Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (6-08-2015, 14:54)
"Bu cür boru kəmərlərinə terror cəhdi Qərbi PKK-ya qarşı qoyur" - Fərhad Mehdiyev

Terror təşkilatı olan PKK-nın son terror aktları Təkcə Türkiyənin daxili infrastrukturlarını deyil, regional layihələri də hədəfə aldı. Son olaraq partlatdığı "Bakı–Tiflis–Ərzum" qaz boru kəməri Sarıqamış yaşayış məntəqəsindən keçən hissəsində hücuma məruz qaldı. Bu olay sübut etdi ki, PKK-nın niyyəti təkcə Türkiyə deyil. Bütün region təhdid hədəfi olaraq seçib.

Bəs bu kəmərin seçilməsi doğrudanmı təkcə Türkiyəyə mesaj idi? PKK-nın bu təhdid ismarışı Gürcüstan və Azərbaycana da ola bilməzdimi? Eyni zamanda, Türkiyəyə hücumlarına görə Qərbin onu dəstəkləmədiyi üçün Avropadan bir qisas niyyəti güdmürdümü?

"Mediatv.az" Hafta.az-a istinadən xəbər verir ki, politoloq Fərhad Mehdiyev hesab edir ki, Azərbaycan bu cür enerji layihələrinin keşiyini Türkiyədə çəkə bilməz. BTƏ-nin təhlükəsizliyini bundan sonra daha yaxşı şəkildə Türkiyə özü təmin etməlidir:

“Həmin enerji xətlərinin təhlükəsizliyini təmin etmək Türkiyənin öhdəliyindədir. Azərbaycan özü bunu başqa dövlətlərin torpaqlarında edə bilməz. Hesab edirəm ki, bundan sonra Türkiyə boru xətləri boyunca təhlükəsizlik tədbirlərini bundan sonra daha da artıracaq. Əvvəllər də bir dəfə belə bir hal olub. PKK "Bakı–Tiflis–Ceyhan" boru xəttini partlatmağa cəhd etmişdi. Boru xəttinin torpağın altı ilə çox dərindən keçməsi səbəbi ilə onların bu cəhdi uğursuz olmuşdu. Yəqin ki, bundan sonra Türkiyə dövləti bütün kəmərlər boyu bu təhlükəsizlik tədbirlərini daha da artıracaq. Düşünmürəm ki, bizim də qoşuldumuz TANAP–da daxil olmaqla digər projelər təhlükə altına düşə bilər”.

Fərhad Mehdiyev deyir ki, PKK kəməri Azərbaycanın da ortaq olduğu üçün partlatmayıb. Ekspertin sözlərinə görə, kürd terror təşkilatı sabah başqa aktlar da həyata keçirə bilər:

“PKK artıq Türkiyə dövlətinə qarşı atəşkəsi ləğv edib. Mümkün olduğu qədər terror aktları həyata keçirir. Boru xəttinin partladılması da bunlardan biridir. Sabah başqa aktlar da həyata keçirə bilərlər. Ola bilər ki, elektrik xətlərinin transfarmator qovşağını, qaz xətlərinin qovşağını partlatsınlar. Bu təhlükəni "Bakı–Tiflis–Ceyhan"a aid etmək olmaz. Çünki bu kəmər yerin altı ilə keçdiyi üçün onun təhlükəsizliyi daha yaxşı şəkildə qorunur. Hədəfdə başqa infrastruktur obyektləri də ola bilər. Burada son partlayışı həyata keçirən PKK kəməri Azərbaycanın da ortaq olduğu üçün partlatmayıb. Onlar Türkiyə dövlətinə aid infrastrukturlara xəsarət yetirmək istəyirlər. Bu da həmin terror aktlarından biri idi”.

Vəziyyətin qəlizləşdiyini görən Amerika öz qoşunlarını, hava donanmasını Türkiyəyə bu əməliyyatlarda köməkçi kimi göndərmək haqda  qərar verdi. Çox güman ki, burada PKK-nın beynəlxalq layihələri hədəf alması ABŞ-ı bu addımı atmağa sövq edib. Fərhad Mehdiyev də hesab edir ki, bu cür boru kəmərlərinə olan hər hansı bir terror cəhdi eyni zamanda Qərbi də PKK-ya qarşı qoyur:

“Digər tərəfdən də bu PKK üçün o qədər də sərfəli addım deyil. Çünki bu cür boru kəmərlərinə olan hər hansı bir terror cəhdi eyni zamanda Qərbi onlara qarşı qoyur. Bakı Ceyhandan söhbət gedirsə bu boru kəmərinin bir hissədarı da BP şirkətidir. Ümumiyyətlə enerji layihələrinin hamısı Avropa tərəfindən dəstəkləndiyi üçün onlara olan hər hansı hücum PKK-nı eyni zamanda Qərb ölkələri ilə üz-üzə qoyacaq. Amma PKK-nın Türkiyəyə hücumlarını Qərbin dəstəkləmədiyi müddətdə bu terror təşkilatı da qəsd olaraq Qərbin maraqlarına toxuna bilən proyektlərə hücum etməyi planlaşdıra bilər. Məsələn "Bakı–Tiflis-Ərzurum" qaz kəmərinin partladılmasını bu cür qiymətləndirmək olar”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024