Sosial / Slayd (28-03-2020, 18:47)
Sahibkar Prezidentə ÜZ TUTDU... - Müraciət...

“Cənab Prezident!
Hörmətli Mehriban xanım!
Yazıb sizə bildirirəm ki, mənim Agcəbədi rayonunda fəaliyyət göstərən “ƏLİ” ticarət mərkəzində mağazam var. Mağaza mənim şəxsi mülküm olmasına baxmayaraq, hər ay ticarət mərkəzinin rəhbərliyinə - Quliyev Qəhrəmana 160 AZN “yer pulu” vermək məcburiyyətindəyəm. Həmçinin, digər sahibkarlar da bu pulu ödəməyə məcbur olunur.
Ölkədə baş verən mövcud vəziyyətə görə fevral ayında işlərim zəif olduğu üçün “icarə haqqı” kimi 150 AZN ödədim.
Mən 8 nəfər ailəyə baxıram. Bütün ailəmin yaşayışı o mağazadan asılıdır. Ticarət mərkəzinin əməkdaşı İsmayılov Mahir Tahir oğlu verə bilmədiyim 10 AZN-ə görə bizimlə açıq-aşkar ədavət apararaq, mağazamızı bağladı. Bununla əlaqədar dəfələrlə bir ağcəbədili kimi ondan xahiş etmişik, mən ailə durumumu ona anlatmışam...
Qeyd edim kiI, həyat yoldaşım rəhmətə gedib, 3 azyaşlı uşağa, yaşlı valideyinlərimə baxıram. Bu baxəımdan Mahir İsmayılova dedim ki, imkan ver işləyim, 8 nəfər ailə üzvü bu mağazadan gələn gəlirə möhtacdır. Amma o, nəinki xahişimizi nəzərə almadı, məni və yaşlı anamı söyüb təhqir etdi. Biz “işlər başlasın, qalan 10 AZN borcumuzu da ödəyəcəyik”, - desək də, əhəmiyyət vermədi. Sonradan borc tapıb, o pulu aparıb vermək istədikdə isə, yenə də mağazanın açılmasına icazə verməyəcəyini dedi.
Mahir İsmayılova ölkə rəhbərliyinə şikayət edəcəyimi dedikdə isə, “get hara istəyirsən de, bu ölkənin yiyəsi bizik”, - deyə cavab verdi.
Onu da qeyd edim ki, “ƏLİ” ticarət mərkəzinin rəhbərliyi illər öncə 6 000 (altı min) ABŞ dolları məbləğinə aldığım bu mağazaya görə heç bir qəbz verməmişdi.
Odur ki, Sizdən xahiş edirəm, Ağcəbədi rayonunda “at oynadan” sahibkar Mahir İsmayılov və Qəhrəman Quliyev haqqında ölçü götürəsiniz, insanlara etdikləri zülm yerdə qalmasın”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 05 2025
25 05 2025
25 05 2025
25 05 2025
25 05 2025
25 05 2025
25 05 2025
25 05 2025
25 05 2025
25 05 2025
25 05 2025
25 05 2025
25 05 2025
25 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025
24 05 2025