Region (16-07-2016, 19:43)
Nizami rayon icra başçısının müavini sakinlərin etirazına cavab verdi: “Tikintidən söhbət gedə bilməz”
Nizami rayon icra başçısının birinci müavini Qərib Məmmədov ötən gün musavat.com saytında dərc olunan “Bakıda 5 binanın sakinləri ayağa qalxdı” başlıqlı reportaja münasibət bildirib.
Mediatv.az xəbər verir ki, sakinlərin iddialarının doğru olmadığını deyən Q. Məmmədov bu barədə saytımıza müsahibə verib. İcra başçısının müavini bildirib ki, heç də sakinlərin dediyi kimi 5 binanın arasındakı istirahət məkanında yeni bina tikilmir, əksinə həmin istirahət zonasının abadlaşdırılması üçün ölçmə işləri aparılır.
- Qərib müəllim, Nizami rayonunda 5 binanın həyətində, sakinlərin istirahət yerində yeni binanın tikilməsi ilə bağlı saytımızda reportaj dərc olunmuşdu, insanlar etiraz etmişdilər. Rayon icra başçısının müavini olaraq, bu məsələ ilə bağlı nə deyə bilərsiniz? Həqiqətənmi belə bir hal var?
- Həmin ərazinin kiminsə tərəfindən alınması və orada hansısa obyektin tikilməsi tamamilə yanlış fikirdir. Həqiqətən orada bizim işçilər tərəfindən ölçü-biçi işləri aparılıb. Biz oraya öz işçilərimizi göndərmişik. Səbəbi isə odur ki, həmin ərazi həqiqətən 5-6 beşmərtəbəli yaşayış binasının ortasına düşən istirahət zonasıdır. Biz insanların istirahətini təşkil etmək üçün həmin istirahət zonasını bərpa edib, orada abadlaşdırma işləri aparıb istifadəyə verəcəyik. Bizim əməkdaşlarımız orada ölçmə işləri apararkən həmin vətəndaşlar şübhələnmişdilər. Gəldilər, biz onları icra hakimiyyətində qəbul elədik və izah elədik ki, sizin üçün şərait yaradılır. Razı da getdilər. Ancaq bilmirəm , onlar nəyə görə şübhəli qalıblar. Orada heç bir tikinti işlərinin aparılması nəzərdə tutulmur və tutulmayacaq. Orada ancaq abadlıq işləri aparılacaq. Siz özünüz də rayonda müşahidə etmisiniz, görürsünüz ki, çox geniş miqyasda abadlıq, quruculuq işləri gedir. Yəqin ki, gələndə də müşahidə etdiniz ki, yollar salınır, əvvəldən salınmış yolların genişləndirilməsi işləri aparılır, yeni nəqliyyat dayanacaqları yaradılır. Onunla bərabər həm də həyətlərdə abadlıq işləri aparılır. O abadlıq işlərindən biri də həmin bu ünvanda nəzərdə tutulub. Yəqin ki, həmin ünvanda işlər tamamlanandan sonra oranın açılışına sizi də dəvət edərik, iştirak edərsiniz və şahidi olarsınız.
- Qərib müəllim, ümumiyyətlə, siz özünüz rayon rəhbərliyində təmsil olunun şəxs olaraq yaşayış binalarının həyətində hansısa obyektin tikilməsini düzgün hesab edirsinizmi?
- Bilirsiniz mən bu məsələyə necə yanaşıram? Şəhərin hər bir ərazisinin, hər bir yerinin
inkişafı tikintilərlə olur, təkcə yaşıllıq işləri aparmaqla, yol çəkməklə abadlıq olmur. Tikinti işləri də aparılmalıdır, ancaq o tikinti işləri aparılması normalara uyğun olmalıdır. Hər hansı tikinti işləri apararkən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət olunur. Onlar şəhərsalma əsaslandırılması verirlər. Şəhərsalma əsaslandırılması nə deməkdir? Yəni, həmin ərazidə bu binanın olması normativlərə uyğundurmu, heç kimə narahatlıq yaratmırmı? Bəli, belə hallar olur və mən ona problem kimi baxmıram. Hər şey ola bilər, lakin normalar daxilində, özfəaliyyət olmamalıdır. Mələsən, mən tərəfdarıyam ki, həyətlərdə yöndəmsiz özəl tikililər varsa, həyətin çox ərazisini tutan qarajlar varsa və kimsə həmin yöndəmsiz tikililəri və ya qarajları götürüb, yeni bir layihə ilə gözəl bir şey yaradırsa, onun ətrafını da abadlaşdırıb gözəllik yaradırsa, nəyə görə biz onun əksinə getməliyik? Bəli mümkün olur elə şeylər. Yenə təkrar edirəm və altından xətt çəkərək qeyd edirəm ki, normalar daxilində olmalıdır. Yoxsa, göz yumaraq, normalardan kənar, kiməsə narahatlıq yaratmaqla, hansısa ərazidə darlıq yaratmaqla, nəqliyyat sıxlığı artırmaqla kimsə hansısa iş görürsə, mən onun əleyhinəyəm.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024