Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (18-04-2016, 22:25)
Erməni deputatların AŞPA-da təxribatı iflasa uğradı

Bu gün AŞPA-nın plenar iclasında Ermənistan nümayəndə heyətinin növbəti təxribat yaratmaq cəhdləri yenidən iflasa uğradı. 

Mediatv.az xəbər verir ki, bu fikri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov sessiyadan sonra AzərTAc-a müsahibəsində bildirib.

S.Seyidov deyib ki, erməni nümayəndə heyəti qoşunların təmas xəttindəki son hadisələrlə bağlı müzakirələrin birbaşa AŞPA sessiyasında keçirilməsini istəyirdilər. Onlar bununla əlaqədar müxtəlif təxribatlar hazırlamışdılar. Həm Büronun, həm də Parlament Assambleyasının iclaslarında ermənilərin bu hərəkətlərinə olan reaksiyalar bir daha göstərdi ki, parlamentarilər artıq erməni yalanlarından təngə gəliblər. Erməni deputatlar müxtəlif üsullardan istifadə edərək yenidən yalan maşınını işə salmaq istədilər. Ancaq onların bu planı baş tutmadı. AŞPA deputatlarının çıxışları bir daha göstərdi ki, onların heç biri erməni təxribatına getmir və onların yalanlarına inanmırlar. Azərbaycan nümayəndə heyəti isə həm öz mövqeyini, həm də dövlətimizin başçısının apardığı siyasəti ortaya qoyaraq ölkəmizin sülh tərəfdarı olduğunu göstərdi. Ancaq Azərbaycanın işğal olunmuş ərazilərində erməni əsgərlərinin qalması ilə heç vaxt razılaşmadığımız və razılaşmayacağımız qeydedildi.

Erməni deputatların AŞPA sədrinə ittihamlarına gəldikdə isə S.Seyidov bildirib ki, AŞPA sədri və ya parlamentin hər hansı bir üzvü, Avropa İttifaqının nümayəndəsi və ya hansısa dövlət başçısı ermənilərin yalan və böhtan siyasətinə uyğun gəlmirlərsə, onda onlar tənqid atəşinə məruz qalırlar. Bu gün bütün Avropa deputatlarının qarşısında AŞPA-nın beynəlxalq hüquqa riayət etmə çağırışı Ermənistan tərəfindən sual altına qoyuldu.

AŞPA və digər beynəlxalq təşkilatların beynəlxalq hüquq normalarına uyğun olaraq erməni silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindən və onun ətrafındakı 7 rayondan çıxarılması ilə bağlı qətnamələrini əldə rəhbər tutaraq, AŞPA sədri öz adından deyil, təşkilat adından beynəlxalq hüquqa riayət etməklə bağlı bəyanat verib. Bu bəyanat erməni nümayəndə heyətinin üzvlərini qıcıqlandırıb və onlar Avropa deputatları qarşısında təkcə AŞPA-nın sədrinə qarşı yox, eyni zamanda, Avropa Şurasının təməl dəyərlərinə qarşı çıxış ediblər. Məhz buna görə də onlar iflasa uğradılar və bundan sonra da belə olacaq. Hər hansı bir insanla mübarizə aparmaq olar. Ancaq dünyanın qəbul olunmuş qaydaları, qanunları ilə, dünyanın dərk etdiyi həqiqətlərlə mübarizə aparmaq mümkün deyil.

Bu gün Azərbaycan məhz bu həqiqətlərin tərəfindədir. Həqiqət həmişə bizimlə olub və Azərbaycan Prezidentinin siyasətinin gücü də ondadır ki, bu həqiqətləri biz beynəlxalq təşkilatlara çatdırmışıq və çatdıracağıq. Ermənistan nə qədər tez bu yanlış siyasətindən əl çəksə, bir o qədər erməni xalqı üçün yaxşı olar. Erməni qoşunları Azərbaycanın işğal altında olan torpaqlarından nə qədər tez çıxarsa, Ermənistan beynəlxalq standartlara və AŞPA-nın təməl dəyərlərinə uyğun ölkə olar. Bu günədək Ermənistan Avropa Şurası dəyərlərini kobud şəkildə pozub və pozmaqda davam edir. Azərbaycan nümayəndə heyəti həmişə bunu qeyd edib, edir və edəcək.

S.Seyidov Ermənistanın təxribatının Azərbaycanda aparılan islahatlar zamanı həyata keçirilməsinin təsadüf olmadığını qeyd edib. O bildirib ki, Azərbaycan artıq bütün dünyaya erməni lobbisinin süni yaratdığı mifin boş olduğunu göstərib. Bu mifin dağıdılması Ermənistanı özündən çıxarıb və bu da qoşunların təmas xəttində təxribatla nəticələnib. Azərbaycanın uğuru onun dünyada qəbul olunmuş qaydalara uyğun fəaliyyət göstərməsidir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024