Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (22-04-2016, 23:17)
Ağasi Yenokyan: ''Əgər Moskva bu cür fəallaşıbsa, nəsə bir plan olmalıdır''

Ağasi Yenokyan: ''Əgər Moskva bu cür fəallaşıbsa, nəsə bir plan olmalıdır''

 

 

Mediatv.az xəbər verir ki, Yerevandakı Siyasi və Beynəlxalq Tədqiqatlar Mərkəzinin direktoru Ağasi Yenokyan virtualaz.org-a  müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Yerevana səfərinin əsl məqsədləri, həmçinin Ermənistan üçün KTMT və AİŞ-in əhəmiyyəti barədə öz fikrini bildirib.
- Rusiyanın xarici işlər naziri Sergey Lavrov hazırda Ermənistanın rəsmi şəxsləri ilə görüşlər keçirir. Bir çox ekspertlər güman edirlər ki, o, Qarabağ münaqişəsinin həlli üzrə hansısa planla gəlib. Siz bu fikri bölüşürsünüzmü və Rusiyanın ümumiyyətlə belə bir planı varmı?
- Düşünürəm ki, əgər Moskva bu cür fəallaşıbsa, nəsə bir Rusiya planı olmalıdır. Ümumiyyətlə isə, əvvəllər istənilən tənzimlənmə planına mütləq şəkildə 4-5 bənd daxil olurdu: Qarabağın statusu, ərazilərin qaytarılması, köçkünlərin geri qayıtması, təhlükəsizliyə zəmanət məsələləri və s. İstənilən təklifin mahiyyəti yalnız bu bəndlərin təfərrüatlarına və müddətlərə bağlı idi.
Hərbi əməliyyatların fəallaşmasına, Rusiyanın hazırkı münaqişələr ritorikasına və bunların həlli tempinə gəldikdə isə, indi Kreml üçün ən vacib şərt Rusiya qoşunlarının «sülhməramlılar» dəbilqəsi altında regiona daxil edilməsidir. Lakin Moskva münaqişənin birdəfəlik həllində o qədər də maraqlı deyil, belə ki, bu halda regiondakı siyasi rolunu itirər və ona ancaq hərbi rol qalar.
- Bu cür Rusiya planı münaqişə tərəflərini qane edəcəkmi?
- Çətin ki, Azərbaycan öz torpaqlarında rusiyalı sülhməramlıların mövcudluğuna sevinsin. Qarabağda isə anlayırlar ki, qoşun yeridiləcəyi təqdirdə onlar təmas xəttinə nəzarəti ruslara verməlidirlər, bu halda isə həmin xətti öz bildikləri kimi yenidən çəkməyə başlayacaqlar.
- Digər tərəfdən, Lavrovun Ermənistana səfəri Yerevan sakinlərinin antirusiya çıxışları fonunda baş verir. Ümumiyyətlə, indi erməni cəmiyyətində antirusiya əhval-ruhiyyəısi nə qədər güclüdür?
- Hazırda Ermənistanda antirusiya əhval-ruhiyyəsinin vur-tut qıcqırma prosesi gedir. Bununla birlikdə, bütün az-çox güclü partiyalar güclü şəkildə Rusiyanın nəzarəti altındadır və uzun müddət keçməlidir ki, bu əhval-ruhiyyə institusional forma ala bilsin.
- Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Şurası — indiki durumda Ermənistan bu qurumlarda nə qədər maraqlıdır?
- Bu təşkilatlar Ermənistan üçün yalnız ona görə əhəmiyyətlidir ki, erməni liderlər Kremlin güclü təzyiqi altındadırlar. Əslində isə, ölkəmiz AİŞ-ə daxil olduqdan sonra Rusiya ilə ticarət dövriyyəsi bir neçə dəfə aşağı düşüb.
KTMT-nin isə effektsizliyinin o zaman şahidi olduq ki, Ermənistanla Azərbaycan sərhədində 2014-2015-ci illərdə və 2016-cı ilin aprel ayında hərbi əməliyyatların fəallaşması zamanı bu qurum kənarda durdu.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024