Region / Slayd (31-10-2014, 21:42)
Elşad Abdullayevdən yeni, sensasion müsahibə
“Gülər Əhmədovaya çox yuxarıda oturanların özü və ailə üzvləri haqqında ifşaedici gizli video görüntüləri verildiyi üçün deputat seçilə bildi”
****
“Yeni Müsavat”ın ötən sayında “”mandat alveri” qalmaqalının əsas fiquru, 2012-ci ilin 26 dekabrında dünyasını dəyişən Sevinc Babayevanın İstanbul günləri ilə bağlı yeni detallar dərc etmişdik. Redaksiyamızın ünvanına göndərilən məktubda S.Babayevanın 2012-ci ilin 26 sentyabr -26 dekabr tarixləri arasında bir neçə dəfə Fransada mühacirətdə olan sabiq ABU rektoru Elşad Abdullayevlə telefon əlaqəsi yaratdığı iddia olunmuşdu. Məktubdakı bu və digər detallarla bağlı müxbirimiz E.Abdullayevlə danışmağa cəhd edib. Bu, mümkün olmadıqda isə elektron ünvanına suallar yollayıb. Sabiq ABU rektoru suallarımızı aşağıdakı kimi cavablandırıb.
- Elşad bəy, redaksiyamıza bir anonim məktub daxil olub. Həmin məktubun müəllifi iddia edir ki, Sevinc Babayeva İstanbulda olarkən sizinlə bir neçə dəfə telefonla əlaqə saxlayıb…
- Sevinc Babayeva İstanbulda olarkən bizim telefon və başqa heç bir əlaqəmiz olmayıb. Bunu təsdiq etmək üçün sadəcə olaraq telefon danışıq listinqlərini izləməklə təsdiq də etmək olar. Bu həqiqətə uyğun olmayan faktdır. Bunu edən adam da Sevinc Babayevanı İstanbulda qətlə yetirən qatildir. Biz sosial şəbəkələrdə ictimailəşdirdiyimiz gizli video görüntüləri prezidentə, prokurorluğa və MTN-ə verdikdən sonra Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilat məni izsiz-tozsuz fiziki cəhətdən aradan götürmək məqsədilə silahlı qara maskalıların hücumuna məruz qaldım. Bu mənim üçün gözlənilməz oldu. Biz prezidentdən və hüquq mühafizə orqanlarından şikayət edib köməklik istəyirik, həmin silahlı qara maskalılar da sənə silahlı basqın edir. Prezidentə yazdığım şikayətlərin hamısını Ramiz Mehdiyev oxuyurdu. Ona görə də sağlam məntiq təsdiq edir ki, sülalə hakimiyyəti Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatla əlbir fəaliyyət göstərir. Son dəfə Bakıda olanda silahlı qara maskalılar məni təqib etdi. Bu zaman İçərişəhərdə tanınmış xalq rəssamı, professor Tahir Salahovun rəssamlıq ofisinə girdim və ardımca içəri girə bilmədilər. Mən vəziyyəti Tahir Salahova anlatdım, bu zaman kimsə Tahir Salahovun mobil telefonuna əsəbi zəng etdi, Tahir Salahov zəng edəni sakitləşdirdi ki, mən çalışaram işləri yoluna qoyam. Tahir Salahov mənə bildirdi ki, Elşad müəllim, bunlar pis adamlardır, tələbləri budur ki, prezidentə və Avropa Məhkəməsinə yazdığın şikayətləri geri götürəsən. Açığını deyim ki, rəssam Tahir Salahov çox həssas adamdır. Hətta bir az da gözləri yaşardı. Bildirdi ki, mən də bu vəziyyəti yaşamışam, məsləhət bilirəm şikayətlərini geri götürəsən. Mən həmin günü – 20 sentyabr 2010 il tarixindən məcburiyyət qarşısında qalıb təhlükəsizliyimi təmin etmək məqsədilə Azərbaycandan çıxdım. Həmin andan etibarən, mən Sevinc Babayeva ilə nə telefon və bilavasitə əlaqəm olmamışdır. Bunu yoxlamaq çətin də deyildir. Telefon danışıqları listinqini yoxlamaqla bunun həqiqiliyini də təsdiq etmək olar. Sevinc Babayeva və Gülər Əhmədova ilə əsasən 2003-2005-ci illər tarixində oğurlanmış qardaşım Mahir Abdullayevin pul müqabilində geri qaytarılması və onun ardınca deputat seçilməyimlə əlaqədar aktiv görüşmüşük. Lakin, 2005-ci ildən sonra onlar işlərini bitmiş hesab etdilər, mənimlə görüşməkdən imtina etdilər. Mən onlardan pulumu tələb edəndə mənə prokurorluğun və “KQB”-nin əməkdaşları mane olurdular. Bir hüquq professoru kimi, bir daha təsdiq edirəm ki, bu günə qədər də mənim əleyhimə KİV-lərdə Gülər Əhmədovanın və başqalarının adından yazılan məqalələr hazır konvertlərdə KİV-lərə ötürülür.
