Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (15-10-2015, 14:56)
“SSRİ-nin məhvindən sonra bir məqsədim də vardı” – Qorbaçov

113633_res_01Mixail Qorbaçovun ABŞ kəşfiyyatının agenti olduğu və SSRİ-ni dağıtmaq üçün sistemin içərisində uzun müddət yetişdirildiyi haqda indiyədək çox danışılıb, fərziyyələr irəli sürülüb.
Mediatv.az-ın məlumatına görə, lakin Qorbaçov özü çıxışlarında həmişə bu ittihamları təkzib edirdi və SSRİ-nin “öz-özünə” dağıldığını deyirdi. İndi isə Qorbaçovun SSRİ-ni qəsdən dağıtdığını onun öz dilindən səslənən fikirlər təsdiq edir.
“Azadlıq” radiosu Qorbaçovun illər əvvəl Ankaradakı Amerika Universitetində qəzetlərə verdiyi müsahibədən bir parçanı dərc edib. Bu müsahibə türk mətbuatından sonra 2000-ci ildə Çex Respublikasında .
“Dialog” qəzetində, daha sonr “İnqilabi demokratiya” arxivində dərc olunub.
Beləliklə, Qorbaçov deyir: “Məni bu missiyamda dəstəkləyən və həvəsləndirən həyat yoldaşım olmuşdu; o, bu fikrə məndən xeyli əvvəl gəlmişdi.
Məqsədimi həyata keçirməyin yeganə yolu, aparıcı vəzifədə olmaq idi, həyat yoldaşım məni ən üst vəzifəyə qədər çıxmağa təşviq etdi.
Qərbi yaxşı tanıdıqdan sonra qəti qərarımı verdim. Sovet İttifqı Kommunist Partiyasını və SSRİ aparatını məhv etmək lazım idi. Bunu başqa sosialist ölkələrində də həyata keçirmək niyyətində idim.
Mənim idealım sosial-demokratiyaya gedən yol idi. Ancaq bu sistem xalqa faydalı ola bilər. Bu yolda mübarizəni axıra qədər aparmaq istəyirdim.
Mənimlə eyni fikirdə olan Yakovlev və Şevardnadze kimi bəzi yoldaşlar tapdım. Hamısı SSRİ və kommunizmin dağıdılması işində təşəkkürə layiq oldular.
Kommunizmsiz dünya daha yaxşı olacaq. 2000-ci ildən sonra dünya daha da yaxşı olacaq, çünki inkişaf edəcək və zənginləşəcək.
Ancaq buna qarşı mübarizə aparacaq ölkələr var. Çin (ÇXR) bunlardan biridir.
Tyananmen meydanı hadisələri vaxtı Pekində idim, orada kommunizmin Çində mütləq çökəcəyini gördüm.
Çinli liderlərə israrla etirazçılara xitab etmək istədiyimi bildirdim, amma çıxış etməyimə icazə vermədilər. Çində kommunizm çöksəydi, dünya daha yaxşı olardı və sülhə yol açılardı.
SSRİ-ni xilas etmək istəyirdim, amma onun sosial demokratiya ilə əvəzlənməsi şərtilə. Bu, alınmadı.
Yeltsin yalnz hakimiyyət istəyirdi, demokratiya haqda, mənim etmək istədiklərim haqqında heç bir şey bilmirdi.
Biz hüquqların və azadlığın bərqərar olduğu demokratik SSRİ istəyirdik. Yeltsin SSRİ-ni dağıtdı, həmin vaxt mən Kremldə deyildim. Bütün qəzetlərin müxbirləri məndən ağlayıb-ağlamayacağımı soruşurdular.
Ağlamadım, çünki SSRİ-də və Avropanın başqa sosialist ölkələrində kommunizmi məhv etməyi doğrudan da bacarmışdım.
Ağlamadım, çünki əsas məqsədimə çatmışdım; məqsədim Avropada kommunizmin uduzması idi.
Ancaq bunu da bilməlisiniz, kommunizm Asiyada da məğlub olmalıdır ki, bütün dünyada demokratiya və azadlığa keçid başlasın.
SSRİ-nin məhvi ABŞ üçün faydalı olmadı. Çünki mənim Müstəqil Dövlətlər Birliyi adını vermək istədiyim qüdrətli bir demokratik ölkə meydana gəlmədi. Hamısını bacara bilmədim.
Bütün kiçik ölkələr indi ABŞ-a köməyə görə təşəkkür edirlər. Kommunizm bəlasını ortadan qaldıraraq, ABŞ və köhnə SSRİ-nin kommunizmsiz iki tərəfdaş olmasını təmin etmək istəyirdim. Onlar dünyanın iki aparıcı ölkəsi ola bilərdi.
Demokratiyaya gedən yol uzun olacaq, amma sürətlə irəliləyirik. İndi bütün dünya kommunizmin son qalıqlarını təmizləməlidir”.

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024