Karusel (3-11-2014, 12:36)
Canavarlar ceyranı parçaladı - Foto
Azərbaycanda canavar ceyranı parçalayıb.
Ekologiya və Təbii Sərvələr Nazirliyinin mətbuat xidmətindən “Mediatv.az”-a daxil olan xəbərə görə, Qobustan-Cəngiçay vadisində ceyranın canavarlar tərəfindən parçalandığı aşkar olunub. Vəhşi heyvanların parçaladığı ceyranın skleti tapılıb.
Nazirlik bildiri ki, ceyranların tarixi arealı hesab olunan Qobustan-Cəngiçay ərazisində Dövlət Təbiət Yasaqlığının yaradılması mütəxəssislər tərəfindən məqsədəmüvafiq sayılıb, bununla bağlı Nazirlik tərəfindən torpaqayırma sənədlərinin hazırlanması üçün lazımi işlər görülərək aidiyyəti qurumlar qarşısında dəfələrlə məsələ qaldırılıb. Ərazidə yasaqlıq yaradılması ilə bağlı torpaq istifadəçiləri ilə ilkin razılaşma əldə edilməsinə baxmayaraq, müvafiq qurumlar tərəfindən bu ərazilərin qış otlaq sahələri kimi istifadə olunduğu əsas gətirilərək yasaqlığın yaradılması məqbul hesab edilməyib. Halbuki, qanunvericiliyə əsasən əraziyə yasaqlıq statusunun verilməsi torpaq üzərində mülkiyyət hüququnu dəyişmir və yalnız bu ərazilərdə ceyranların mühafizəsi tədbirlərinin həyata keçirilməsi ilə bağlı müəyyən məhdudiyyətlər nəzərdə tutulur.
Bununla belə, ceyranların mühafizəsi məqsədilə sözügedən ərazilərin torpaq istifadəçilərindən, yerli icma nümayəndələrindən, fermerlərdən, xüsusən çobanlardan ceyranların mühafizəsi və təhlükəsizliyinin təminatı üçün məsuliyyət daşımaları barədə müvafiq iltizamlar alınıb, brokonyerliyin qarşısının alınması üçün müvafiq ictimai qruplar təşkil edilmiş, maarifləndirici və qadağanedici lövhələr, yol işarələri hazırlanaraq reintroduksiya ərazilərində yerləşdirilib.
Aparılan müşahidələr göstərir ki, Gürcüstan Respublikasına buraxılmış ceyranların bir hissəsi isə atrıq ölkəmizin Gürcüstanla sərhəddində yerləşən Ceyrançöl adlanan əraziyə doğru miqrasiya edib. Bu məlumatlar da siqnalötürücü xalta daşıyan ceyran fərdlərindən gələn siqnallardan alınıb.
Araşdırmaların nəticələrinə görə, sözügedən ərazilərdə məskunlaşma prosesi keçən ceyranların erkək fərdləri mütəmadi olaraq yaşayış üçün uyğun hesab etdikləri areallara miqrasiya edir, özləri ilə dişi ceyran sürülərinin də həmin ərazilərə miqrasiyasına şərait yaradır.