Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (23-07-2014, 18:17)
Söyün Sadıqov Sevinc Babayeva ilə əlaqəsindən danışdı

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Deputat Gülər Əhmədova ilə Elşad Abdullayev arasında baş verən videoqalmaqalın əsas simalarından biri, Türkiyədə vəfat edən Sevinc Babayevanın adı yenidən gündəmə gəlib

 

Bu dəfə S.Babayevanın adı azərbaycanlı oliqarx Söyün Sadıqovla sıx əlaqədə olduğu bildirilən və Moskvada yaşayan Əkbər Tanrıverdiyevlə birgə cinayət işində hallandırılır. 
1 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhbus Ramiz Nəbi oğlu Şadmanov "Reytinq” qəzetinə göndərdiyi məktubda bu barədə məlumat verərək bildirib ki, Söyün Sadıqov bu adamların yardımı ilə Azərbaycanda daşınmaz əmlak sahibinə çevrilmək istəyib. Mərhum Sevinc Babayevanın vasitəsilə ilə Əkbər Tanrıverdiyev və onun ətrafı ilə tanış olduğunu bildirən Ramiz Şadmanov qeyd edib ki, Söyün Sadıqovun pulunu «fırladan» Əkbər Tanrıverdiyev və yaxın ətrafı pul sayəsində bu işdən də yayınmaqla yanaşı, məni də öz əməllərinə ortaq etməkdə və kiməsə cinayəti yükləməkdə qərarlıdırlar. Söyün Sadıqov barəsində yayılan məlumatlarla bağlı İnterpress.az -a bildirib ki, şikayət məktubunda adı çəkilən şəxslərdən heç birini tanımır: “Nə Sevinc Babayeva, nə də Əkbər Tanrıverdiyevin kim olduğunu bilirəm. Ola bilsin ki, mənim adımı belə məsələlərdə hallandıranlar kiminsə sifarişini yerinə yetirirlər. Bu, mənə qarşı təxribatdır. İnsanlarda vicdan yoxdur”. 
Moskvada yaşadığı bildirilən Əkbər Tanrıverdiyev vasitəsilə Azərbaycanda daşınmaz əmlak aldığına dair məlumata münasibət bildirən S.Sadıqov: “Mənim heç vaxt Azərbaycanda daşınmaz əmlakım olmayıb. Heç bir zaman Azərbaycanda daşınmaz əmlak almaq istəyində də olmamışam”, deyə vurğulayıb. 

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024