Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (Dünən, 20:40)
“Aztelekom” MMC-nin Cəlilabad filialından şikayət var

 

Cəlilabad rayonunun Mirtəhməzli kənd sakini Mirsəlim Təhməzov “Aztelekom” MMC-nin Cəlilabad rayon şöbəsinin rəisi Xəzər Nuriyevdən şikayətçidir. Təxminən ay yarım bundan öncə “Mediatv.az” saytının redaksiyasına göndərdiyi məktubun ictimailəşdirilməsini xahiş edən Təhməzov bildirirdi ki, kənddə hamıya internet  xətti çəkilib, bircə ona yox. Dəfələrlə aidiyyati qurumun rayon şöbəsinə müraciət etsə də, istəyi müsbət həll olunmayıb,istəyi "yalan vədlərlə" aldadılıb.
Redaksiya olaraq, “Aztelekom” MMC-nin Cəlilabad şöbəsinə zəng vurub M.Təhməzovun probleminin həlli yolunda hansı maneənin olduğunu öyrənnmək istədik. Bildirilər ki, vətəndaşın müraciəti nəzarətə götürülüb və yaxın müddətdə onun evi internetlə təmin olunacaq. Verilən vədin yerinə yetiriləcəyinə inanıb ümumiyyətlə belə bir problemin olduğunu qələmə almamağa qərar verdik. Lakin üstündən xeyli vaxt keçəndən sonra şöbədən Təhməzova verilən imtina cavabı məyus etdi: “Evin internetlə təmin olunması texniki imkanlarımız xaricindədir”. Təhməzov isə məktubda istinad olunan “arqumentlə” heç cür razılaşmır: Çünki dediyinə görə, kənddə və qonşu kəndlərdə onun evinə nisbətən daha ucqarlarda yerləşən evlərə də internet çəkilib.Təkcə onun yaşadığı ev internetləşmədən kənarda qalıb.
Yeri gəlmişkən xatırladaq ki, Xəzər Heydər oğlu Nuriyevin fəaliyyətindən təkcə cəlilabadlıların deyil, daha əvvəl eyni hökumət strukturunda rəhbər vəzifədə işlədiyi Yardımlı rayon sakinlərinin də şikayətləri olub və həmin şikayətlər internet informasiya resurslarında qalmaqdadır. Məlumatlarda həmçinin qeyd olunur ki, tərəqqipərvər rabitəçilərə təzyiq göstərən, şərləyib işdən kənarlaşdıracağı ilə hədələyən, hətta bəzilərinə qarşı kobud rəftar edərək ürək xəstəliyinə düçar edən Xəzər Nuriyevin himayədarı onunla eyni sistemdə əvvəllər işləyən , vaxtilə adı “MTN işi” olaylarında hallanan,  Sumqayıt TKQ-na əvvəllər rəhbərlik edən Nəriman Salmanovdur. Bu mövzuya müraciət etmiş saytlarda gedən tənqidi məqalədən bir sitat: "Aztelekom" MMC-də bir tüstü çıxanda rayonlara nədənsə Nəriman Salmanov (yoxlama komissiyasının sədri kimi – red.) göndərilir və o, özünü həm də çalışdığı sahə üzrə Nazirliyin ştatdankənar "otdelkadr"ı kimi aparır”.
Belə çıxır ki, bu məqaləmizdə sözügedın sahədə necə deyərlər, qoyun qurda tapşırılıbшаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
1 08 2025
31 07 2025
31 07 2025