Region (31-08-2018, 12:16)
Naxçıvanda ceyran sürüləri... - Fotolar
Ordubad Dövlət Təbiət Yasaqlığında heyvanların müdafiəsinin gücləndirilməsi nəticəsində nəsli kəsilməkdə olan heyvanların sayında artım olub.
Mediatv.az xəbər verir ki, Nuhçıxan Agentliyinin əməkdaşları yasaqlıqda ceyran sürülərinin fotolarını çəkə biliblər. Xəbərdə qeyd olunur ki, 1995-ci illə müqayisədə xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 3,4 dəfə artıb.
Ordubad Dövlət Təbiət Yasaqlığının yaradılmasında əsas məqsəd həmin ərazilərdə yaşayan və adları qırmızı kitaba düşən muflonların, eyni zamanda bezoar keçilərinin qorunması və artırılmasıdır.
Yasaqlığa heç bir kənar təsirlərin olmaması üçün yegerlər mütəmadi olaraq ərazilərdə onlar üçün təyin olunan sahələrdə mühafizə işləri də aparırlar. Dağlıq sahələrdə tez-tez bezoar keçilərini, açıq sahələrdə isə muflonları yaxın məsafələrdən görmək mümkündür. Bu ərazidə ilk dəfə olaraq bəbir ailəsi də qeydə alınıb.
Mühafizə tədbirləri, ova qadağaların qoyulması yerli heyvan növlərinin sayının artmasına şərait yaradıb.