Region (24-05-2018, 19:58)
Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi İmişli rayonunda da qeyd olunub
Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi İmişili rayonunda da silsilə tədbirlərlə qeyd olunub.
Tədbirdə çıxış edən İmişli rayon İcra Hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən və ötən əsrin sonlarında keçmiş imperiyanın süqutundan sonra ölkəmizin ikinci dəfə öz müstəqilliyini bərpa etməsindən danışıb. Bildirib ki, 1991-ci ildə Ölkəmiz 2-ci dəfə öz müstəqilliyinə qovuşdu. Həmin ərəfədə yenə daxili və xarici qüvvələr ölkəmizin müstəqilliyinə əngəl yaratmağa başladılar. Müstəqilliyimizin qorunub saxlanılması və möhkəmlən-dirilməsində Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Ulu öndərin yenidən xalqımızın təkidli tələbi ilə 2-ci dəfə hakimiyyətə qayıdışı ölkəmizi xarici və daxili təhlükələrdən xilas etdi, ictimai-siyasi sabitlik bərpa olundu, qanunsuz silahlı birləşmələr ləğv olundu, həyat öz axarına düşdü. Bildirib ki, Ulu öndərin uzaqgörən siyasəti bu gün dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İndi ölkəmiz ən nüfuzlu beynəlxalq təşkilatlara üzv seçilib və öz nüfuzunu günbəgün artırır, bölgədə lider dövlətə çevrilib.