Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (18-11-2015, 22:12)
Keçmiş diplomat Qərbə qaçışının səbəbini açıqladı

Azərbaycanın Niderlanddakı səfirliyinin sabiq attaşesi, ölkəyə qayıtmaqdan imtina edən Nahid Cəfərov bu addımının səbəblərini açıqlayıb.

Mediatv.az xəbər verir ki, N.Cəfərov “Azadlıq” radiosuna müsahibəsində deyib ki, İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqındakı keçmiş səfiri Arif Məmmədovu vəzifəsindən facebook statusuna görə çıxarmayıblar: “Arif Məmmədovu vəzifədən ona görə çıxardılar ki, o, 2003-cü ildə XİN-in kollegiya iclasında azərbaycanlı diplomatları işlədikləri ölkələrdə rüşvət verməkdə ittiham etmişdi”.

N.Cəfərov A.Məmmədovun statusunu like edənlərin taleyindən danışarkən bildirib ki, həmin adamlardan yalnız üçü öz vəzifəsində qalıb.

Keçmiş attaşe onu da bildirib ki, Azərbaycan XİN-də onun kimi diplomatlar çoxdur.

N.Cəfərovun sözlərinə görə, azərbaycanlı diplomatlar üçün ən böyük problem Azərbaycanda insan haqlarının pozulması məsələsidir: “Qərbli diplomatlara Azərbaycanda növbəti insan haqları pozuntusu faktı haqda danışmaq və buna izah vermək çox çətindir. Axı sən özün də başa düşürsən ki, bu, doğrudan da qanun pozuntusudur. Bu da bizim diplomatların işini on dəfələrlə çətinləşdirir”.

Müsahibəsində hökumətin ünvanına sərt ifadələr işlədən N.Cəfərov onu da əlavə edib ki, azərbaycanlı diplomatlara Avropada biznesmen kimi baxırlar.

Qeyd edək ki,  Azərbaycanın Niderland Krallığındakı səfirliyinin attaşesi Nahid Muxtar oğlu Cəfərov bu il sentyabrın 12-də vətənə qayıtmaqdan imtina edərək Avropada qalıb.

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024