Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (1-10-2015, 20:26)
Zakir Həsənov: "Ermənistan "status-kvo"nu saxlamaqda maraqlıdır"

Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Mediatv.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, Müdafiə naziri, beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan ərazilərinin 20 ildən artıqdır ki, erməni işğalı altında olduğunu, bunun nəticəsində bir milyondan çox insanın doğma yurd-yuvasından didərgin düşdüyünü, qarşı tərəfin cəbhədə vəziyyəti gərginləşdirmək məqsədilə qoşunların təmas xəttinə yaxın kəndləri, dinc sakinləri atəşə tutması faktlarını qonaqların diqqətinə çatdırıb.

“Ermənistan Silahlı Qüvvələrinin işğal edilmiş ərazilərdən qeyd-şərtsiz çıxması ilə bağlı BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib. Ermənistan hakimiyyəti isə uzun illərdir beynəlxalq ictimaiyyətin haqlı tələbinə məhəl qoymur və mövcud “status-kvo”nu saxlamaqda maraqlıdır. Silahlı Qüvvələrimiz Ali Baş Komandanın söylədiyi kimi ərazilərimizin işğal altında saxlanılması faktı ilə heç vaxt barışmayacaq və torpaqlarımızın azad edilməsi kimi müqəddəs vəzifəni yerinə yetitəcəkdir”, - deyə nazir bildirib.

Görüşdə regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024