Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (19-07-2016, 11:09)
Fəzail Ağamalı: “Ərdoğan islahatlar aparmalıdır, hakimiyyətin başqa alternativi yoxdur”

"Türklər sübut etdi ki, onlar ərəb deyil" 

 

Mediatv.az bildirir ki, Türkiyədə baş verən hərbi çevrilişə cəhd hadisəsi bir neçə gündür dünyanın əsas müzakirə mövzusu olaraq qalır. 

Qardaş ölkədə yaşanan xoşagəlməz olayla bağlı Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı  AzVision.az-ın suallarını cavablandırıb.

- Türkiyədə baş verən hadisələrə münasibətiniz necədir? Qardaş ölkədə nə baş verdi ki? 

- Türkiyədə hərbiçilərin qiyam cəhdi kontitusiya quruluşunun zorla dəyişdirilməsi kimi dəyərləndirilməlidir. Eyni zamanda bu addım türk millətinin uzun illərdən bəri min bir əzablarla, çətinliklərlə, qurbanlarla qurmuş olduğu inkişafa, demokratik cəmiyyətə qəsddir. 

Təəssüf edirəm ki, Türkiyədə ötən əsrin 60-cı illərindən başlayan bu ənənə nəhayət 21-ci əsrdə də təkrarlandı. Müsbət haldır ki, hərbiçilər öz istəklərinə nail ola bilmədilər. Türk milləti öz dövlətinə, səs verdiyi prezidentinə sahib çıxdı, demokratiyaya sədaqətini birmənalı şəkildə nümayiş etdirdi. 

Hesab edirəm ki, bu hadisələr Türkiyənin inkişafını həzm etməyən xarc qüvvələrin planı idi. Türkiyə dünyada qlobal oyunçu səviyyəsinə yüksəlib. Bu isə dünyanı idarə edən bir sıra Qərb dövlətlərinin maraqlarına uyğun gəlmirdi. Ona görə də xaricdəki müəyyən qüvvələrlə, daxildəki satqın, dövlətinə xəyanət edən həmin şəxslər qiyamı qaldırdılar. 

Təəssüflər olsun ki, onlar qəhrəman “mehmetçik” adını ləkələdilər. Bütün bunlara baxmayaraq türk milləti sübut etdi ki, onlar ərəb deyil. Türk milləti öz dövlətini, onun toxunulmazlığını küçələrə çıxaraq, hayqırtılarla qorudu, demokratiyaya sədaqətini nümayiş etdirdi və bir daha türk cəmiyyətinin gücü ölkə iqtidarının, yəni Ərdoğanın gücü ilə tamamlandı. Hesab edirəm ki, bu iki güc ölkəni daha böyük fəlakətlərdən xilas edə bildi. 

- Türkiyədə hərbi çevrilişə cəhddən sonrakı hadisələrin inkişafını necə görürsünüz? 

- Baş verən hadisə ilə bağlı ciddi araşdırmalar gedir, həbs olunanlar var. Hesab edirəm ki, proses ardıcıllıqla davam edəcək. Ərdoğan hakimiyyətinin başqa alternativi yoxdur. Bununla bərabər, türk cəmiyyətinin mütləq əksəriyyəti dövlətin, əslində demokratiyanın yanında oldu. Çünki, hərbiçilərin hakimiyyətə gəlməsi faktiki olaraq hərbi diktatura rejiminin qurulması demək olardı ki, bu da bütün demokratik təsisatların məhdudlaşdırılması, ləğvi, xoşagəlməz situasiyanın yaranması demək olardı. Buna isə türk cəmiyyəti imkan vermədi. 

Hesab edirəm ki, Türkiyəyə böyük töhfələr verən, onu 20 inkişaf etmiş ölkə içərisində 16-cı sıraya yüksəldən, türk cəmiyyətini inkişaf etdirən, dövləti gücləndirən Ərdoğan bundan sonrakı siyasətində korrektələr aparmalıdır. Elə etməlidir ki, bu və buna bənzər hadisələr üçün zəmin yaranmasın. Xüsusi olaraq xarici siyasətində kəskin ritorikadan imtina etməlidir. Çalışmalıdır ki, kəskin ritorika, normal, xoşməramlı əməkdaşlıqla əvəz olunsun. Eyni zamanda daha çox demokratik dəyərlərə, Atatürkün qoymuş olduğu ənənələrə, yola daha çox fikir verilməlidir. Bu hadisə bir daha göstərdi ki, demokratiya olmasaydı, xalq heç zaman bu şəkildə dövlətini və prezidentini müdafiə etməzdi. Ona görə də demokratik dəyərlərə, sivil, hüquqi dövlətin güclənməsinə diqqət yetirilməlidir. Hesab edirəm ki, bu gün Türkiyənin daxili və xarici siyasətində qeyd olunan məsələlərə ehtiyac var. 

- Hərbi çevrilişə cəhdin arxasında Fətullah Gülənin durduğu deyilir. Bu haqda fikirləriniz nədən ibarətdir? 

- Fətullah Gülən müəyyən güclərin əlində bir oyuncaqdır. Hesab edirəm ki, Gülən camaatının bu işdə əli danılmazdır. Artıq sübut olunub ki, bu hadisəni məhz onlar törədib. İndi Güləni Türkiyə ABŞ-dan təkidlə geri tələb edir. Ancaq, ABŞ bunu etməkdən müxtəlif bəhanələrlə imtina edir. Görünən odur ki, Türkiyədəki qiyamın önündə Fətullah Gülən, onun arxasında isə ABŞ dayanır. Bu bütün tərəfləri ilə görünür və məntiq belə bir qənaətə gəlməyə imkan verir. 

- Türkiyədəki hadisələrdən sonra nurçu təhlükəsi yenidən gündəmə gəlib. Azərbaycanda nurçu təhlükəsi varmı? Onlra qarşı hər hansı əməliyyatlar aparıla bilərmi?

- Azərbaycanda belə əməliyyatların aparılacağına inanmıram. Çünki, Azərbaycanda nurçu təhlükə yoxdur. Ola bilsin ki, nurçu deyilən bir neçə adam var, ancaq onlar artıq zərərsizləşdirilib, vəzifələri əllərindən alınıb. Nurçuların Azərbaycanda Türkiyə qədər güclü əsasları yoxdur. Ona görə də Azərbaycanda belə bir təhlükə görmürəm. 

- Müzakirə olunan məsələlərdən biri də türk əsgərlərinin döyülərək nüfuzunun aşağılanması idi. 

- Türk əsgərinin vətəndaşlar tərəfindən döyülməsinə ehtiyac yox idi. Əsgər əmrə tabedir. Türk əsgəri komandanın əmrini “Əmr edərsiniz” deyərək çox böyük sədaqətlə yerinə yetirir. Yəni, bundan başqa ifadə yoxdur. Ona görə də əsgərin döyülməsi dorğu yanaşma deyil. Bu baxımdan əsgəri yox, onu küçələrə çıxaranlar ciddi şəkildə cəzalandırılmalıdır. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024