Problem (24-03-2015, 10:20)
Hollivud aktyorundan 19 illik evlilik sirri
Bu ilin aprel ayında Hollivud ulduzu Hyu Cekman və Debora-Li Forness evliliklərinin 19 illiyini qeyd edəcəklər
Hollivud ulduzları arasında nadir hallarda rast gəlinən uzun ömürlü ailələrdən olan Cekmanın ailəsi bir çoxlarına nümunə göstərilir. Cekman isə möhkəm ailəsinin sirrini açıqlayıb: Sürpriz etmək bacarığı!
“Mən daim sürpriz edirəm. Məsələn, həyat yoldaşıma zəng edərək sabah evə uçacağım barədə xəbər verirəm. Halbuki, bir neçə saat sonra evdə olacağam. Evdə çatdıqda yarım saat sonra ona sevdiyi restoranda şam yeməyi sifariş etdiyimi bildirirəm. Səhərlər isə ondan əvvəl oyanıb, onun sevdiyi pendirli blinçikləri bişirə bilərəm”.
Bundan başqa 19 il əvvəl Cekman xanımına evlilik təklifini də sürpriz formasında etdiyini əlavə edib.
“Deb ilə “Korelli” filminin çəkilişi zamanı tanış olmuşuq. Əvvəlcə ona dost olmaq üçün yaxınlaşdım. 3 aydan sonra isə onun üçün nişan üzüyü sifariş etmişdim. Dostlarım isə mənə göl ətrafında romantik masa hazırlanmasına yardım etmişdilər. Deb bu mənzərəni görəndə “Aman Allahım, bu nə gözəllikdir” demişdi. Mən isə onun qarşısında diz çökdüm və üzüyü ona təqdim etdim”.(Publika.az)
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024