Bir hüquq professor kimi hesab edirəm ki, o telefon danışıqları saxta , “fabrikovat” olunmuş, həqiqətə uyğun olmayan telefon danışıqlarıdır. Bu özü cinayətdir, mənə sürətini göndərin. Fransada ekspertizadan keçirib həmin adamları beynəlxalq məhkəməyə verəcəyəm. Şübhə etmirəm ki, yenə də bu daşın altından o adamların adı çıxacaq. Mən dəfələrlə onların telefon danışığına qulaq asmışam. Sevinc Babayeva və Gülər Əhmədova sadəcə olaraq çarəsiz icraçılardır. Lazım gəldikdə də çox asanlıqla qurban verilirlər.
- İddiaya görə, həmin danışıqlar zamanı Sevinc Babayeva sizdən xahiş edib ki, onu Türkiyədən çıxarıb gizlənməyində yardım edəsiz?
- Onunla danışmadığım halda necə ona belə təklifdə buluna bilərəm ki? Mən 20 sentyabr 2010-cu il tarixində Bakıdan çıxandan sonra Gülər Əhmədova ilə vəkilim Adil İsmayılov vasitəsilə danışmışam, deputat Gülər Əhmədovadan pullarımı tələb etmişəm. O da söz verdi, bizdən 2-3 gün vaxt istədi ki, pulu alıb qaytaracağam. Bunu da mənə vəkilim Adil İsmayılov bildirdi. Amma daha sonra hökumət məmurları tərəfindən pulu qaytarmaq əvəzinə həmin ərəfədə KİV-lər vasitəsi ilə özlərinə məxsus oğru dilində bəyanat verdilər ki, “Elşad Abdullayev qələt edir. O, neqativ adamdır”. Yəni, bizdən pul gözləməyin. Bundan sonra, biz Parisdən hüquqşünas-bloqqer Elnur Məcidlinin facebookundan Gülər Əhmədovanın facebookuna yazlb yenidən ondan pullarımızı tələb etdik. Hətta KİV-lərdə də yayınlanmışdı ki, Gülər Əhmədova Qazaxda həbs edilərkən məndən aldığı pulu da rəsmi olaraq etiraf edib.
- Siz ona nə zamansa 5 milyon dollar qarşılığında əlində olan bəzi video və materialları göndərməyi təklif etmisiz?
- Yuxarıda izah etdim ki, mənim onunla heç bir görüşüm olmadığı üçün belə təklif edə də bilməzdim. (Xatırladırıq ki, müsahibə canlı yox, yazılı şəkildə götürülüb. Müsahibimiz ona verilən sualları sıra ilə cavablayıb və bizim avtomatik olaraq onun hansı sualı necə cavablamasından xəbərimiz olmadığı üçün növbəti sualda da cavablarını nəzərə ala bilməmişik -S.T.) Ancaq, Sevinc Babayeva bizə bildirmişdi ki, “mən də MTN mayoruyam, narahat olmayın mən də bəzi adamların səsini yazmışam. Nə zamandır ki, kim kimin pulunu yeyə bilər, narahat olmayın. Sizin pulunuzu qaytaracağıq. Hətta Gülər Əhmədovaya Azərbaycanda çox yuxarıda oturanların özü və ailə üzvləri haqqında ifşaedici gizli video görüntüləri verilib, onunla da Gülər deputat keçdi. Yoxsa yuxarılar onun deputat keçməsinə mane olurdular”.
- Bu məlumatı bizə göndərən şəxsin kimliyini bilmirik. Amma o, daha öncə bizə Sevinc Babayevanın “itmiş” xarici pasportunu surətini, habelə bəzi səs yazılarını da yollayıb.
- Ümid edirəm ki, bu cinayətkarlar beynəlxalq səviyyədə yaxın zamanlarda həbs ediləcəklər. Sevinc Babayevanın 10%-lik sosial şəbəkələrdə bizim tərəfimizdən ictimailəşmiş gizli video görüntüləri bir daha təsdiq edir ki, beynəlxalq status almış “Gülərqeyt” susurluğunda Sevinc Babayeva və Gülər Əhmədova icraçıdılar. Bunların bu gün belə mənim üstümə gəlməsinin əsas səbəbi gizlin əli gizlətməkdir. Bu ilin sentyabr ayında Kiyev şəhərində XTİ və polisin birgə fəaliyyəti nəticəsində 25 donordan qanunsuz qara transplantasiya edən iki həkim həbs edilibdir. Onlarından 15-i isə Azərbaycanın tibb klinikalarında həyata keçirilib, istintaq gedir. Keçən dəfə günahsız adamı cəzalandırdılar. Beynəlxalq status almış “GÜLƏRQEYT” cinayətinin işini aparan AR Baş Prokurorluğunun və məhkəmələrinin vətəndaşlarına necə yalan danışmaları, aldatmaları və zərərçəkmişin hüquqlarını müdafiə etmək əvəzinə üstünə getmələri heyrətə gətirir. Bu qanunsuz əməllərin hamısı ağır dövləti cinayətdir. Haqq üzülər, ancaq , üzülməz.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024