Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (19-10-2015, 15:02)
Eks-prezident “18 oktyabr istirahət günü olmalıdır”

Eks-prezident “18 oktyabr istirahət günü olmalıdır”

Mediatv.az xəbər verir ki, Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov 18 oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə Modern.az saytının suallarını cavablandırıb.

- Ayaz müəllim, müstəqillik kimi əlamətdar bir gün Azərbaycanda iş günləri siyahısına daxildir. Bu, nə dərəcədə doğru qərardır?

- SSRİ-nin tərkibində olub müstəqilliklərini elan edən respublikaları hamısında müstəqillik günü böyük bir bayram kimi qəbul edilir. Bizdə də bayramdır, amma iş günüdür. Bu məsələ artıq hökumətin səlahiyyətinə daxildir. Amma istərdim ki, Azərbaycanda həmin gün istirahət günü olsun.

- 1991-ci il  oktyabrın 18-də keçmiş Ali Sovetin bir neçə üzvü müstəqillik aktının əleyhinə səs veriblər. Maraqlıdır, Ayaz Mütəllibovun onlara hər hansı bir təzyiqi, təsiri olubmu?

- Mən heç kimi nəyəsə məcbur etməmişəm. Onlara nəsə demək niyyətim belə, olmayıb. Hər kəs öz mövqeyini bildirib. Deputatlar hərəsi öz qərarları ilə müstəqillik aktının lehinə və ya əleyhinə səs verib. Bu, hərənin öz seçimi idi. Heç kimə nəyisə qadağan etməmişdim.

-  Siz müstəqillik aktını imzaladınız. Bəs, Moskva sizə müstəqilliyin əleyhinə çıxmaq üçün hər hansı bir təzyiq edirdimi?

- Mən açıq şəkildə və ya gizlincə müstəqilliyin əleyhinə olmamışam. Əleyhinə olsaydım, o zaman müstəqillik aktını imzalamazdım. Həmişə müstəqilliyin tərəfdarı olmuşam. Moskvadan da mənə təzyiq yox idi.

- Müstəqilliyin çox illərini Rusiyada yaşamısınız. Oradan baxanda müstəqil Azərbaycan Ayaz Mütəllibovda hansı təəssüratlar yaradırdı?

Həmişə vətənə dönmək arzusu ilə yaşayırdım, Azərbaycan üçün darıxırdım. Bilirsiniz ki, mən könüllü şəkildə Moskvya getməmişdim. Ora getməyim mənim seçimim deyildi.

- Müstəqillik aktının lehinə imza atan “istiqlalçı deputatlar”ın bəzilərinin pensiya təminatında problemlər yaranıb. Daha doğrusu, 1990-1995-ci illərdə deputat olan şəxslərin. Siz “istiqlalçı deputatlar”ın pensiya problemlərini həll etmək üçün hansı təklif səsləndirə bilərsiniz?

- Mən onlara xüsusi imtiyaz verilməsini istəyirəm. Onlar müstəqilliyin ərsəyə gəlməsinə xidmət ediblər. Amma xüsusi bir təklifim yoxdur. Sadəcə, onların problemlərinin nəzərə alınması yaxşı olardı.

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024