Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (Bu gün, 08:56)
Elm və ali təhsildə keyfiyyətə aparan yol: düzgün kadr, sərt prinsip

 
Biz dəfələrlə təhsil sistemində mövcud olan problemləri gündəmə gətirmişik. Xüsusilə bir çox hallarda kadrların ixtisası ilə tutduqları vəzifələr arasında ciddi uyğunsuzluqların olduğunu vurğulamışıq. Lakin obyektiv yanaşma tələb edir etiraf edək ki, təhsil yalnız nöqsanlardan ibarət deyil. Bu sahədə öz peşəkarlığı, biliyi və elmi potensialı ilə seçilən, tutduğu vəzifəyə tam layiq olan kadrlar da az deyil. Dövlət başçısı da çıxışlarında dəfələrlə vurğulayıb ki, hər bir vəzifəyə təyinat bilik, təcrübə və məsuliyyət prinsipləri əsasında həyata keçirilməlidir. Bu strateji yanaşma xüsusilə elm və təhsil sahəsində özünü daha qabarıq şəkildə göstərməlidir. 
 
Bu kontekstdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova dövlət başçısının islahat xəttinin elm və ali təhsil sahəsində real təzahürlərindən biri kimi qiymətləndirilə bilər. Onun elmi və peşəkar bioqrafiyası göstərir ki, bu təyinat təsadüfi deyil, konkret bilik, elmi baza və beynəlxalq təcrübəyə söykənən seçimdir. Ülkər xanım idarəçilikdə tələbkar, prinsipial və nəticəyönümlü yanaşması ilə seçilir. Onun rəhbərlik etdiyi strukturda formalçılığa yer verilməməsi, məsuliyyətin konkret şəkildə bölüşdürülməsi və işin keyfiyyətinə ciddi nəzarət edilməsi artıq formalaşmış iş prinsipidir.
 
Ülkər Səttarova üçün əsas meyar şəxsi münasibətlər deyil, bilik, peşəkarlıq və məsuliyyət anlayışlarıdır. Bu tələbkarlıq bəzən narazılıqlar doğursa da, əslində dövlət başçısının müəyyən etdiyi islahat kursunun mahiyyətindən irəli gəlir. Çünki Prezident İlham Əliyevin də vurğuladığı kimi, təhsil sahəsində güzəşt və səhlənkarlıq gələcək nəsillərə vurulan zərbədir.Yüksək elmi hazırlığa malik olan Ülkər Səttarova öz bilik və təcrübəsini yalnız şəxsi nailiyyət kimi deyil, idarəçilik prosesində standartlara çevirən kadrdır.Onun elmi bioqrafiyası – tətbiqi riyaziyyat və informasiya texnologiyaları sahəsində fundamental təhsil, texnika elmləri doktoru elmi dərəcəsi və beynəlxalq elmi təcrübə – verdiyi tələblərin təsadüfi deyil, elmi əsaslara söykəndiyini göstərir.
  Ülkər Səttarova 2008-ci ildə Bakı Dövlət Universitetində tətbiqi riyaziyyat, 2010-cu ildə isə Azərbaycan Memarlıq və İnşaat Universitetində informasiya texnologiyaları və sistemləri ixtisası üzrə ali təhsil almış, hər iki təhsil pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. Ardınca 2014-cü ildə texnika üzrə fəlsəfə doktoru, 2016-cı ildə kompüter elmləri üzrə dosent elmi adını qazanmışdır. AMEA-da və Fransa elmi institutlarında aparılan araşdırmaların nəticəsi olaraq 2019-cu ildə Ali Attestasiya Komissiyası tərəfindən ona texnika elmləri doktoru elmi dərəcəsi verilmişdir.
 Əmək fəaliyyəti də dövlətin elm siyasətinə uyğun ardıcıl inkişaf xətti üzərində qurulub. O, 2004–2009-cu illərdə AMEA-nın Kibernetika İnstitutunda, 2010–2018-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində çalışmış, 2018-ci ildən etibarən həmin ali təhsil müəssisəsində strateji inkişaf üzrə prorektor vəzifəsində fəaliyyət göstərmişdir. Hazırda isə texnika sahəsi üzrə Ali Attestasiya Komissiyasının ekspert şurasının üzvü kimi elmi qərarların qəbulunda iştirak edir.
İctimai-siyasi baxımdan yanaşdıqda, Ülkər Səttarovanın fəaliyyəti Prezident İlham Əliyevin “dövlət idarəçiliyində peşəkarlıq və məsuliyyət” prinsipinin təhsil sahəsində konkret icrasıdır. Bu, həm cəmiyyətə, həm də təhsil ictimaiyyətinə açıq mesajdır: elm və ali təhsil sahəsi təsadüfi şəxslərin deyil, məhz bilik və bacarığı ilə seçilən mütəxəssislərin idarəçiliyində olmalıdır. Belə kadrların önə çəkilməsi ölkənin elm və təhsil strategiyasının güclənməsinə, ali təhsilin beynəlxalq rəqabət qabiliyyətinin artmasına və Prezidentin müəyyən etdiyi islahat kursunun davamlı olmasına xidmət edir.Ülkər xanımın tələbkar idarəçilik üslubu Prezident İlham Əliyevin “dövlət qulluqçusu ilk növbədə xidmət göstərməlidir” prinsipinin elm və ali təhsil sahəsində real tətbiqidir. Bu yanaşma həm sistemdə intizamı gücləndirir, həm də cəmiyyətə aydın mesaj verir: təhsildə keyfiyyət yalnız ciddi və prinsipial idarəçiliklə mümkündür.

 Əfqan Bəhluloğlu
  Mediatv.az шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
19 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026