Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (11-01-2018, 13:30)
Deputat: Cümhuriyyəti quran babalarımızın ənənəsi davam edir

Deputat: Cümhuriyyəti quran babalarımızın ənənəsi davam edir

 

Azərbaycan prezidenti İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi və bu yöndəki Sərəncamı tarixi qərardır.

Mediatv.az  xəbər verir ki, bunu millət vəkili Adil Əliyev deyib.

Onun sözlərinə görə, bu il Cümhuriyyətimizin 100-cü ildönümü qeyd ediləcək:
 
“Cənab prezidentin də qeyd etdiyi kimi, müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Varisi olduğumuz Xalq Cümhuriyyəti müsəlman aləminə, hətta Avropaya böyük nümunə idi. Avropanın aparıcı ölkələrində hələ o zaman qadınların səs vermək hüququ olmazkən bu hüquq Xalq Cümhuriyyətində qanunla təsbit edildi. Xalq Cümhuriyyətinin qurucularından Məmməd Əmin Rəsulzadə “Bir dəfə yüksələn bayraq, bir daha enməz” dedi və gələcək nəsillər bunu unutmadı, həmin bayraq hələ SSRİ adlı imperiyanın dağılmadığı illərdə Naxçıvanda rəsmiləşdirildi. Ulu öndər Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri olduğu dövrdə həm Moskva, həm də onun Bakıdakı tör-töküntüləri ilə mübarizə apararaq, hər iki istiqamətdən təzyiqlərə rəğmən, Xalq Cümhuriyətinin qaldırdığı milli bayrağı Naxçıvanda ucaltdı”.

O deyib ki, təəssüflər olsun ki, Xalq Cümhuriyyəti iki il yaşadı, Azərbaycan işğal olundu:

“Üstündən 70 il keçdikdən sonra Azərbaycan yenidən müstəqilliyinə qovuşdu. Ancaq Xalq Cümhuriyyətinin obyektiv səbəblərdən uğradığı məğlubiyyətin 70 il sonra bu dəfə Bakıdakı hakimiyyətin yarıtmaz siyasəti nəticəsində subyektiv səbəblərdən yenidən təkrarlanması ehtimalı var idi. Heydər Əliyev buna imkan vermədi, xalq ulu öndəri Bakıya dəvət etdi, Azərbaycanda sabitlik yaratdı, inkişafa imkanlar açıldı.

Ulu öndərin davamçısı olan möhtərəm prezident İlham Əliyev də bu sabitliyə əsaslanaraq ölkənin inkişafını daha da gücləndirdi. Prezidentimiz 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda əldə olunan uğurlardan danışıb, məmləkətimizin potensialının artdığını konkret misallarla, rəqəmlərlə vurğulayıb. 2018-ci ilə daha böyük ümidlərlə daxil oluruq. Bu isə 100 illiyini qeyd edəcəyimiz Xalq Cümhuriyyətinin ənənələrinin Azərbaycanda yaşadığını və daha da inkişaf etdiyini göstərir. Xalq Cümhuriyyətini quran babalarımızın ənənəsi davam edir, məmləkətimiz etibarlı əllərdədir!”

шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024