli hal-hazırda Azərbaycan Dövlət Neft Şirkətində çalışır”
İddialara görə, Leyla Məmmədli SOCAR-a Elnur Aslanovun himayəsi ilə yerləşdirilib və SOCAR-ın ABŞ-la əlaqələrini oradan yürüdür.(vətəninfo.az)

 
Redaksiyamızın elektron ünvanına göndərilən məlumatda iddia edilir ki, konfrans iştirakçılarının geniş heyyətdə ABŞ-ın müxtəlif siyasi dairələri ilə bağlı olan şəxslərlə, ABŞ konqresmenləri və vitse prezident Cou Baydenlə konfrans çərçivəsində görüşləri olub. İddiaya görə lakin orada ictimaiyyətə məlum olmayan daha bir gizli görüş keçirilib ki, bu da Elnur Aslanovun Fətullah Gulənlə təşkil olunan görüşüdür.

Redaksiyanın elektron ünvanına göndərilən məlumatda iddia edilir ki,  Elnur Aslanov bu görüşdə Fətullah Hocadan xüsusi tapşırıqlar alıb. Mlumatda iddia edilir ki, adı çəkilən QHT sədrləri və Milli Məclisin üzvü Ceyhun Osmanlı da bu görüşdə iştirak edib.  Iddialara görə, Vaşinqtonda sözügedən  Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi: “Gələcəyə baxış”  lobbi tədbiri məhz Fətullah Gülənin himayəsi altında fəaliyyət göstərən və onun ABŞ-dakı şəbəkə təşkilatı sayılan Türk Amerikan Alyansının dəstəyi ilə baş tutub.
    
İddialardan biridə bundan ibarətdir ki, məhz ABŞ-dakı məlum görüşdən sonra adı çəkilən şəxslər Elnur Aslanovdan geniş dəstək almağa başlayıblar. Belə ki, həmən ilin 30  iyun tarixində gənclər sektorunda elə də nüfuzu ilə tanınmayan və o zamanlar Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin sədri olan Şahin Seyidzadə Elnur Aslanovun himayəsi və nurçu şəbəkəsinin üzvü olaraq hələ də fəaliyyətdə olan Gənclər və İdman Nazirinin müavini İntiqam Babayevin, Prezident Yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədovun və Milli Məclisin üzvü Ceyhun Osmanlının gənclər təşkilatlarına və alternativ namizədlərə etdiyi qeyri-qanuni təzyiqlər vasitəsi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri vəzifəsinə gətirilir.

İddiaya görə,Elnur Aslanov bu şəxslər vasitəsi ilə seçki prosesinə müdaxilə edərək şəxsən Milli Şuranın seçki konfransında iştirak edir və gənclər təşkilatlarının seçiminə Şahin Seyidzadənin xeyrinə təsir göstərir və nəticədə Şahin Seyidzadə Milli Şuranın sədri seçilir.  
Vüqar Əhmədovun rəhbərlik etdiyi təşkilat-Amerika Azərbaycan Gənclər Birliyi Prezident Yanında Strateji Araşdırmalar Mərkəzindən siyasi və maddi dəstək almağa başlayır, SAM-la Amerika istiqamətində bir neçə uğurlu layihələr müştərək həyata keçirilir.

Redaksiyanın elektron ünvanına göndərilən məlumatda iddia edilir ki, Vüqar Əhmədovun vasitəsi ilə SAM Amerika Azərbaycan münasibətləri ilə bağlı ötən il beynəlxalq konfrans keçirmiş və onun Amerika ilə bağlantıları vasitəsi ilə bır sıra ABŞ ekspertlərinin Azərbaycana gəlişini təmin edilib.
Eyni zamanda məlum tədbirdən sonra həmən ilin iyul ayında ABŞ Təhsilli Məzunlar Birliyinin sədri Aynurə Piriyevanın xüsusi xidmətləri nəticəsində ilk dəfə prezident Administrasiyasınının rəsmisi Elnur Aslanov bu təşkilatın qərərgahında təşkilat üzvləri ilə geniş görüş keçirib və deyilənlərə görə bu andan etibarən təşkilat Elnur Aslanovun tam nəzarətinə keçir.


Məlumatda iddia edilir ki, Amerikanın Azərbaycandakı səfirliyinin xüsusi himayəsində və nəzarətində olan bu təşkilatın Elnur Aslanovun nəzarətinə düşməsi səfirliyin narahatçılığına və gizli etirazına da səbəb olub.

Göndərilən məlumatın sonunda iddia edilir ki, bu andan etibarən ABŞ Təhsilli Məzunlar Birliyinin kurasiyasını Elnur Aslanov Ceyhun Osmanlıya tapşırır və Amerika Azərbaycan Alyansının təsisçisi və iş adamı Anar Məmmədovun idarə etdiyi şirkətlər vasitəsi ilə ABŞ Təhsilli Məzunlar Birliyinin iri həcimli maliyyə layihələri maliyyələşməyə başlanılır.

Redaksiyadan: Biz  redaksiya olaraq redaksiyanın elektron ünvanına göndrilən bu müxtəlıif iddiaları özündə birləşdirən məlumatla bağlı, adları çəkilən şəxslərində mövqeyini dərc etməyə hazırıq.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024