Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (26-06-2014, 13:30)
Sevinc Babayevanın oğlu niyə həbs olunub? - DETALLAR

Sevinc Babayevanın oğlu niyə həbs olunub? - DETALLAR

 

 

Xəbər verdiyimiz kimi, “mandat alveri” qalmaqalının qurbanı, 2012-ci ilin dekabrında İstanbulda dünyasını dəyişən Sevinc Babayevanın oğlu Ayxan Məmmədov həbs edilib.

Bu barədə özünü A.Məmmədovun dostu kimi təqdim edən Orxan adlı şəxs məlumat verdi. Dostu bildirdi ki, A.Məmmədov barədə 25 iyunda Binəqədi Rayon Məhkəməsində keçirilən proses zamanı hökm çıxarılıb. 

Binəqədi Məhkəməsində hakim Tale Kərimovun sədrliyi ilə keçirilən prosesdə Ayxan Məmmədov Cinayət Məcəlləsinin 177.2.2 maddəsi (oğurluq) ilə həbs olunub. 

A.Məmmədovun həbsinə 4-cü mikrorayonda yerləşən “Favorit” marketdə oğurluq etdiyi iddiası səbəb olub. Onun sözügedən marketdən ətir oğurladığı təsdiqlənib və A.Məmmədov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Dostunun bildirdiyinə görə, A.Məmmədov üçün bu qərar gözlənilməz olub. Çünki o, marketdən hər hansı oğurluq etmədiyini daha öncə bildirib və yaxın ətrafına şərə düşdüyünü deyib. Bundan başqa, A.Məmmədova şərti iş veriləcəyi barədə vəd verildiyi üçün o, bu həbsə hazırlıqlı olmayıb. 

S. Babayevanın oğlunu məhkəmədən birbaşa 1 saylı İstintaq Təcridxanasına aparıblar. Ayxan telefonunu, şəxsi əşyalarını (kəmərini, saatını) dostuna verib. 

Əldə etdiyimiz məlumata görə, bu günə qədər A.Məmmədov barədə iki cinayət işi olub. Bunlardan biri yol qəza hadisəsi zamanı qarşı tərəfin malına ziyan vurmaya görə baş tutub. Həmin iş üzrə A.Məmmədova şərti iş verilib və məsələ qapanıb. Amma marketdən oğurluq hadisəsində A.Məmmədova hər hansı güzəşt edilməyib. Dostları isə “Yeni Müsavat”a bildirdi ki, A.Məmmədov oğurluq etməyib, sadəcə, oğurluğa cəhd edib. Belə ki, o, oğurladığı iddia edilən ətri alacağını bildirib. Amma market sahibi ondan şikayət edib. Buna səbəb isə onun eyni marketdən iki dəfə oğurluq etməsi olub. Birinci hadisədə A. Məmmədovu bağışlayan market sahibi ikinci dəfə onu bağışlamayıb. 

Sabiq deputat, Gülər Əhmədova İstanbulda dünyasını dəyişən Sevinc Babayevanın oğlu Ayxan Məmmədovun həbs edilməsi xəbərinə təəccüblənib. “Yeni Müsavat”ın müxbiri ilə söhbətində G.Əhmədova deyib ki, bu həbs olayının təfərrüatını da bilmir: “Düzdü, mən onunla maraqlanmıram. Sadəcə eşidib, təəccübləndim;  şokdayam. Mən yalnız onu deyə bilərəm ki, Allah qapısını açsın, başqa heç nə deyə bilmərəm. İlahi ədalət haqda fikir söyləmək isə mənə düşməz. Mən ümumiyyətlə, heç bir gəncin, heç bir insanın həbsə atılmasını istəməzdim. Özüm həbsə düşmüş adamam. Həbsin nə olduğunu bilirəm və heç kimə də arzulamıram. Allah heç kimə qismət eləməsin”. 

“Keçmiş rəfiqənizin oğlunun azadlığa çıxması üçün nəsə edəcəksizmi”, -  sualına cavabda isə G.Əhmədova bildirdi ki, S.Babayeva heç vaxt onun rəfiqəsi olmayıb: “İsrarla hər kəsə göstərmək istəyirlər ki, o mənim rəfiqəmdir. Amma heç vaxt mənim rəfiqəm olmayıb. O ki qaldı sualınıza, mənim də bu gün heç nəyə gücüm çatmır. Millət vəkili deyiləm. Bəlkə də millət vəkili olsaydım, mənə müraciət etsəydilər, başqa məsələ”. 

Sevinc Babayevanın anası, A.Məmmədovun nənəsi Zəhra Babayeva isə xəbərdən şok keçirdiyini dedi: “O yetimin həyatda heç vaxt bəxti gətirməyib. Anası öldü, başına gəlməyən qalmadı. Bir balaca gün gördü, ailəsi oldu, oğlu oldu, indi də belə. Biz indi kimdən kömək istəyək, kimin qapısına gedək?”

Müsahibimiz dedi ki, nəvəsi onun xəstə olduğunu nəzərə alıb, baş verənlərlə bağlı ona heç bir məlumat verməyib: “Səhər yuxudan durdu. Kimsə zəng eləmişdi. Dedi ki, hə, bilirəm, 12-nin yarısıdır, sonra da çıxıb getdi. Amma heç bilmədim ki, hara gedir. İndi başa düşürəm ki, məhkəməyə gedirmiş”. 

Z.Babayeva nəvəsini türmədən çıxarmaq üçün yardım istəyəcək heç kiminin olmadığını bildirdi: “Mən bilən o hadisə mart ayında olub. Amma Ayxan mənə demişdi ki, hadisə həll olundu, getdi. İndi təzədən niyə tutublar? Onun balaca bir oğlu var axı. Kim baxacaq ona?”

“Yeni Müsavat” isə xatırladır ki, A.Məmmədov anası ölən gündən etibarən fasiləsiz olaraq “mandat qalmaqalı” ilə bağlı açıqlamalar verir, hakimiyyəti ifşa edən sözlər deyirdi. Ümumən isə bu işlə bağlı yeganə alternativ fikir söyləyən şəxs A.Məmmədov idi. Diqqətli oxucular onun “Yeni Müsavat”a verdiyi müsahibələrində istintaqı ifşa edən açıqlamalarını yada salıb, müvafiq nəticə çıxara bilər. A.Məmmədov G.Əhmədovanın məhkəməsində də şahid qismində ifadə verərkən, xeyli sərt fikirlər söyləmişdi. 

A. Məmmədov təxminən 1 ay öncə verdiyi müsahibəsində işsizlikdən əziyyət çəkdiyini, prezidentə bu problemlə bağlı məktub yazdıqdan sonra Məşğulluq İdarəsinə çağırıldığını demişdi. O, G.Əhmədovanın azadlığa çıxması ilə “anasının qanının batırıldığını” da son müsahibəsində vurğulamışdı. 

A.Məmmədovun həbsi ilə bağlı ilkin versiyalardan biri də hakimiyyətin ona bu açıqlamaları bağışlamamasıdır. Ekspertlər hesab edir ki, oğurluğa cəhd maddəsinə görə 3 il 6 ay iş verilməsi birbaşa sifarişin nəticəsidir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024