Region (8-11-2019, 12:50)
Füzuli RİHB Alı Alıyevin növbəti səyyar qəbul-görüşü Əhmədalılar kəndində keçirilib.

Əhmədalılar kəndinin ümumi əhalisi 2320 nəfərdi, hal-hazırda 1300 nəfər yaşayır. Kəndin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutulan bütün imtiyazlardan istifadə edirlər. Kənd sakinlərindən məcburi köçkün statusu olan 2123 nəfərdi, onlardan 1872 nəfərə hər ay 109242 manat vahid aylıq müavinət ödənilir. 4 ailəyə ünvanlı sosial yardım təyin edilib, 3 ailə isə özünüməşğulluq proqramına cəlb olunub. Əhmədalılar kəndində 7 şəhid ailəsi, 5 Qarabağ müharibəsi əlili vardır. Kənd sakinlərindən 303 nəfərə müxtəlif növ pensiya və müavinət verilir. Kənd sakinlərindən 217 nəfər müxtəlif idarə, müəssisə və təşkilatlarda işləyirlər. Kənddə torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub. Səyyar qəbulda rayonun ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb. Səyyar qəbul zamanı çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına və ölkənin birinci xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.


Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
16 07 2025
16 07 2025