Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (12-10-2015, 18:12)
Qanunsuz bəbir ovçusu 9000 manat cərimələndi

Astara rayonu Sım kənd sakini Böyükzadə Natiq Nəbi oğlu adı Azərbaycanın “Qırmızı Kitab”ına salınmış bəbir növünü Hirkan Milli Parkının sərhəd zonasında qanunsuz olaraq ovladığına görə 9 min manat cərimələnib.

 

Mediatv.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən  verilən məlumata görə, həmin şəxs oktyabrın 9-da heyvanın dərisini satarkən saxlanılıb.

 

Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 176 nömrəli qərarına əsasən, bəbirin qanunsuz ovu üçün təbiətə dəymiş ziyan 3000 manat, dövlət təbiət qoruqlarının və milli parkların ərazilərində bəbirin qanunsuz ovu baş verdikdə isə həmin məbləğ 3 qat ölçüdə tətbiq olunur. Hazırkı brakonyerlik faktı ilə bağlı Böyükzadə Natiq Nəbi oğlu 9000 manat məbləğində cərimə olunub. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 258-ci maddəsinə müvafiq olaraq, əməlində cinayət tərkibi olduğundan saxlanılıb. Bununla əlaqədar Baş Prokurorluğa təqdim olunması üçün ETSN tərəfindən müvafiq sənədləşmə işi aparılır.

 

Məlumatda bildirilib ki, ərazi sırf sərhəd zonası olduğundan ETSN əməkdaşlarının həmin əraziyə giriş-çıxışında məhdudiyyətlər olub, məhz Dövlət Sərhəd Xidməti əməkdaşlarının yüksək peşəkarlığı nəticəsində qanun pozucusu saxlanılıb ki, buna görə bütün şəxsi heyətin təbiətə sədaqəti xüsusi qeyd olunmalıdır.

 

Qeyd edək ki, Azərbaycanda nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan fauna növlərinin mühafizəsi ilə bağlı aparılan tədbirlər sırasında bəbir xüsusi yer tutur. Bu nadir növ Ümumdünya Təbiəti Mühafizə İttifaqının (İUCN) “Qırmızı Siyahısı”na və Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilib.
Son 10 il ərzində aparılmış tədqiqatlar nəticəsində bəbirlərin Hirkan meşələrində, Zəngəzur silsiləsində, Darıdağ, Nehrəmdağ və Dərəşamda, Mingəçevir su anbarının şimalında Axar-Baxar silsiləsində yaşaması müəyyən edilib. Respublika ərazisində bəbirlərin 15-ə qədər fərdi yaşayır.

 

Bəbirin mühafizəsində ən effektiv tədbir xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilərək ekoloji şəbəkənin yaradılmasıdır. Məhz bəbirin yaşam arealı hesab edilən bir sıra qorunan ərazilərin sahəsi 2 dəfəyədək genişləndirilib, qanunvericilikdə bəbirin ovlanmasına görə cəza tədbirləri sərtləşdirilib, 2009-cu ildə isə “Bəbirin Azərbaycan Respublikası ərazisində Mühafizə Strategiyası Fəaliyyət Planı” qəbul edilib.

 

Keçən 5 il ərzində Milli Fəaliyyət Planının həyata keçirilməsi nəticəsində bəbirlərin və onların qida obyektlərinin monitorinqi aparılıb, maneələrin dəf edilməsi və dəhlizlərin yaradılması üzrə strategiya işlənilib, təhlükələrin azaldılması, əhalinin maarifləndirilməsi istiqamətində işlər görülüb. 

 

Eyni zamanda son illər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başçılığı altında IDEA beynəlxalq ətraf mühit kampaniyasının Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş fauna növlərinin qorunmasını əhatə edən "Böyük beşlik" proqramı çərçivəsində gördüyü işləri, xüsusən bəbirin mühafizəsi ilə bağlı aparılan tədbirləri xüsusi qeyd etmək lazımdır. 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanın incisi sayıla biləcək nadir bəbir növünün ovlanması faktını qətiyyətlə pisləyir, əhalini bioloji müxtəlifliyə qayğı ilə yanaşmağa, brakonyerlik faktları ilə hamılıqla – vətəndaş cəmiyyətinin yaxından köməkliyi ilə mübarizə aparmağa çağırır. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024