Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (5-04-2016, 17:56)
"Əgər ermənilər bunu anlamırlarsa…" - Əli Həsənov

 

14598501901990554813_1000x669

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov son günlər Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranmış vəziyyətlə bağlı Türkiyənin “TRT World” telekanalına müsahibə verib.

Mediatv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Əli Həsənov müsahibəsində BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması barədə dörd qətnamə qəbul etdiyini vurğulayıb. Ancaq Ermənistan bu qətnamələrə əməl etmir, Azərbaycana qarşı təxribatlar törədir və baş verənlərdə Azərbaycanı suçlayır. Aprelin 2-də Ermənistan yenə də təxribat törətdi və layiqli cavabını aldı. Ermənistan bilməli idi ki, biz daha bu təxribatlara dözməyəcəyik.

Prezidentin köməkçisi deyib ki, biz BMT Təhlükəsizlik Şurasının qərarlarına, Minsk qrupunun çağırışlarına həmişə hörmətlə yanaşmışıq. Lakin bu qurumlar onlara hörmətsizlik edən Ermənistana heç bir təzyiq göstərmirlər. Məhz Ermənistanın işğala son qoymasına məcbur edilməməsi və ona qarşı təzyiqin göstərilməməsi nəticəsində ermənilər 20 ildən artıqdır ki, status-kvonu saxlayırlar və bizim bir milyondan artıq vətəndaşımız qaçqın-köçkün vəziyyətindədir. Azərbaycan qısa müddət ərzində torpaqlarını işğaldan azad etmək imkanına malikdir. Amma biz qan tökülməsini istəmirik. Biz münaqişənin sülh yolu ilə həlli üçün beynəlxalq ictimaiyyətlə birgə çalışırıq. Lakin əgər ermənilər bunu anlamırlarsa, Azərbaycan torpaqlarını istənilən yolla azad edəcək.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024