Region (7-11-2019, 10:23)
Alı Alıyevin növbəti səyyar qəbul-görüş

Mollaməhərrəmli kəndinin ümumi əhalisi 816 nəfərdi, hal-hazırda 350 nəfər yaşayır. Kəndin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutulan bütün imtiyazlardan istifadə edirlər. Kənd sakinlərindən məcburi köçkün statusu olan 645 nəfərə hər ay 38700 manat vahid aylıq müavinət ödənilir, 1 ailəyə ünvanlı sosial yardım təyin edilib, 4 ailə isə özünüməşğulluq proqramına cəlb olunub. Mollaməhərrəmli kəndində 1 şəhid ailəsi, 3 Qarabağ müharibəsi əlili vardır. Kənd sakinlərindən 117 nəfərə müxtəlif növ pensiya və müavinət verilir. Kənd sakinlərindən 117 nəfər müxtəlif idarə, müəssisə və təşkilatlarda işləyirlər. Kənddə torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub. Səyyar qəbulda rayonun ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb. Səyyar qəbul zamanı çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına və ölkənin birinci xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
17 07 2025
16 07 2025
16 07 2025