Siyasət (1-02-2016, 12:36)
Səməd Seyidov danışdı
"Mənim Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri vəzifəsindən azad olunmağımla bağlı məlumatlar tamamilə yalandır".
Mediatv.az xəbər verir ki, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
O qeyd edib ki, bu məlumatların heç bir əsası yoxdur: "Səhhətimdə yaranan problemlərə görə AŞPA-nın qış sessiyasına gedə bilmədim. Orada məni nümayəndə heyətinin sədr müavini Vüsal Hüseynov əvəz edib".
S.Seyidov bildiurib ki, nümayəndə heyətinin rəhbəri vəzifəsindən kənarlaşdırılmağıyla bağlı mətbuatda yazılanlar onu çox təəccübləndirib: "Məni çox məşhurlaşdırdılar. Çünki Avropadan, Rusiyadan, eləcə də başqa ölkələrdən mənə arası kəsilməyən zənglər gəlirdi. Konkret cavabım ondan ibarətdir ki, bu məlumatlar tamamilə yalnışdır. Nümayəndə heyətinin tərkibi təsdiq olunaraq parlament tərəfindən AŞPA-ya göndərilib. Hazırda nümayəndə heyətinin rəhbəri vəzifəsini yerinə yetirirəm. Düzdür, AŞPA-nın yanvar sessiyasında iştirak etməmişəm. Bu da səhhətimdə yaranan problemlərlə əlaqədardır. Lakin mətbuatda yazıldığı kimi kənarlaşdırılma, hansısa məktubda nələrisə yazmamğım, Ermənistanın məktublardan istifadə etməsi və digər məlumatların hamısı həqiqətə uyğun deyil".
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024