Siyasət (4-03-2021, 14:35)
Cərimə olunan şirkət məhkəməni uddu
“Gilan Holdinq”ə daxil olan “Gilan İnşaaat” MMC məhkəmədə nazirliyə qalib gəlib.
Mediatv.az-ın verdiyi xəbərə görə, bir müddət öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Gilan Holdinq”ə daxil olan şirkətlərdən birini cərimələyib. Belə ki, nazirlik “Gilan İnşaat” MMC barəsində təbiətin çirkləndirilməsi və tullantıların qanunsuz basdırılmasına görə protokol tərtib edib. Şirkət İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsi ilə cərimələnib. Bu maddənin sanksiyasına görə, hüquqi şəxslər 8500 manatdan 10 000 manatadək məbləğdə cərimə edilir.
Protokola baxış keçirən Nəsimi rayon məhkəməsi qərarı qüvvədə saxlayıb və “Gilan İnşaat” MMC-ni cərimə edib. Lakin şirkət qərardan apellyasiya şikayəti verib.
Bakı Apellyasiya məhkəməsinin hakimi Ramin Qaraqurbanlı qərarı ləğv edərək “Gilan”ın xeyrinə qərar çıxarıb.