Mədəniyyyət (19-03-2018, 15:30)
Xalq artisti Aygünü öpüb “bihuş” oldu – FOTO
Ziyalı ictimai şəxslərin birləşdiyi “Pəncərə Klubu” üzvləri ilə görüş təşkil edib.
Mediatv.az xəbər verir ki, gecənin yaddaqalan məqamlarından biri Xalq artisti Aygün Kazımovanın çıxışı olub.
O, gəlişi ilə tədbirə öz “Aygünsayağı” əhval-ruhiyyəsini gətirib. Mərasimin açılışını “Novruz gəlir, yaz gəlir” mahnısıyla edən müğənni tədbir boyu bütün qonaqların diqqət mərkəzində olub.
Son dövrlərdə xeyli çəki atan ulduz öz yeni səhnə obrazı – qapalı və eleqant tərzli görüntüsü ilə də diqqət çəkib.
Gecədə iştirak edən Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, məşhur yazıçı Çingiz Abdullayev, kinorejissor Oqtay Mirqasımov və qızı Ayan Mirqasımova, peşəkar rəqqasə, Xalq artisti Təranə Muradova, bəstəkar Vaqif Gərayzadə, müğənni Miri Yusif və digər qonaqların ürəkdən alqışları Aygünü daha da ruhlandırıb.
Xalq artisti Fəxrəddin Manafov isə müğənniyə yaxınlaşıb, onu öpərək ürəktutmasından yıxılırmış kimi bir səhnə yaradıb. O, daha sonra öz hisslərini “Aygün, sən mükəmməlsən! Hər zaman bax bu cür qal...” sözləri ilə ifadə edib.